Məhkəmə qərarları › İş №2(037)-774/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-774/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-774/2020 21.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “Finca Azerbaijan” X6 Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “Finca Azerbaijan” X6 X2 Müəssəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 2669.85 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2699.85 manat məbləğinin iddiaçı “Finca Azerbaijan”QBKT X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işə iddiaçının iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Finca Azerbaijan” QBKT X3 ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsində öhdəliyin icrasının təmini üsulu kimi ikinci və üçüncü cavabdehlər zamin kimi qeyd olunmuşlar. Həmin müqaviləyə əsasən birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsi xx xxxxxx 2015 və xx xxxxx 2016-cı il tarixli sazişlərlə restrukturizasiya olunmuşdur. xx xxxxx 2016-cı il tarixli sonuncu sazişlə öhdəliyin icra olunmamış hissəsi 3059 manat müəyyən edilmişdir. xx xxxxx 2016-cı il tarixli sonuncu sazişdə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında xx xxxxx 2016-cı il tarixli yeni zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulsa da, birinci cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışında birinci cavabdehin iddiaçıya 2669.85 manat borcu qalması qeyd edilmişdir. İddiaçı tərəfindən birinci cavabdehlə öhdəliyin icrası ilə bağlı danışıqlar aparılsa da nəticəsi olmamışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 2669.85 manat borc və 30 manat dövlət rüsumu olmaqla,cəmi 2699.85 manat məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh izahat verərək göstərdi ki, onunla “Finca Azerbaijan” QBKT X3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinə əsasən sonuncu tərəfindən ona biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsində öhdəliyin icrasının təmini üsulu kimi ikinci və üçüncü cavabdehlər zamin kimi qeyd olunmuşlar. Kredit borcunu ödəyə bilmədiyindən iddiaçı tərəfindən xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsi xx xxxxxx 2015 və xx xxxxx 2016-cı il tarixli sazişlərlə restrukturizasiya olunmuşdur. xx xxxxx 2016-cı il tarixli sonuncu sazişdə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında xx xxxxx 2016-cı il tarixli yeni zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə onunla eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. xx xxxxx 2016-cı il tarixdə restrukturizasiya olunmuş sonuncu sazişdə öhdəliyin icra olunmamış hissəsi 3059 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən hazırlanmış sazişdə qalan 3059 manat borc məbləğinin 60 ay müddətində hər ay 51 manat ödənilməsi barədə yeni qrafik tərtib olunmuşdur. Yeni qrafik üzrə kredit borcunu bir müddət ödəsə də sonradan maddi imkansızlığı üzündən kredit borcunu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmişlər. Məhkəmə işə ikinci və üçüncü cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, öhdəliyin icrasının təmini üsülu kimi ikinci və üçüncü cavabdehlər zamin kimi üzərilərinə öhdəlik götürmüş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 5000 manat əsas və 1786 manat faiz borcu olmaqla, cəmi 6786 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxxxx 2016-cı il tarixli sazişdən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsi restrukturizasiya olunmuş, birinci cavabdehin iddiaçıya 3059 manat borcu qalmış və həmin borc məbləğinin ödənilməsi 60 ay müddətinə uzadılmışdır. xx xxxxx 2016-cı il tarixli sazişə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, birinci cavabdeh yeni sazişlə 60 ay müddətində hər ay 51 manat olmaqla 3059 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxxxx 2016-cı il tarixli sazişin təminatı kimi birinci cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin iddiaçıya 2669.85 manat kredit borcu qalmışdır. xx xxxxxxxx 2020-ci il tarixli **********19 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə birinci cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsində öhdəliyin icrasının təmini üsulu kimi ikinci və üçüncü cavabdehlər zamin kimi qeyd olunmuşlar. Həmin müqaviləyə əsasən birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli **********8120 nömrəli əsas kredit müqaviləsi xx xxxxxx 2015 və xx xxxxx 2016-cı il tarixli sazişlərlə restrukturizasiya olunmuşdur. xx xxxxx 2016-cı il tarixli sonuncu sazişlə öhdəliyin icra olunmamış hissəsi 3059 manat müəyyən edilmişdir. xx xxxxx 2016-cı il tarixli sonuncu sazişdə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında xx xxxxx 2016-cı il tarixli yeni zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulsa da, birinci cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışında birinci cavabdehin iddiaçıya 2669.85 manat borcu qalması qeyd edilmişdir. İddiaçı tərəfindən birinci cavabdehlə öhdəliyin icrası ilə bağlı danışıqlar aparılsa da nəticəsi olmamışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 2669.85 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2699.85 manat məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh maddi imkansızlığı üzündən iddiaçıya olan kredit borcunu ödəmədiyini, yaxın vaxtlarda iddiaçıya olan borcunu ödəyəcəyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ikinci və üçüncü cavabdehlərin məhkəmə iclasına gəlməmələrini onların işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada “Finca Azerbaijan” QBKT X1 xeyrinə 2669.85 manat borcun tutulması tələbinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “Finca Azerbaijan” X6 Təşkilatı X1 xeyrinə 2669.85 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2699.85 manat məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar