Məhkəmə qərarları › İş №2(037)-761/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-761/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-761/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh Vaqı̇ f oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: X2 Təsərrüfatı Mərkəzi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vaqı̇ f oğlundan (bundan sonra cavabdeh) 287,31 (iki yüz səksən yeddi manat, 31 qəpik) manat maddi ziyan məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 287,31 manat məbləğində ziyan vurmuşdur. Bu barədə 03 iyun 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da ödəniş olunmamışdır. İddiaçı 287,31 manat məbləğində maddi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, iddia ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Vaqı̇ f oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş, 03 iyun 2021-ci il tarixli 64841 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Regional X1 əməkdaşları tərəfindən 03 iyun 2021-ci il tarixdə Basqal meşəbəyliyinin 02 saylı meşə dolayında yoxlama aparılarkən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh Vaqı̇ f oğlu tərəfindən 55 ədəd fıstıq və 41 ədəd vələs ağacı olmaqla, cəmi 96 ədəd ağac kəsildiyi müəyyən edilmişdir. 03 iyun 2021-ci il tarixli akta əlavə həcm qiymət cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehin qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 287,31 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. 03 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Vaqı̇ f oğlu Basqal meşəbəyliyinin 02 saylı meşə dolayından qanunsuz olaraq fıstıq cinsindən diametri 8 sm olan 22 ədəd, diametri 12 sm olan 30 ədəd, diametri 20 sm olan 2 ədəd, diametri 24 sm olan 1 ədəd, cəmi 55 ədəd, vələs cinsindən olan diametri 8 sm olan 20 ədəd, diametri 12 sm olan 14 ədəd, diametri 20 sm olan 4 ədəd, diametri 28 sm olan 3 ədəd, cəmi 41 ədəd ağac, ümumilikdə 96 ədəd ağac kəsmişdir. X2 Təsərrüfatı Mərkəzi tərəfindən X3 dəymiş ziyan 287,31 manat məbləğində hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 287,31 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq fıstıq və vələs ağaclarını kəsməsi nəticəsində təbiətə 287,31 manat məbləğində maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Vaqı̇ f oğlundan 287,31 (iki yüz səksən yeddi manat, otuz bir qəpik) manat dəymiş ziyan məbləği alınaraq iddiaçı Şamaxı Regional X1 hesabına ödənilsin. Cavabdeh Vaqı̇ f oğlundan 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar