Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-757/2021 27.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 319,05 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh meşə fondu ərazisində qanunsuz olaraq müxtəlif ölçülərdə, müxtəlif cinsdən olan 59 sayda ağac kəsmişdir. Bu barədə mərkəzin əmakdaşları 14 iyun 2021-ci il tarixli akt tərtib edərək meşə fonduna 319,05 manat maddi ziyan vurulduğunu müəyyən etmişlər. Dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb olunsa da o ziyan məbləğini ödəməmişdir. Ona görə də məhkəməyə müraciət olunmuşdur. Cavabdehdən 319,05 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 14 iyun 2021-ci il tarixli 64844 nömrəli aktın və həmin akta əlavə edilmiş həcm qiymət cədvəlinin surətlərindən müəyyən edilir ki, 14 iyun 2021-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman cavabdeh tərəfindən diametri 8 sm olan 10 ədəd, diametri 12 sm olan 10 ədəd, diametri 16 sm olan 8 ədəd, diametri 20 sm olan 12 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 28 s m olan 5 ədəd, cəmi 49 ədəd palıd, diametri 8 sm olan 7 ədəd, diametri 12 sm olan 3 ədəd, cəmi 10 ədəd yemişan cinsindən olmaqla ümumilikdə 59 ədəd ağaclar kəsildiyi aşkar olunmuşdur. Maddi ziyan məbləği hesablanaraq 319,05 manat olduğu müəyyən edilmişdir. 14 iyun 2021-ci il tarixli MN ******* №-li İnzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh İXM-253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. 30 iyun 2021-ci il tarixli MN ******* №-li İnzibati xəta haqqında qərarın surətindən görünür ki, cavabdeh İXM-253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması ilə müəyyən edildi ki, 14 iyun 2021-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman cavabdeh tərəfindən diametri 8 sm olan 10 ədəd, diametri 12 sm olan 10 ədəd, diametri 16 sm olan 8 ədəd, diametri 20 sm olan 12 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 28 s m olan 5 ədəd, cəmi 49 ədəd palıd, diametri 8 sm olan 7 ədəd, diametri 12 sm olan 3 ədəd, cəmi 10 ədəd yemişan cinsindən olmaqla ümumilikdə 59 ədəd ağaclar kəsilmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 319,05 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Törətdiyi əmələ görə cavabdeh AR İXM 253.1-ci maddəsi ilə təqsirli bilinərək 30 iyun 2021-ci il tarixli qərarla 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. İddiaçı təşkilatın əmakdaşları tərəfindən tərtib edilmiş akt və həmin akta əlavə edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq hesablanmış maddi ziyan məbləğini cavabdeh ödəməmişdir. İddiaçı cavabdehdən 319,05 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin meşə fondu ərazisində qanunsuz olaraq ağac kəsməsi nəticəsində təbiətə 319,05 manat maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 319 (üç yüz on doqquz) manat 5 (beş) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı X3 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-757/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-757/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver