Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-793/2021 13.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh oğlundan (bundan sonra cavabdeh) 479,52 manat əsas və 109,09 cərimə borcu olmaqla, cəmi 588,61 manat borc və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 10 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 12 avqust 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 106892-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 0 faiz dərəcəsi ilə maksimal limiti 3000 (üç min) manat kredit xətti ayrılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. 30 iyul 2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 479,52 manat əsas borcu qalmışdır. Əsas borca 109,09 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehdən 479,52 manat əsas və 109,09 cərimə borcu olmaqla, cəmi 588,61 manat borc və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 oktyabr 2019-cu il tarixli 106892-PC********** nömrəli smile kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 0% dərəcəsi ilə maksimal limiti 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. 08 aprel 2021-ci il tarixli 106/106/0335/2021 nömrəli xəbərdarlığın surətindən görünür ki, müqavilə üzrə borcun 03 aprel 2021-ci il tarixədək ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 30 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 02 oktyabr 2019cu il tarixli 106892-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 30 iyul 2021-ci il tarixə 479,52 manat əsas və 109,09 manat cərimə borcu olmaqla, cəmi 588,61 manat borcu qalmışdır. 02 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 106892-PC********** nömrəli “smile kredit xətti müqaviləsinə” əsasən iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 0% dərəcəsi olan maksimal limiti 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. Borcalan bu müqavilə şərtləri çərçivəsində açılmış kredit xətti üzrə məbləği komisyon haqqı ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. 30 iyul 2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 55,68 manat əsas borcu qalmış və həmin borca 22,43 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 479,52 manat əsas və 109,09 cərimə borcu olmaqla, cəmi 588,61 manat borc və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 479,52 manat əsas, 109,09 manat cərimə borcu və 30,4 manat dövlət rüsumu - cəmi 619 (altı yüz on doqquz) manat 1 (bir) qəpik borc məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-793/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-793/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver