Məhkəmə qərarları › İş №2(037)-753/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-753/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-753/2021 25.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 25 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 188,88 manat əsas, 41,6 manat faiz, 1,71 manat cərimə olmaqla cəmi 232,19 manat kredit borcu və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 iyul 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 24 iyul 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən borcverən bu “bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan bir tərəfli qaydada artırmaq hüququna malikdir”. Cavabdeh ona təqdim olunan plastik kartdan cəmi 210 manat nağdlaşdırmış, həmin məbləğdən 21,12 manat ödəniş etmişdir. Cavabdehin 188,88 manat qalıq borcu qalmış, həmin borca faiz və cərimə borcu hesablanmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 188,88 manat əsas, 41,6 manat faiz, 1,71 manat cərimə olmaqla cəmi 232,19 manat kredit borcu və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 11 iyun 2020-ci il tarixli 539sİSML/20 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 10000 (on min) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açıq və ödəniş kartı təqdim edilir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun itifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 21 may 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 539sİSML/20 nömrəli kredit müqaviləsi üzrə 21 may 2021-ci il tarixə yaranmış 188,88 manat əsas, 34,96 manat faiz, 1,21 manat cərimə - cəmi 225,05 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 iyul 2021-ci il tarixli UB-BANK/PİKMD/968383 nömrəli arayışdan görünür ki, cavabdehin 539sİSML/20 nömrəli kredit müqaviləsi üzrə 188,88 manat əsas, 41,6 manat faiz, 1,71 manat cərimə olmaqla cəmi 232,19 manat kredit borcu qaldığı qeyd edilmişdir. 03 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış əsasən 11 iyun 2020-ci il tarixli 539sİSML/20 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 10000 (on min) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açıq və ödəniş kartı təqdim edilir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən borcverən bu “bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan bir tərəfli qaydada artırmaq hüququna malikdir”. Cavabdeh ona təqdim olunan plastik kart üzrə müəyyən məbləği nağdlaşdırmışdır. Nağdlaşdırdığı məbləği müqavilənin şərtinə uyğun olaraq geri qaytarmamışdır. Cavabdehin 188,88 manat, 41,6 manat faiz, 1,71 manat cərimə olmaqla cəmi 232,19 manat borcu yaranmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən cəmi 232,19 manat kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti, ona hesablanmış faizləri və cərimələri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 188,88 manat əsas borc, 41,6 manat faiz, 1,71 manat cərimə borcu və 20 manat dövlət rüsumu - cəmi 252 (iki yüz əlli iki) manat 19 (on doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar