Məhkəmə qərarları › İş №2(037)-789/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-789/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-789/2024 25.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 maddi təminatı üçün İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(037)-493/2019 nömrəli qətnaməsi ilə hər uşağa sabit pul məbləğində təyin olunmuş 120 manat məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 350 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(037)-493/2019 nömrəli qətnaməsi ilə 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş və cavabdeh tərəfindən ödənilən aliment hazırki şəraitdə uşaqların saxlanması üçün azlıq edir və onların minimum təminatını belə ödəmir. Uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Belə ki, uşaqlar ayrı-ayrı fənlərdən əlavə məşqələrə gedir. Özü aptekdə kassir işləməklə ayda 450 manat əmək haqqı alır. Cavabdeh isə İsmayıllı rayon mərkəzi bazarının yaxınlığında ayaqqabı sexi işlətməklə ayda 2000 manatradək gəlir əldə edir. Buna baxmayaraq cavabdeh ödədiyi az miqdarda alimentdən başqa uşaqlarına əlavə heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq Bəhram və Süleyman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 350 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(037)-493/2019 nömrəli qətnaməsi ilə iki uşağın saxlanması üçün ümumilikdə 240 manat aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Belə ki, hələ 2019-cu il tarixdə aliment təyin olunarkən o, İsmayıllı rayon mərkəzi bazarının yaxınlığında ayaqqabı sexində işləmişdir. Təyin olunmuş alimenti vaxtında ödəməklə yanaşı imkanı daxilində uşaqlarının maddi təminatının ödənilməsinə əlavə köməklik etmişdir. Bundan başqa yeni ailə qurmuş və yeni nikahından Xədicə və Əsma adlı iki övladı vardır. İddiaçı özü də aptekdə işləməklə aylıq qazanc əldə edir. Buna baxmayaraq təyin olunmuş alimentin artırılaraq hər ay hər uşağa 150 manat müəyyən edilməsini təklif edir. İddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yol vermir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİ 653735 nömrəli 12 may 2011-cı il tarixli və AZ-İİ 940682 nömrəli 03 sentyabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 01 may 2011-ci il tarixdə X4 və 14 iyun 2012-ci il tarixdə X2 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-493/2019-cu il nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT035-2023-301 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilməsindən imtina etmişlər. Cavabdeh tərəfində iş materiallarına əlavə edilmiş AZ-İİİİ 949814 nömrəli xx.xx.2012-ci il tarixli və AZ-İV 622219 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, cavabdehin yeni nikahından xx.xx.2017-ci il tarixdə X3 və xx.xx.2021-ci il tarixdə X5 adlı iki övladları doğulmuşdur. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-493/2019-cu il nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı təyin olunmuş alimentin uşağın minimum təminatını ödəmədiyini, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, özünün aptekdə kassir işləməklə ayda 450 manat əmək haqqı aldığını. cavabdehin isə İsmayıllı rayon mərkəzi bazarının yaxınlığında ayaqqabı sexi işlətməklə 2000 manatadək gəlir əldə etdiyini, buna baxmayaraq cavabdeh ödədiyi az miqdarda alimentdən başqa uşaqlarına əlavə heç bir köməklik etmədiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq Bəhram və Süleyman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 350 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, 2019-cu il tarixdə aliment təyin olunarkən İsmayıllı rayon mərkəzi bazarının yaxınlığında ayaqqabı sexində işlədiyini, təyin olunmuş alimenti vaxtında ödədiyini, yeni ailə qurduğunu və yeni nikahından iki övladının olduğunu, buna baxmayaarq təyin olunmuş alimentin artırılaraq hər ay hər uşağa 150 manat müəyyən edilməsini təklif etdiyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri mənbəyi barədə məlumat yoxdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-493/2019-cu il nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iki uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşaqların yaşının artması onun xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2019-cu ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Buna baxmayaraq uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Eyni zamanda cavabdehin digər nikahdan da iki uşağının olması nəzərə alınmalıdır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 65 (altmış beş) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-493/2019-cu il nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 01 may 2011-ci il tarixdə doğulmuş X4 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat məbləği tutulsun və İddiaçı ödənilsin. Cavabdeh 65 (altmış beş) manat 60 (altmış) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar