Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-751/2024 03.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 oktyabr 2009cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2013-cü il tarixli qətnaməsi ilə təyin olunmuş 50 (əlli) manat alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2013-cü il tarixli 2(037)-120/2013 nömrəli qətnaməsi ilə 26 iyul 2005-ci il tarixdə doğulmuş X2 və 11 oktyabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində aliment təyin olunmuşdur. X4 yetkinlik yaşına çatmış və ona ödənilən aliment dayandırılmışdır. Cavabdeh hazırda da uşağın saxlanması üçün 100 manat aliment ödəsə də təyin olunmuş aliment hazırki şəraitdə bir uşağın saxlanması üçün azlıq edir və minimum təminatını belə ödəmir. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Övladı Murad “Talasemiya” xəstəliyindən əziyyət çəkir. Özü Dost iş mərkəzində” sosial işçi işləyir. Cavabdeh isə eşitdiyinə görə yük avtomobili idarə etməklə yüksək gəlir əldə edir. Buna baxmayaraq cavabdeh ödədiyi aliemntdən başqa uşağın heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq Murad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, ərizə təqdim edərək Bakı şəhərində sürücü işləməklə 460 manat əmək haqqı aldığını, yeni ailə qurduğunu, üç övladının olduğunu, hazırda bir uşağa 100 manat aliment ödədiyini, bundan artıq aliment ödəməyə imkanının olmadığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İ 710064 nömrəli 16 yanvar 2016-cı il tarixli və AZ-İİİ 082799 nömrəli 06 may 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 26 iyul 2005-ci il tarixdə X2 və 11 oktyabr 2009-cu il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-120/2013-cü il tarixli xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 26 iyul 2005-ci il tarixdə doğulmuş X2 və 11 oktyabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT005-2024-249 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Cavabdeh tərəfində iş materiallarına əlavə edilmiş AZ-İ 800181 nömrəli xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin, AZE 11480028 nömrəli, AZE 11480029 nömrəli və AA5172717 nömrəli şəxsiyyət vəsiqələrin surətlərindən müəyyən edilir ki, cavabdeh xx.xx.2012-ci il tarixdə yeni ailə qurmuş, yeni nikahından xx.xx.2013-cü ildə Aysu Abuzərova, xx.xx.2015-ci ildə Səma Abuzərova və xx.xx.2017-ci ildə Fərid Abuzərli adlı üç övladları doğulmuşdur. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-120/2013-cü il tarixli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 26 iyul 2005-ci il tarixdə doğulmuş X2 və 11 oktyabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Göyçək Abuzərova yetkinlik yaşına çatdığından ona ödənilən aliment dayandırılmışdır. İddiaçı təyin olunmuş alimentin uşağın minimum təminatını ödəmədiyini, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, özünün “Dost iş mərkəzində” sosial işçi işlədiyini cavabdehin isə fərdi əməklə məşğul olmaqla gəlir əldə etdiyini, buna baxmayaraq hər ay ödədiyi 100 manat alimentdən başqa uşağının saxlanmasına heç bir köməklik etmədiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq hər 200 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində yeni ailə qurduğunu, yeni nikahından üç övladının olduğunu, özünün sürücü işləməklə 460 manat əmək haqqı alıdğını, hazırda bir uşağın saxlanması üçün 100 manat aliment ödədiyini, bundan artıq aliment ödəməyə imkanının olmadığını qeyd edərək alimentin artırılaraq 100 manat müəyyən edilməsini xahiş edir. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda cavabdehin digər nikahdan da üç uşağının olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 oktyabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 40 manat 40 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-120/2013-cü il tarixli 01 aprel 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 11 oktyabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-751/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-751/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver