Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-747/2021 25.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 25 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh oğlundan (bundan sonra cavabdeh) 779,42 manat əsas, 7,34 manat faiz – cəmi 786,76 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 iyul 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 20 iyul 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 780,57 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. Ona görə də cavabdehdən 779,42 manat əsas, 7,34 manat faiz – cəmi 786,76 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 23 oktyabr 2019-cu il tarixli 370rstİSML/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli 1518micİSML/15 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan 780,57 manat qalıq borcun ödənilməsi məqsədilə bank tərəfindən borcalana 780,57 manat kredit verilmişdir. Kredit 60 ay müddətinə 23 oktyabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komisyon haqqı sıfır manat olmaqla illik 1 faiz ödəmək şərtilə verilmişdir. 370rstİSML/19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh 60 ay ərzində hər ay 17 manat ödəmək şərtilə 780,57 manat əsas borcu və 23,46 manat faiz, cəmi 804,03 manat ödəməyi öhdəsinə götürmüşdür. 21 may 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli 370rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 21 may 2021-ci il tarixə yaranmış 779,42 manat əsas, 6,43 manat faiz - cəmi 785,85 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 iyul 2021-ci il tarixli UB-BANK/PİKMD/968380 nömrəli arayışdan görünür ki, cavabdehin 02 iyul 2021-ci il tarixə 370rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 779,42 manat əsas və 7,34 manat faiz – cəmi 786,76 manat kredit borcu vardır. 03 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli 1518micİSML/15 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan 780,57 manat qalıq borcun ödənilməsi məqsəd ilə tərəflər arasında 23 oktyabr 2019-cu il tarixli 370rstİSML/19 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit 60 ay müddətinə 23 oktyabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komisyon haqqı sıfır manat olmaqla illik 1 faiz ödəmək şərtilə verilmişdir. Cavabdeh 60 ay ərzində hər ay 17 manat ödəmək şərtilə 780,57 manat əsas borcu və 23,46 manat faiz, cəmi 804,03 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 370rstİSML/19 nömrəli kredit müqaviləsi üzrə 780,57 manat əsas borcu və 23,46 manat faiz borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 786,76 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti və ona hesablanmış faizləri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 779,42 manat əsas borc, 7,34 manat faiz borcu və 30 manat dövlət rüsumu - cəmi 816 (səkkiz yüz on altı) manat 76 (yetmiş altı) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-747/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-747/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver