Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-75/2023 10.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 10 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1330 manat dəymiş ziyan və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1365 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolun Balik kəndi ərazisində hərəkətdə olarkən qəflətən yola iribuynuzlu mal çıxmış və hadisədən yayına bilməyərək həmin malı vurmuşdur. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Avtomobili saatda 60-70 km/saat sürətlə idarə etmiş və hava qaranlıq olduğundan heyvanı görməmişdir. Hadisə nəticəsində o, xəsarət almasa da "Opel Astra" markalı avtomobilə maddi zərər dəymişdir. Hadisə yerində avtomobilin fotoşəkilləri çəkilmişdir. Avtomobilinə dəymiş maddi ziyan heyvanın sahibi, Cavabdeh tərəfindən ödənilməmişdir. Ziyanın müəyyən edilməsi üçün İsmayıllı şəhərində yerləşən "İsmayıllı Servis"ə müraciət etmiş və həmin servisdən 01 noyabr 2022-ci il tarixdə ona arayış təqdim olunmuşdur. Həmin arayışda "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, umumilikdə 1330 manat məbləğində maddi ziyanın dəydiyi hesablanmışdır. Beləliklə, baş vermiş hadisə ilə əlaqadar İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cavabdeh barəsində prokokol tərtib olunmuş və protokola baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin onun idarə etdiyi "Opel Astra" markalı, 10-VN- 360 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. Cavabdehdən 1330 manat dəymiş ziyan və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1365 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində iddiaçı idarə etdiyi "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolun Balik kəndi ərazisində hərəkətdə olarkən onun iribuynuzlu malını vurmuşdur. İddiaçıya maddi ziyan məbləğini ödəməyə imkanı yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Qüsur aktının surətindən görünür ki, "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1330 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(037)-490/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 80 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/881 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, "Opel Astra" markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1330 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 04 noyabr 2022-ci il tarixli 4184 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində iddiaçı idarə etdiyi "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolun Balik kəndi ərazisində hərəkətdə olarkən cavabdehə məxsus iribuynuzlu malı vurmuşdur. Nəticədə "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Qüsur aktına əsasən “Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1330 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(037)-490/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 80 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/881 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, "Opel Astra" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1330 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən 1330 manat dəymiş ziyan və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1365 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçıya maddi ziyan məbləğini ödəməyə imkanının olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı idarə etdiyi “"Opel Astra" markalı **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolun Balik kəndi ərazisində hərəkətdə olarkən cavabdehə məxsus bir baş iribuynuzlu heyvan avtomobilin qarşısına çıxmış, baş vermiş qəza nəticəsində sonuncuya məxsus avtomobilə 1330 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehə məxsus bir baş iribuynuzlu heyvanın yola çıxması və baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomaşına 1330 manat məbləğində maddi ziyan vurulması faktı məhkəmə iclasında tam sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 35 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Cavabdehin vəsatətinə əsasən məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin edildiyindən iş üzrə ekspertiza xərci olan 50 manat məbləği ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1330 manat dəymiş ziyan və 35 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 1365 (bir min üç yüz altmış beş) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-75/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-75/2023
10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver