Məhkəmə qərarları › İş №2(037)-746/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-746/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-746/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu olmaqla, cəmi 1327,18 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(037)-746 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə 26 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 1321,09 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinə əsasən birinci cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməyi, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərin icrasının təmini kimi ikinci cavabdehlə iddiaçı arasında 26 sentyabr 2019-cu il tarixli 003FİZAM44491602 saylı zaminlik müqaviləsi bağlanmış, bununla da ikinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Birinci cavabdehin iddiaçıya 08 may 2021-ci il tarixə 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu olmaqla, cəmi 1327,18 manat borcu qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər borcun qaytarılmasını təmin etməmişlər. İddiaçı Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu olmaqla, cəmi 1327,18 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin tarixdə birinci cavabdehə 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 1321,09 manat məbləğində kredit verilmişdir. Birinci cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bankın bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verməkvə verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzinin qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1321,09 manat əsas və 40,43 manat faiz borcu olmaqla, cəmi 1361,52 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003FİZAM44491602 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda ikinci cavabdeh zaminlik müqaviləsinə əsasən birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 11 fevral 2021-ci il tarixli 79 nömrəli bildirişdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Kredit borcunun hesablanmasına dair arayışdan görünür ki, 08 may 2021-ci il tarixə Cavabdeh1 ilə bağlanmış 26.09.2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehlərin borcu ümumilikdə 1327,18 manat təşkil edir. 08 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə 26 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 1321,09 manat məbləğində kredit ayrılmışdır. Öhdəliklərin icrasının təmini kimi ikinci cavabdehlə iddiaçı arasında 26 sentyabr 2019-cu il tarixli 003FİZAM44491602 saylı zaminlik müqaviləsi bağlanmış, bununla da ikinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Dəfələrlə cavabdehlərə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişlər. İddiaçı Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu olmaqla, cəmi 1327,18 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı müqaviləyə əsasən 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu olmaqla, cəmi 1327,18 borcun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 26 sentyabr 2019cu il tarixli 003CASA192690006 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, birinci cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş 60 ay müddətində kredit və ona hesablanmış faizləri ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini əhəmiyyətli pozuntu hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə dair hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 003CASA192690006 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1321,09 manat əsas borc, 6,09 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1357 (bir min üç yüz əlli yeddi) manat 18 (on səkkiz) qəpik məbləğ müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar