Məhkəmə qərarları › İş №2(037)-784/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-784/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-784/2021 08.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Orucəlı̇ yeva Elnarə Nürəddı̇ n qızının cavabdeh Orucalı̇ yeva Mı̇ nəvvər Abdulsəməd qızına qarşı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və istifadə hüququna maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Orucəlı̇ yeva Elnarə Nürəddı̇ n qızı cavabdeh Orucalı̇ yeva Mı̇ nəvvər Abdulsəməd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək onun və övladlarının 22 mart 2009-cu il tarixdə doğulmuş X2 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 ilə birlikdə DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 noyabr 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış üzrə cavabdehə tam mülkiyyət hüququ üzrə məxsus olan, İsmayıllı şəhəri, Təbriz küçəsi, ev 3 ünvanında 0,07 hektar həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,9 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin istifadə hüququna cavabdeh tərəfindən törədilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı iddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini məhkəmə onun hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Orucəlı̇ yeva Elnarə Nürəddı̇ n qızının cavabdeh Orucalı̇ yeva Mı̇ nəvvər Abdulsəməd qızına qarşı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və istifadə hüququna maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Orucəlı̇ yeva Elnarə Nürəddı̇ n qızına qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar