Məhkəmə qərarları › İş №2(037)-791/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-791/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-791/2020 21.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxxxx 2019-cu il tarixli RPF-00824- 16/19A saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcun, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli RPF-00824-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 (bir) faizlə 60 ay müddətinə 173 (bir yüz yetmiş üç) manat 90 (doxsan) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh həmin kreditdən iddiaçı ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli FN-00019-06/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx xxxx 2014cü il tarixli FN-00019-06/14A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə hesablanmış 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcu qalmışdır. İddiaçı cavabdehden 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcu, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxxxx 2019-cu il tarixli RPF-00824-16/19A saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 1 (bir) faizlə 60 ay müddətinə 173 (bir yüz yetmiş üç) manat 90 (doxsan) qəpik məbləğində kredit verilmiş, borcalan həmin kreditdən borcalanla bank arasında bağlanmış xx xxxx 2014-cü il tarixli FN-00019-06/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədə borcverənin borcalanın müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda müqaviləyə vaxtından əvvəl xitam verməsi və kreditin qalıq məbləğini müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli RPF-00824-16/19A saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 173,90 manat əsas borc və 4,44 manat faiz borcu olmaqla, cəmi 178,80 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli HASF-2019/00851 nömrəli bildirişdən görünür ki, müqavilə üzrə borcun 5 iş günü müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli RİED 2020/4852 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2019-cu il tarixli RPF-00824-16/19A saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2019-cu il tarixdə 5 manat, xx xxxxxx 2019-cu il tarixdə 7 manat ödəniş etmiş, xx xxxxxx 2020-ci il tarixə 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcu qalmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00824-16/19A saylı əsasən həmin tarixdə illik 1 (bir) faizlə 60 ay müddətinə 173 (bir yüz yetmiş üç) manat 90 (doxsan) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh kreditdən iddiaçı ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli FN-00019-06/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz borcunu vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin iddiaçıya xx xxxxxx 2020-ci il tarixinə hesablanmış 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcu qalmışdır. İddiaçı tərəfindən borc tələbi ilə məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehden 162,46 manat əsas borc, 0,94 manat faiz borcu olmaqla, ümumilikdə 163,4 manat borcu, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 162,46 manat əsas borc, 0,94 manat faiz borcu, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı – cəmi 183 (bir yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğ alınaraq iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar