Məhkəmə qərarları › İş №2(037)-8/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-8/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-8/2022 06.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon İcra və Probası̇ ya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı İsmayıllı rayon İcra və Probasiya Şöbəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron qolbağın dəyəri olan 1346,03 manat vəsaitin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 1(037)-49/2018 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkdiyi müddətdə cavabdehə yaşayış yerini və İsmayıllı rayon ərazi hüdudlarını 22:00-dan 06:00dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur.23 yanvar 2019-cu il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd adaptor cavabdehə quraşdılaraq təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 24 iyun 2021-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranın sındırıldığı müəyyən edilmişdir. Cavabdeh lazımi qaydada məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu yararsız vəziyyətə salmış və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 1346,03 manat təşkil etmişdir. Cavabdehdən elektron qolbağın dəyəri olan 1346,03 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin 1(037)-49/2018 saylı,13.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 23.01.2019-cu il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbənin rəisi Taleh Quliyev tərəfindən müvafiq protokol tərtib edilərək, üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd adaptor ona quraşdırılaraq təhvil verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu” işdə olarkən ehtiyatsızlıqdan qoyduğu yerdən düşərək ekranında çat izləri yaranmışdır.Elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranında yaranmış çat barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermişdir. Elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranında yaranmış çat izləri həmin qurğunun işləməsinə heç bir maneçilik törətməmişdir. Buna baxmayaraq İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu” və elektron qolbağ yenisi ilə əvəzlənmişdir. Elektron nəzarət dəsti “mobil qurğu” və elektron qolbağa 1346.03 manat məbləğində maddi ziyan dəyməsi ilə razılaşmır və hesab edir ki, ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranının şüşəsinə dəymiş ziyan məbləği yüksək hesablanmışdır. Belə ki, həmin mobil qurğunun ekranını çox az məbləğə təmir etdirə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 1(037)-49/2018 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 23 yanvar 2019-cu il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 23 yanvar 2019-cu il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və təhsil yerini dəyişdirdikdə əvvəlcədən məlumat vermək vəzifələri qoyulmuşdur. Həmin izahatı Cavabdeh öz imzası ilə təsdiq etmişdir. 24 iyun 2021-ci il tarixli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin təsdiq edilmiş surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının sındırıldığı müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 13 noyabr 2018-ci il tarixli D-8/196 nömrəli məktubun surətindən görünür ki, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğularının dəyəri 1346,03 manat məbləğindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli 9/1817 nömrəli ekspert rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin rəisi tərəfindən imzalanmış 13 noyabr 2018-ci il tarixli D-8/196 nömrəli arayışa əsasən mobil nəzarət qurğusuna vurulmuş ziyanın miqdarı 1346,03 manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-49/2018 saylı, 13.12.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkdiyi müddətdə cavabdehə yaşayış yerini və İsmayıllı rayon ərazi hüdudlarını 22:00-dan 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. 23 yanvar 2019-cu il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, ev siqnal ötürücüsü və bir ədəd adaptor cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 24 iyun 2021-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının sıradan çıxarıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 1346,03 manat təşkil etmişdir. İddiaçı cavabdehdən elektron qolbağın dəyəri olan 1346,03 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu” işdə olarkən ehtiyatsızlıqdan qoyduğu yerdən düşərək ekranında çat izlərinin yarandığını, elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranında yaranmış çat barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məlumat verdiyini, elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranında yaranmış çat izlərinin həmin qurğunun işləməsinə heç bir maneçilik törətmədiyini, buna baxmayaraq İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu” və elektron qolbağın yenisi ilə əvəzləndiyini, elektron nəzarət dəsti “mobil qurğu” və elektron qolbağa 1346.03 manat məbləğində maddi ziyan dəyməsi ilə razılaşmadığını, ona tətbiq olunmuş Elektron nəzarət dəsti “mobil qurğu”-nun ekranının şüşəsinə dəymiş ziyan məbləğinin yüksək hesablandığını,həmin mobil qurğunun ekranını çox az məbləğə təmir etdirə biləcəyini bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 1346,03 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 1346,03 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 1346,03 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh elektron qolbağın dəyəri olan 1346.03 (bir min üç yüz qırx altı manat, 03 qəpik) vəsait alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X1, M/H: AZ41NABZ******************** VÖEN: **********, KOD 210005, SWİFT:CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifatının kodu:142330) ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu-3,SAP(XİİS)hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005,VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar