Məhkəmə qərarları › İş №2(037)-776/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-776/2023

04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-776/2023 04.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi lə, İddiaçı Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(037)-717/2022 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X5 yanında saxlanılmış və uşaqların maddi təminatı üçün hər ay hər uşağa 135 manat olmaqla cəmi 270 manat aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir və uşaqların normal təminatını ödəmir. Belə ki, cavabdehlə birgə nikah dövrü yaşadıqları evdən çıxarıldıqları üçün ayda 300 manat kirayə haqqı ödəməklə kirayədə yaşayrlar. Bundan uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Özü hazırda işləmir. Cavabdehin rəsmi iş yeri olmasa da fərdi işlərdə işləməklə normal aylıq gəlir əldə edir. Buna baxmayaraq təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Peşəsi kompyuter mütəxəssisi olsa da hazırda heç yerdə işləmir. Yığılmış 3000 manata yaxın aliment borcunu ödəməkdən ötrü 2023-cü ildə bankdan kredit götürmüş və hazırda da hər ay kredit ödəyir. Təyin olunmuş alimenti atasının pensiyası ilə ödəyir. Bundan artıq aliment ödəməyə imkanı yoxdur. Uşaqların hazırki yaş dövründə iddiaçı özü də işləyib uşaqların saxlanmasına köməklik edə bilər. Ona görə də alimentin artırılmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını, cavabdehin və nümayəndəsinin iddia tələbinə münasibətini, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 118672 nömrəli 12 iyun 2019-cu il tarixli və AZ-İİİ 449540 nömrəli 07 yanvar 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 01 iyun 2013-cü il tarixdə X4 və 18 dekabr 2014-cü il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-717/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X5 yanında saxlanılmış, uşaqların maddi təminatı üçün hər ay hər uşağa 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. İş materiallarında olan AZ-İ 420368 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflər araslnda olan nikah İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MTO18/2023-01227 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-717/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X5 iddiaçının yanında saxlanılmış, uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. İddiaçı uşaqları ilə birgə ayda 300 manat kirayə haqqı ödəməklə kirayədə yaşadıqlarını, uşaqların yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu özünün hazırda işləmədiyini, cavabdehin rəsmi iş yeri olmasa da fərdi işlərdə işləməklə normal aylıq gəlir əldə etdiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh peşəsinin kompyuter mütəxəsisi olsa da hazırda heç yerdə işləmədiyini, yığılmış 3000 manata yaxın aliment borcunu ödəməkdən ötrü 2023-cü ildə bankdan kredit götürdüyünü və hazırda da hər ay kredit ödədiyini, təyin olunmuş alimenti atasının pensiyası ilə ödədiyini, bundan artıq aliment ödəməyə imkanının olmadığını, uşaqların hazırki yaş dövründə iddiaçının özü də işləyib uşaqların saxlanmasına köməklik edə bildiyini qeyd edərək alimentin artırılmamasını xahiş edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin və nümayəndəsinin iddia tələbinə münasibətinini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 60 (altmış) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-717/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 01 iyun 2013-cü il tarixdə doğulmuş X4 və 18 dekabr 2014-cü il tarixdə doğulmuş X3\ yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar