Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-750/2024 04.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 yanvar 2014cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayıllı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 150 (yüz əlli) manat alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(037)-641/2022 nömrəli qətnaməsi ilə 12 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq və uşağın normal təminatını ödəmir. Belə ki, cavabdeh ilə qeyri rəsmi nikahdan iki övladı olsa da o, digər övladı Aydana atalıq vermədiyindən ona aliment təyin edilməmişdir. Ayxanın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh isə kifayət qədər aylıq gəlir əldə etsə də təyin olunmuş alimentdən başqa uşağın heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Xəlı̇ lov İsa Sədı̇ oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(037)-641/2022 nömrəli qətnaməsi ilə aliment təyin olunduqdan sonra onun maddi vəziyyəti ağırlaşmışdır. Belə ki, o, iddiaçı ilə bir müddət qeyri-rəsmi birgə yaşamışlar. Özünün digər ailəsi və yetkinlik yaşına çatmış övladları vardır. Özü muharibə veteranı olmaqla böyük miqdarda kredit borcları vardır. Buna baxmayaraq vaxtı-vaxtında təyin olunmuş alimenti ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yol vermir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİİ 864307 nömrəli 28 dekabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 12 yanvar 2014-cü il tarixdə X4 adlı bir övladı doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-641/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 12 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin 032475 nömrəli vəsiqəsinin surətindən müəyyən edilir ki, cavabdeh muharibə vəteranıdır. Təqdim olunmuş Azərbaycan Beynəlxalq Bank və Foriella banka aid ödəniş cədvəllərindən müəyyən edilir ki, cavabdehin və X1 qeyd edilən banklar qarşısında kredit öhdəlikləri vardır. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-641/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 12 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı təyin olunmuş alimentin uşağın normal təminatını ödəmədiyini, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, özünün heç yerdə işləmədiyini, cavabdehin isə kifayət qədər aylıq gəlir əldə etdiyini, buna baxmayaraq hər ay ödədiyi alimentdən başqa uşağının saxlanmasına heç bir köməklik etmədiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq hər 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh özünün digər ailəsi və yetkinlik yaşına çatmış övladlarının olduğunu, müharibə veteranı kimi pensiya almaqla ailəsinin dolanışığını və alimenti ödədiyini, böyük miqdarda kredit borclarının olduğunu, buna baxmayaraq vaxtı-vaxtında təyin olunmuş alimenti ödədiyini, bundan artıq aliment ödəməyə maddi imkanının yol vermədyini qeyd edir. Cavabdeh muharibə veteranıdır. Onun rəsmi iş yeri və aylıq gəlir mənbəyi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 12 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 41 manat 60 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-641/2022-ci il tarixli 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 12 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-750/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-750/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver