Məhkəmə qərarları › İş №2(037)-792/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-792/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-792/2021 13.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Nikolayevaya qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh Nikolayevadan (bundan sonra cavabdeh) BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 365,5 manat borc, 54,83 manat cərimə, 20 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 10 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 20 avqust 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X3 ilə cavabdeh arasında bağlanmış BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1567,5 manat dəyərində mal almış, aldığı malın dəyərini hər ay ödəniş etməklə 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 cavabdehə qarşı olan 1567,5 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. BHR000004 saylı Nisyə Alqı-satqı müqaviləsinin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilənin şərtini pozaraq ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh sonuncu dəfə 14 iyun 2021-ci il tarixdə mödəniş etmiş, 365,5 manat əsas borcu ödənilməmiş qalmışdır. Əsas borca 54,83 manat cərimə hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borc məbləğinin ödənilməsi təmin olunmamışdır. Ona görə də cavabdehdən BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 365,5 manat borc, 54,83 manat cərimə, 20 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X3 ilə cavabdeh arasında bağlanmış BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən və müqaviləyə 1 nömrəli əlavədən görünür ki, X3 tərəfindən cavabdehə 1567,5 manat dəyərində malı satılmış, cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 9 ay müddətində hər ay 175 manat ödəməyi öhdəsinə götürmüşdür. 24 iyun 2020-ci il tarixli R-567/20 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, X3 ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. 28 avqust 2020-ci il tarixli R-567/20-0003 nömrəli sazişin surətindən görünür ki, X3 ilə bağlanmış müqavilələr üzrə borcu tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Bildirişdən görünür ki, BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqısatqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Cavabdeh bildirişlə tanış olmuş və imzalamışdır 18 noyabr 2020-ci il tarixli **********891500 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır. 26 iyul 2021-ci il tarixli bildirişin surətindən görünür ki, müqavilə üzrə borcun üç gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 26 iyul 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh 1202 manat ödəniş etmiş, 365,5 manat qalıq borcu qalmış, qalıq borca 54,83 manat cərimə hesablanmışdır. 26 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 365,5 manat əsas, 54,83 manat cərimə olmaqla cəmi 420,33 manat borcu vardır. 02 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, X3 ilə cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli BHR000004 saylı Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdehə hər ay 175 manat ödəniş etməklə 9 ay müddətinə 1567,5 manat dəyərində nisyə mal satılmışdır. İddiaçı ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 cavabdehə qarşı olan 1567,5 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cavabdehdən 30 iyul 2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 365,5 manat borc, 54,83 manat cərimə, 20 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh aldığı əşyanın dəyərini və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Nikolayevadan BHR000004 saylı 30 iyul 2020-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 365,5 manat borc, 54,83 manat cərimə, 20 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı – cəmi 440 (dörd yüz qırx) manat 73 (yetmiş üç) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar