Məhkəmə qərarları › İş №2(037)-778/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-778/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-778/2021 10.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon İcra və Probası̇ ya Şöbəsinin cavabdeh Hümbətlı̇ Pərvı̇ n Bəhlul oğluna qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə 10 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsi (bundan sonra iddiaçı) Hümbətlı̇ Pərvı̇ n Bəhlul oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək ev siqnal ötürücüsünün dəyəri olan 108,32 manat vəsaitin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(037)-15/2019 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 1(016)-07/2019 nömrəli hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə cavabdehə qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cavabdehin cəzasının əvvəli 14 aprel 2019-cu il tarixdən hesablanmışdır. Cavabdehin üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və təhsil yerini dəyişdirdikdə əvvəlcədən məlumat vermək vəzifələri qoyulmuşdur. 16 aprel 2019-cu il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd enerji yükləyicisi cavabdehə quraşdılaraq təhvil verilmişdir. Daha sonra 22 aprel 2021-ci il tarixdə cavabdehin elektron qurğusuna baxış keçirilən zaman ona tətbiq edilmiş mobil qurğu məlumatları düzgün ötürmədiyi üçün 1693PC2 nömrəli komplektlə əvəz edilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 10 iyun 2021-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücüsünün əridilməsi müəyyən edilmişdir. Cavabdehin təqsiri üzündən elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 108,32 manat təşkil etmişdir. Bundan əlavə, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2021-ci il tarixli, 23/2019 nömrəli təqdimatına əsasən İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 7(037)-11/2021 nömrəli qərarı ilə cavabdehin cəzasının çəkilməmiş qalan 03 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cavabdehdən ev siqnal ötürücüsünün dəyəri olan 108,32 manat vəsaitin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 16 aprel 2019-cu il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılaraq təhvil verilmişdir. Daha sonra 22 aprel 2021-ci il tarixdə həmin elektron qurğuya baxış keçirilən zaman ona tətbiq edilmiş mobil qurğu məlumatları düzgün ötürmədiyi üçün 1693PC2 nömrəli komplektlə əvəz edilmişdir. Ona təhkim olunmuş ev siqnal ötürücüsü ərimişdir. Üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə onun özü və ya digər şəxslər tərəfindən heç bir müdaxilə edilməmişdir. Elektron nəzarət vasitəsinə heç bir müdaxilə edilmədiyinə görə iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 13 noyabr 2018-ci il tarixli D-8/196 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, ev siqnal ötürücüsünün dəyəri 108,32 manat məbləğindədir. İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(037)-15/2019 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 27 mart 2019-cu il tarixli məlumat vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ölkədən getmək hüququ 01 il 06 ay müddətinə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 1(016)-07/2019 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 16 aprel 2019-cu il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 16 aprel 2019-cu il tarixli iltizamın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və təhsil yerini dəyişdirdikdə əvvəlcədən məlumat vermək vəzifələri qoyulmuşdur. Həmin iltizamı Cavabdeh öz imzası ilə təsdiq etmişdir. 22 aprel 2021-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu məlumatları düzgün ötürmədiyi, enerjinin mütəmadi olaraq yığmadığı texniki səbəbdən olmaı məlum olmuş və 22 aprel 2021-ci il tarixdə 1693PC2 nömrəli komplektlə əvəz edilmişdir. 01 iyun 2021-ci il tarixli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin təsdiq edilmiş surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim edilmiş ev siqnal ötürücüsü əridilməsi müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 7(037)-11/2021 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh cəzasının çəkilməmiş qalan 03 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(037)- 15/2019 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 1(016)- 07/2019 nömrəli hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə cavabdehə qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cavabdehin cəzasının əvvəli 14 aprel 2019-cu il tarixdən hesablanmışdır. Cavabdehin üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və təhsil yerini dəyişdirdikdə əvvəlcədən məlumat vermək vəzifələri qoyulmuşdur. 16 aprel 2019-cu il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd enerji yükləyicisi cavabdehə quraşdılaraq təhvil verilmişdir. Daha sonra 22 aprel 2021-ci il tarixdə cavabdehin elektron qurğusuna baxış keçirilən zaman ona tətbiq edilmiş mobil qurğu məlumatları düzgün ötürmədiyi üçün 1693PC2 nömrəli komplektlə əvəz edilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 10 iyun 2021-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücüsünün əridilməsi müəyyən edilmişdir. İddiaçı ev siqnal ötürücüsünün dəyəri olan 108,32 manat vəsaitin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Cavabdeh elektron nəzarət vasitəsinə heç bir müdaxilə edilmədiyinə görə iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 108,32 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 108,32 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 108,32 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 20,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Hümbətlı̇ Pərvı̇ n Bəhlul oğlundan ev siqnal ötürücüsünün dəyəri olan 108 (bir yüz səkkiz) manat 32 (otuz iki) qəpik vəsait alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X1, Müxbir hesab: AZ41NABZ********************, VÖEN: **********, KOD 210005, SWİFT: CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Cavabdeh Hümbətlı̇ Pərvı̇ n Bəhlul oğlundan 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar