Məhkəmə qərarları › İş №2(037)-799/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-799/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-799/2024 21.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 21 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277,40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Ağsu Rayon Məhkəməsinin 1(016)-51/2021 saylı 09 dekabr 2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hökmünün icrası ilə əlaqədar 27 may 2022-ci il tarixdə cavabdehə bir ədəd "Attenti" markalı (mobil qurğu: 35630492, elektron qolbaq: 078CE50505) elektron nəzarət vasitəsi komplekti tetbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Elektron nəzarət vasitəsinə 01 ədəd mobil qurğu, 01 ədəd qolbaq, 01 ədəd enerji adapteri daxildir. Həmçinin cavabdehə məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə cavabdehə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Bu barədə tərtib edilmiş 27 may 2022-ci il tarixli protokol cavabdeh və İddiaçı əməkdaşı tərəfindən imza edilmişdir. Lakin cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan "Attenti" markalı elektron nəzarət vasitəsinə daxil olan 35630492 nömrəli mobil qurğunu itirmişdir. Cavabdeh 07 iyul 2022-ci il tarixdə İddiaçınə gələrək ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğunu itirdiyini bildirmişdir. Dərhal cavabdehin izahatı alınmış və ona itirilmiş mobil qurğunun tapılması üçün 01 həftə vaxt verilmişdir. Cavabdeh izahatında mobil qurğunu heyvanları otaran zaman itirdiyini bildirmişdir. 14 iyul 2022-cİ il tarixdə cavabdehə mobil qurğunu tapmaq üçün verilmiş 01 həftə vaxt tamam olmuşdur. Cavabdeh mobil qurğunu tapmadığı üçün bu barədə 14 iyul 2022-ci il tarixdə onun iştirakı ilə akt tərtib edilmiş və imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş rəydən məlum olmuşdur ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin komplektinə daxil olan V6 mobil qurğu aşkarlanmamışdır. Mobil qurğunun olmaması səbəbindən komplektə daxil olan digər cihazların da təkrar istifadəsi mümkünsüzdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsi tərəfindən təqdim edilmiş cədvəldə mobil nəzarət qurğuları xüsusi proqram təminatı və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277,40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasına iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Ağsu Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(016)-51/2021 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə Cavabdeh istintaq zamanı 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək saxlandığı 02 gün müddətin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərinə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 27 may 2022-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 07 iyul 2022-ci il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğunu itirdiyini bildirmişdir. Bu barədə izahatı alınmış və imzalanmışdır. 14 iyul 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əməkdaşı tərəfindən "Attenti" markalı elektron nəzarət vasitəsinə daxil olan 35630492 nömrəli mobil qurğunun tapılması üçün Cavabdeh 01 həftə vaxt verilmişdir. Aktın doğruluğunu cavabdeh imzası ilə təsdiq etmişdir. 29 iyul 2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əməkdaşı tərəfindən "Attenti" markalı 35630492 nömrəli komplekt mobil qurğusuz Cavabdeh təhvil götürülmüşdür. Komplektə daxil olan digər cihazlarda qüsur aşkar edilməmişdir. Aktın doğruluğunu cavabdeh imzası ilə təsdiq etmişdir. 02 avqust 2022-ci il tarixli, ED 000108 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin təsdiq edilmiş surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti” markalı sadə qolbağın komplektasiyası pozulmuşdur. Yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. “Euro Design” 29 iyul 2021-ci il tarixli ED-M №96-21 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, sadə elektron qolbaq komplektinin ƏDV daxil edilməklə dəyəri 2277,40 manat məbləğindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağsu Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(016)-51/2021 nömrəli hökmü üzrə Cavabdeh CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə Cavabdeh istintaq zamanı 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək saxlandığı 02 gün müddətin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərinə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 27 may 2022-ci il tarixli protokola əsasən cavabdehə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 07 iyul 2022-ci il tarixli izahatda cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin komplektinə daxil olan mobil qurğunu itirdiyini bildirmişdir. Bu barədə izahatı alınmış və imzalanmışdır. 14 iyul 2022-ci il tarixli akt üzrə İddiaçı əməkdaşı tərəfindən "Attenti" markalı elektron nəzarət vasitəsinə daxil olan 35630492 nömrəli mobil qurğunun tapılması üçün cavabdehə 01 həftə vaxt verilmişdir. Aktın doğruluğunu cavabdeh imzası ilə təsdiq etmişdir. 29 iyul 2022ci il tarixli akta əsasən İddiaçı əməkdaşı tərəfindən "Attenti" markalı 35630492 nömrəli komplekt mobil qurğusuz cavabdehdən təhvil götürülmüşdür. Komplektə daxil olan digər cihazlarda qüsur aşkar edilməmişdir. Aktın doğruluğunu cavabdeh imzası ilə təsdiq etmişdir. 02 avqust 2022-ci il tarixli, ED 000108 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyi üzrə məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti” markalı sadə qolbağın komplektasiyası pozulmuşdur. Yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. “Euro Design” 29 iyul 2021-ci il tarixli ED-M №96-21 nömrəli məktubuna əsasən sadə elektron qolbaq komplektinin ƏDV daxil edilməklə dəyəri 2277,40 manat məbləğindədir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277,40 manat pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini itiriməklə 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277,40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 42,77 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh vurmuş olduğu zərərə görə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik vəsait alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar