Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-727/2020 12.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin Cavabdeḣ Allahverdı̇ oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeḣ Allahverdı̇ oğlundan (bundan sonra cavabdeh) təbiətə dəymiş olan 82 manat pulun alınaraq 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Göyçay rayon Qaraxıdır kəndi ərazisində istifadəsində olan “odun bazarı” adlanan ərazidə “QAZ-53” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində 2.0 m3 vələs və 2.0 m3 palıd, ümumi 4.0 m3 cinsindən olan meşə materialının qanunsuz əldə edilməsi faktı aşkar edilmişdir. Nəticədə təbiətə 82 manat məbləğində ziyan vurulmuşdur. Cavabdehdən dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, lakin dəymiş ziyanı ödəməmişdir. Cavabdehdən təbiətə dəymiş olan 82 manat pulun alınaraq 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasınıxahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxxx 2019-cu il tarixli 51381 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılan zaman Göyçay rayonun İsmayıllı rayon Sumağallı kənd sakini X1 təqdim edən şəxsin “QAZ-53” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində 2.0 m3 həcmində vələs və 2.0 m3 həcmində yaş halda oduncaq aşkar edilmiş və təbiətə dəymiş zərərin məbləği hesablanaraq 82 manat olduğu aşkar edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamışdır. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2019-cu il tarixdə 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayon Qaraxıdır kəndi ərazisində reyd keçirilən zaman cavabdehin qanunsuz olaraq “QAZ-53” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində 2.0 m3 həcmində vələs və 2.0 m3 həcmində palıd cinsindən olan yaş halda oduncaq aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdeh həmin akla tanış olaraq imzalamışdır. Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 82 manat miqdarında maddi zərər dəydiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında yazılmış hesablama cədvəlinə uyğun olaraq cavabdehdən 82 manat maddi zərər məbləğini ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq meşə materiallarından istifadə etməsi nəticəsində təbiətə 82 manat maddi zərər dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeḣ Allahverdı̇ oğlundan 82 (səksən iki) manat alınaraq iddiaçı 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsinin hesabına (Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi, kodu 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regı̇onal Ekologı̇ya və Təbı̇i Sərvətlər İdarəsi, Hesab nömrəsi: AZ50CTRE********************, VÖEN **********, D2. Ödənişlə əlaqədə əlavə informasiya-XHK 2195301, D3. Büdcə təsnifatının kodu-142582, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülsün. Cavabdeḣ Allahverdı̇ oğlundan 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-727/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-727/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver