Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-766/2021 06.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 06 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: “FİNCA Azərbaijan” MM QBKT (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1293,76 manat əsas, 40,08 manat faiz olmaqla cəmi 1333,84 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 28 iyul 2021-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda öz dəlillərini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etmələri izah olunmuşdur. Eyni zamanda, cavabdehlərə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 30 iyul 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli **********1721 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən birinci cavabdehin müqavilə imzalanan tarixə 1293,76 manat kredit borcu illik 1% dərəcəsi olmaqa 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə restrukturizasiya olunmuşdur. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən bir il güzəşt müddətində hər ay 1,11 manat, dörd il müddətində isə hər ay 27,51 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi birinci cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq 29 dekabr 2019-cu il tarixli **********1721-793688 saylı zaminlik müqaviləsi ilə ikinci cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Müqavilənin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallada əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Birinci cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. 07 iyul 2021-ci il tarixə birinci cavabdehin 1293,76 manat əsas, 40,08 manat faiz, cəmi 1333,84 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 1293,76 manat əsas, 40,08 manat faiz olmaqla cəmi 1333,84 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 29 dekabr 2019-cu il tarixli **********1721 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1293,76 manat qalıq məbləğini ödəməsi məqsədilə 1293,76 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə krediti, o cümlədən hesablanan faizləi ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə öhdəsinə götürmüşdür. Kredit məbləği illik 1% dərəcəsi olmaqa 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə verilmişdir. Birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 1293,76 manat əsas və 40,08 manat faiz – cəmi 1333,84 manat ödəməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2019-cu il tarixli **********1721-793688 saylı saylı zaminlik müqaviləsinin surətindən görünür ki, ikinci cavabdeh 29 dekabr 2019-cu il tarixli **********1721 saylı kredit (restrukturizasiya) müaviləsinə əsasən birinci cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl olunmadığı hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 07 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 29 dekabr 2019-cu il tarixli **********1721 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1293,76 manat əsas və 40,08 manat faiz – cəmi 1333,84 manat kredit borcu vardır. 12 iyul 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı “asan ödəniş” sistemi vasitəsilə həmin tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli **********1721 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən birinci cavabdehin müqavilə imzalanan tarixə 1293,76 manat kredit borcu illik 1% dərəcəsi olmaqa 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə restrukturizasiya olunmuşdur. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən bir il güzəşt müddətində hər ay 1,11 manat, dörd il müddətində isə hər ay 27,51 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi birinci cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinin icrasının təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 29 dekabr 2019-cu il tarixli **********1721-793688 saylı saylı zaminlik müqaviləsi imzalanmışdır. Birinci cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Birinci cavabdehin 07 iyul 2021-ci il tarixə müqavilə üzrə 1293,76 manat əsas və 40,08 manat faiz – cəmi 1333,84 manat kredit borcu yaranmışdır. İddiaçı Cavabdehlərdən müştərək qaydada cəmi 1333,84 manat kredit borcu və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər krediti və ona hesablanmış faizləri ödəməli olduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1293 manat 76 qəpik əsas, 40 manat 8 qəpik faiz və 30 manat dövlət rüsumu – cəmi 1363 (bir min üç yüz altmış üç) manat 84 (səksən dörd) qəpik məbləği alınaraq iddiaçı “FİNCA Azərbaijan” MM QBKTnın hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-766/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-766/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver