Məhkəmə qərarları › İş №2(037)-8/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-8/2023

11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-8/2023 11.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi tələbinə dair mülki işə 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105.1 kv.metr olan qeyri-yaşayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə 586500 manata LPO "NİKOYL” QSC-yə satılmasına dair 137/1/22-saylı, 23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə,İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış,86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 0,0663 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 45900 manata LPO "NİKOYL” QSC-yə satılmasına dair 137/3/22-saylı,23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış, 65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 35700 manata LPO "NİKOYL” QSC-yə satılmasına dair 137/3/22-saylı, 23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə və İsmayıllı şəhəri,Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı,4 nömrəli mənzilin 17850 manata LPO Cavabdeh3 QSC-yə satılmasına dair 137/4/22-saylı,23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında "Sərraf-M” MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə 18 mart 2022-ci il tarixli, 072/22-saylı qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, ipoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestrində MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 45 nömrəli vərəqində **********3206301 reyestr, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydə alınmış,İsmayıllı rayonu İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv metr olan qeyri-yaşayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahasi ilə birlikdə), MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 12 nömrəli vərəqində **********56-10301 reyestr,190801995 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı rayonu İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli, 4 otaqlı, 206,02 kv metr ümumi, 119,18 kv metr yaşayış, 86,84 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin (0,0663 ha həyətyanı torpaq sahəsi ilə birlikdə), MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabında 44 nömrəli vərəqində **********28-10301 reyestr, **********1 qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114,7 kv metr ümumi, 49,5 kv metr yaşayış, 65,2 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin və MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 114 nömrə ilə **********84-093003 reyestr, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Nizami küçəsində 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv metr ümumi, 35,24 kv metr yaşayış sahədən ibarət 3 otaqlı, 4 nömrəli mənzilin ilkin satış qiymətlərinin (likvid qiymətləri) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsinə və xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Fərhad Əsgərovdan, Ədalət Əsgərovdan,Cəmil İsgəndərovdan və ondan xx.xx.2011-ci il tarixli 5412-0-408-11 saylı kredit müqaviləsi üzrə 636.000 ABŞ dolları əsas kredit borcu,154897 ABŞ dolları faiz borcu,2.000 ABŞ dolları cərimə borcu,cəmi 792.897 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla alınaraq Cavabdeh3 İKB-yə ödənilməsi, Cavabdeh3 İKB tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 150 manat məbləğin Fərhad Əsgərovdan, Ədalət Əsgərovdan,Cəmil İsgəndərovdan və ondan tutularaq Cavabdeh3 İKB-yə verilməsi, 792.897 ABŞ dolları və 150 manat məbləğinin tutulmasının Ədalət Əsgərov və Fərhad Əsgərovla Cavabdeh3 İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408/3-11 (İ) saylı xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408-11(İ) saylı və xx.xx.2012-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408/4İ İ(İ) saylı ipoteka müqavilələrinə əsasən AR daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 45 nömrəli vərəqində **********32-06301 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydə alınmış,İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yaşayış (restoran) binasına (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə),AR daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 12 nömrəli vərəqində **********56-10301 reyestr nömrəsi,190801995 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış,İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 hektar həyətyanı torpaq sahəsində yerləşən (1-2) mərtəbəli, 4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,0663 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə),AR daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabında 44 nömrəli vərəqində **********28-10301 reyestr nömrəsi, **********1 qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmış,İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və AR daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq tam mülkiyyət hüququ üzrə Fərhad Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 114 nömrə ilə **********84-093003 reyestr nömrəsi,190801029 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış,İsmayıllı şəhəri,Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzilə və Ədalət Əsgərov ilə Cavabdeh3 İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış girov müqaviləsinə əsasən,Ədalət Əsgərovun mülkiyyətində olan 47.000 manat dəyərində olmaqla İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar torpaq sahəsindəki qeyri-yaşayış (restoran) binasında yerləşən əsas vəsaitlər olan 11 ədəd «LG Gold» markalı kondisionerlərə,1 ədəd «Samsung» markalı ayaqlı kondisionerə, 9 ədəd «Euroluxs» markalı kondisionerlərə,5 ədəd lazer şou aparatlarına, 6 ədəd «LG» markalı televizorlara,4 ədəd «SuperMax» markalı televizorlara,1 ədəd proyektora,1 ədəd «LG» markalı musiqi mərkəzinə, 10 ədəd «Samsung» markalı televizorlara, 1 ədəd «LG» markalı kondisionerə, 1 ədəd DVR aparatına,1 ədəd «BM2 ARCOTHERM» markalı isidici aparata, 1 ədəd iki motorlu tozsorana, 1 ədəd bir matorlu tozsorana, 1 ədəd «GenPower İOOKVA» markalı dizel generatoruna, 1 ədəd ətçəkən maşına,1 ədəd kameralı “otaci” markalı soyuducuya, 1 ədəd «Beko» markalı soyuducuya, 1 ədəd şüşəli soyuducuya, 1 ədəd böyük və 1 ədəd kiçik dondurucuya, 2 ədəd təhlükəsizlik kameralarına, 1 ədəd su qızdırıcısına (kalonkaya) və 1 ədəd «Ariston» markalı su qızdırıcısına hərrac vasitəsi ilə satılmaqla yönəldilməlidir.Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ila Ədalət Əsgərov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli, 2(037)-300/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Ali Məhkəmənin 2(102)- 1327/2017-nömrəli, 08 fevral 2017-ci il tarixli qərarı ilə Ədalət Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş,icraya yönəlmiş və hazırda Cavabdeh1 icraatındadır.Qeyd edir ki,mülki işə baxılarkən ipotekanın predmeti olan əmlakların (likvid qiymətləri) ilkin satış qiymətləri müəyyən edilməmişdir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda bu Qanunun 39.3.1-39.1.4-cü maddələrində nəzərdə tutulanları, o cümlədən 39.3.3-cü maddəyə əsasən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.Bu maddəyə görə,ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bildirir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə əlaqədar ləğv prosesində olan "xxxx" QSC ilə aralarında mübahisə vardır. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında,mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakların likvid qiyməti ilə müəyyən edilməlidir.Qeyd edir ki, ipoteka predmeti olan əmlakların (likvid qiymətinin) ilkin satış qiymətinin məhkəmə qətnaməsi ilə müəyyən edilməməsi onun qanunla qorunan maraqlarına ziddir və onun hüququna toxunur.Belə ki,Ədalət Əsgərov 05 mart 2018-ci il tarixdə ölmüşdür. Ədalət Əsgərovun ölümündən sonra miras qalmış bütün əmlaklara yiyələnmiş və miras əmlakları faktiki surətdə idarə etməyə başlamışdır. Bu səbəbdən hesab edir ki, ipoteka predmeti olan əmlaklar üzərində gözlənilən mülkiyyət hüququ vardır.Həmçinin qeyd edir ki, hazırkı mübahisəyə müstəsna aidiyyat qaydalarına uyğun olaraq İsmayıllı rayon Məhkəməsində baxılmalıdır.Eyni zamanda qeyd edir ki, Cavabdeh1 icra məmuru Rahim Mustafayev qərarında qiymətləndiricinin hansı təşkilata həvalə etdiyini göstərməmiş, 3-cü şəxs "Yelobank” ASC-nin xahişi ilə onunla "əlaqəli-ortaq” fəaliyyət göstərən "Sərraf-M” MMC-yə həvalə etmişdir. "Bakı Hərrac Mərkəzi” MMC-nin 137/22 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişi 15 aprel 2022-ci il tarixdə poçt vasitəsilə çatdırılmış və məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən mərhum atası Ədalət Əsgərova məxsus əmlaklar açıq hərraca çıxarılmış və əmlakların ilkin satış qiymətləri onların orta bazar dəyərinin 30 faizi miqdarında dəyərləndirilmişdir. “Sərraf-M" MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə 18 mart 2022-ci il tarixli, 072/22-saylı rəyi qiymətləndirilmişdir. Lakin həmin rəydə əmlakların likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilmiş, həmin rəydə göstərilən qiymətlər reallığı əks etdirmir. Belə ki, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki,"İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiymətiqanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Göründüyü kimi, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3.3- cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.Təqdim olunmuş rəylərdə ipoteka predmetlərinin ilkin satış qiymətlərində olan kəskin fərqi, habelə Cavabdeh1 tərəfindən həmin qiymətin "İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq bazar qiyməti ilə deyil, likvid qiyməti ilə müəyyən olunması nəzərə alınmamışdır. Hesab edir ki, "Sərraf-M” MMC tərəfindən verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə rəylər reallığı əks etdirmir,rəylərdə əmlakların qiymətinin daha az olduğu göstərilmişdir.Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, rəylərdə qeyd olunan əmlakların qiymətinin həqiqətdə nə bugünkü bazar qiyməti ilə,nə də ki likvid qiyməti ilə eynilik təşkil etmir,həmin ərazidə yerləşən eyni tipli əmlakların qiymətindən üç dəfə aşağı qiymətləndirilmişdir. "Qiymətləndirmə fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Həmin qanunun 8-ci maddəsinə görə Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.Bundan başqa qeyd edir ki, "Sərraf-M” MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə 18 mart 2022ci il tarixli, 072/22 saylı rəyi qanunsuzdur,həqiqəti əks etdirmir və ekspert rəyi kimi qiymətləndirilə bilməz,müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Hesab edir ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əmlakların likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici dəvət edilməli və qiymətləndirmə işinin aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən,özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə və yaxud mütəxəssis rəyinin alınması üçün mütəxəssisə həvalə edilməli idi. Bununla bağlı qeyd edir ki, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır,o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əsaslı dəyişikliklər edilmiş, "Məhkəmə ekspertinin etik davranış kodeksi”, "Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları", həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədİiyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli,müsahibədən keçməli,özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunmalıdır.Hazırda Ədİiyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquq tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkədə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər,o cümlədən "Sərraf-M” MMC təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən ekspert rəyi kimi qələmə verilən sənəd hazırlanmış və Cavabdeh1nə təqdim olunmuşdur.Belə sənədin ekspert rəyi kimi qəbul olunması və ondan istifadə olunması qanunaziddir. O, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105.1 kv.metr olan qeyri-yaşayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə 586500 manata LPO "NİKOYL” QSC-yə satılmasına dair 137/1/22-saylı, 23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə,İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış,86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin (0,0663 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 45900 manata LPO "NİKOYL” QSC-yə satılmasına dair 137/3/22-saylı,23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə,İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış, 65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 35700 manata LPO"NİKOYL” QSC-yə satılmasına dair 137/3/22-saylı, 23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilə və İsmayıllı şəhəri,Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı,4 nömrəli mənzilin 17850 manata LPO Cavabdeh3 QSC-yə satılmasına dair 137/4/22-saylı,23 may 2022-ci il tarixli protokol və 23 may 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında "Sərraf-M” MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə 18 mart 2022-ci il tarixli,072/22saylı qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, ipoteka predmeti olan AR Daşınmaz Əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 45 nömrəli vərəqində **********3206301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydə alınmış, İsmayıllı rayonunun İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv metr olan qeyri-yaşayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə), AR Daşınmaz Əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 12 nömrəli vərəqində **********56-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış,İsmayıllı rayonu İsmayıllı kəndində 0,0663 hektar həyətyanı torpaq sahəsində yerləşən (1-2) mərtəbəli, 4 otaqlı, 206,02 kv metr ümumi, 119,18 kv metr yaşayış, 86,84 kv metr kömakçi sahədan ibarət fərdi yaşayış evinin (0,0663 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə), AR Daşınmaz Əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq Ədalət Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabında 44 nömrəli vərəqində **********28-10301 reyestr nömrəsi,**********1 qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114,7 kv metr ümumi, 49,5 kv metr yaşayış, 65,2 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin və AR Daşınmaz Əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq tam mülkiyyət hüququ üzrə Fərhad Əsgərovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 114 nömrə ilə **********84-093003 reyestr nömrəsi,190801029 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri,Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 49,79 kv metr ümumi,35,24 kv metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzilin (likvid qiymətləri) ilkin satış qiymətlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-300/2013 saylı,25 iyul 2013-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmiş,sonradan icra məmurunun sifarişinə əsasən üç dəfə qiymətləndirmə keçirilmişdir.Onu da əlavə edir ki, 2(037)-300/2013 saylı,25 iyul 2013-cü il tarixli icra sənədinə əsasən qətnamədə göstərilmiş hər bir əmlak hərrac vasitəsi ilə satılması üçün icra məmurunun xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə satışa çıxarılmış, sonda ilkin satış qiyməti 920000 manat qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri yaşayış (restoran) binası 586500 manata,ilkin satış qiyməti 72000 manata qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli,4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 45900 manat,ilkin satış qiyməti 56000 manat qiymətləndirilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 35700 manata,ilkin satış qiyməti 28000 manata qiymətləndirilmiş İsmayıllı şəhəri,Nizami küçəsində 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv. metr ümumi, 35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzil 17850 manata banka təklif olunmuş və "Yelo Bank” ASC həmin əmlakları müvafiq olaraq xx.xx.2022-ci il tarixli müqavilələrlə almış,sonda hər bir əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Hazırda iddiaçı yuxarıda qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də,lakin nəzərə alınmalıdır ki, hər bir əmlak artıq bankın mülkiyyətindədir və həmin əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsinə heç bir zərurət yoxdur,əksinə əmlakın yenidən qiymətləndirilməsi,ümumiyyətlə əmlakla bağlı hər hansı bir əməliyyatların aparılması mülkiyyətçi olaraq "YeloBank” ASC-nin mülkiyyət hüququna müdaxilədir.Ona görə də hesab edir ki,iddiaçının bu iddiası təmin olunmamalıdır. Bundan əlavə iddia tələbinin qiymətləndirmə rəylərinin ləğv edilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Həmin Məcəllənin 5.1-ci maddəsinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.Hesab edir ki, icra icraatının gedişində icra məmuru tərəfindən alınmış qiymətləndirmə rəyinin qanunsuz hesab edilməsi tələbi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Hazırkı halda iddiaçı tərəfindən hər hansı hüququn və ya qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan mübahisələndirilməsinə yönəlmiş,ümumiyyətlə məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırdığı üçün həmin hissədə işin icraatına xitam verilməlidir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Qeyd edilməlidir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yol veriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun.Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər.İcra məmuru tələbin borclunun əmlakına yönəldilməsi prosedurları çərçivəsində əmlakın hərracda satılmasını təmin edə bilmək üçün əvvəlcə onun qiymətləndirilməsini təşkil etməli və müvafiq rəy almalıdır.Bundan sonra isə o,hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməyi və bu zaman həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir.Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər malumatlarla yanaşı,habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir.İcra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış müəssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir.Mülki qanunvericilikdə icra məmurunun sifarişindən sonra həmişə hərracın keçiriləcəyi barədə imperativ müddəa yoxdur. Əksinə müəyyən şərtlər daxilində hərracın keçirilməsi də mümkündür.Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır.Mülki qanunvericilik həmçinin həmin məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir.Hesab edir ki,icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status yaratmadığına,dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyildir.Belə ki,digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır.Çünki "İcra haqqında” qanunda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur.İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir.Eyni zamanda "İcra haqqında”qanunun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə həmin qiymətin ilkin satış qiyməti kimi götürülməsini xahiş edə,icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər.Beləliklə qiymətləndirmə rəyinin mövcudluğu digər icra hərəkətləri edilmədikdə müstəqil olaraq hər hansı hüquqi nəticə doğurmur.Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz.Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin başa çatması nəticəsində həll edilir.Göründüyü kimi qiymətləndirmə rəyi özü-özlüyündə hüquqi vəziyyətə təsir imkanına malik olmadığı üçün həmin rəyin mübahisələndirilməsinə dair iddiaçının hüquqi marağı da yaranmır.Beləliklə hesab edir ki,iddiaçının hüquqi marağının müəyyən olunmadığı məhkəmə qaydasında baxılmasına yol verilməyən sözügedən tələb qaldırdığı üçün hazırkı işin həmin hissəsi üzrə icraatına xitam verilməlidir.İddiaçı ərizəsində qeyd edir ki, əmlakın ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmasına və bu mübahisəyə məhkəmədə baxılmasına baxmayaraq hərrac mərkəzi bunlara məhəl qoymamış,əmlakın ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilmədən əmlak dəyərində çox aşağı qiymətə cavabdehə satılmışdır.İddiaçının göstərdiyi yuxarıdakı dəlilləri ilə bağlı bildirir ki, ipoteka predmetlərinin hərrac vasitəsi ilə satışa çıxarılması üçün icra məmurunun müvafiq qərarı əsasında "Sərraf-M” MMC tərəfindən qiymətləndirilmə aparılmış və xx.xx.2022-ci il tarixdə müvafiq rəy verilmiş və bundan sonra icra məmurunun sifarişi əsasında "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmişdir.Yəni ki, əmlakın ilkin satış qiyməti müəyyən olunduğundan hərrac mərkəzinin hərracın keçirilməsinə heç bir maneə olmamışdır.Digər tərəfdən iddiaçı hazırkı iddia ilə bağlı 2022-ci ilin may ayında məhkəməyə müraciət etmiş və onun məhkəmədə belə bir iddiasının olması da hərracın keçirilməsinə bir maneəçilik yarada bilməzdi.Nə qədər ki,hərracın keçirilməsinin dayandırılması ilə bağlı məhkəmənin müvafiq qərarı yoxdursa,onda hərrac nəyə görə dayandırılmalı idi anlamaq olmur.Ümumiyyətlə hərracın etibarsız hesab edilməsi ilə bağlı iddiaçının göstərdiyi dəlillərin əsası olmamışdır.Belə ki,məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə icra qurumuna göndərilmiş, həmin qətnamədə əmlakın ilkin satış qiyməti göstərilmədiyindən icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı əsasında qiymətləndirmənin keçirilməsi təyin olunmuş, bundan sonra "Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC-nin xx.xx.2018-ci il tarixdə müvafiq rəy vermiş və həmin rəydə göstərmişdir ki,İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri yaşayış (restoran) binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri ******* manat müəyyən edilmişdir. Daha sonra "Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC icra şöbəsinə xx.xx.2019-cu il tarixli rəy göndərərək İsmayıllı rayonu İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahasi 1105,1 kv.metr olan qeyri-yaşayış (restoran) binasının xx.xx.2019-cu il tarixə bazar dəyəri ******* manat müəyyən edilmişdir.İlk əvvəl bildir ki, "Qiymətləndirmə Xidməti Mərkəzi 2” MMC ipoteka predmetlərinin hər biri ilə bağlı yox, yalnız İsmayıllı rayonu İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli, ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yaşayış (restoran) binası ilə bağlı verilmiş, yəni ki, işdən göründüyü kimi ipoteka predmeti yalnız həmin qeyri-yaşayış sahəsindən yox,digər əmlakdan (fərdi yaşayış evlərindən) ibarət olmuş,nəticədə həmin digər fərdi yaşayış evləri ilə bağlı qiymətləndirilmənin keçirilməsi labüd olmuşdur.Odur ki,həmin qeyri yaşayış sahəsinin qiyməti məsələsindən göründüyü kimi eyni qiymətləndirici şirkət bir dəfə əmlakın dəyərinin ******* manat olduğunu göstərir,aradan 2-3 ay keçəndən sonra əmlakın dəyərinin ******* manat olduğunu bildirmişdir.Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı sürətdə razılaşdıqdan qiymətdə hazırda müstəqil ekspert tərəfindən verilmiş rəydəki qiymət arasında kəskin fərq var.Eyni zamanda bildirir ki,həmin dövrdən bu günə evin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir addım atılmasına dair işdə bir sübut yoxdur.İpoteka müqaviləsi bağlandıqdan xx.xx.2019-cu il tarixədək ipoteka predmeti olan əmlakın dəyəri rəydə qeyd edildiyi kimi bu qədər arta bilməz.Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilar. Bu fərq isə özünü əmlakların dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağlandığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər.Ona görə də bank nə birinci rəylə,nə də ki, ikinci rəylə razılaşa bilməzdi.Bunun nəticəsidir ki,xx.xx.2019-cu il tarixdə bank tərəfindən icra məmuruna müraciət olunmuş, qiymətlə bankın razı olmadığı bildirilərək yenidən qiymətləndirilmənin keçirilməsi xahiş olunmuşdur.Buna baxmayaraq aradan uzun müddət keçmiş,işin vəziyyəti ilə bağlı heç bir hərəkət olunmadığından bank tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən müraciət olunmuş və işin vəziyyəti ilə bağlı məlumat tələb olunmuşdur.Göründüyü kimi hərracın keçirilməsi üçün aradan uzun müddətin keçməsinin təqsirkar bank olmamış,bu məsuliyyət ən azından icra məmurunun üzərinə düşmüşdür.Belə ki,işin bu qədər yuvanmasına səbəb icra işinin uzun müddət hərəkətsiz qalması olmuşdur. Sonda bankın təkidi ilə icra şöbəsi tərəfindən yeniden qiymətləndirilmə keçirilmiş və sonda yuxarıda göstərilən rəy alınmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər.Məhkəmə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndələrinin məhkəməyə gəlməmələrinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bekə ki, iş materiallarında olan: “Market” qəzetlərinin surətindən görünür ki,İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən qeyri yaşayış binasının (Elay Şadlıq sarayı) real bazar dəyəri 920.000 manat, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 72.000 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 1 mərtəbəli,4 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 56.000 manat və İsmayıllı şəhəri,ünvan 3-də yerləşən 3 otaqlı mənzilin real bazar dəyəri 28.000 manat, 47.000 manat dəyərində olmaqla İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar torpaq sahəsindəki qeyri-yaşayış (restoran) binasında yerləşən əsas vəsaitlər olan 11 ədəd «LG Gold» markalı kondisionerlərə,1 ədəd «Samsung» markalı ayaqlı kondisionerə, 9 ədəd «Euroluxs» markalı kondisionerlərə,5 ədəd lazer şou aparatlarına, 6 ədəd «LG» markalı televizorlara,4 ədəd «SuperMax» markalı televizorlara,1 ədəd proyektora,1 ədəd «LG» markalı musiqi mərkəzinə, 10 ədəd «Samsung» markalı televizorlara, 1 ədəd «LG» markalı kondisionerə, 1 ədəd DVR aparatına,1 ədəd «BM2 ARCOTHERM» markalı isidici aparata, 1 ədəd iki motorlu tozsorana, 1 ədəd bir matorlu tozsorana, 1 ədəd «GenPower İOOKVA» markalı dizel generatoruna, 1 ədəd ətçəkən maşına,1 ədəd kameralı “otaci” markalı soyuducuya, 1 ədəd «Beko» markalı soyuducuya, 1 ədəd şüşəli soyuducuya, 1 ədəd böyük və 1 ədəd kiçik dondurucuya, 2 ədəd təhlükəsizlik kameralarına, 1 ədəd su qızdırıcısına (kalonkaya) və 1 ədəd «Ariston» markalı su qızdırıcısı ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli,№137/22 nömrəli, hərrac bildirişi və xəbərnamə qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaklara dair 16 may 2022-ci il tarixə saat 11:00-a təyin olunmuş hərraca dair sifarişçi Cavabdeh1, borclular Fərhad Əsgərov, Ədalət Əsgərov, Cəmil İsgəndərov, İddiaçı, Ayna Əsgərova,Müşviq Əsgərov,Şəhla Əsgərova, Afət Əsgərova və tələbkar "xxxx" ASC-yə hərrac bildirişi göndərilmişdir. “Sərraf-M MMC-nin xx.xx.2022-ci il tarixli 072/22 nömrəli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan əmlakların İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən qeyri yaşayış binasının (Elay Şadlıq sarayı) real bazar dəyəri 920.000 manat, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 72.000 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 1 mərtəbəli,4 otaqlı fərdi yaşayış evinin real bazar dəyəri 56.000 manat və İsmayıllı şəhəri,ünvan 3-də yerləşən 3 otaqlı mənzilin real bazar dəyəri 28.000 manat təşkil edir. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/4/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqavilədən görünür ki,İsmayıllı şəhəri,ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 17850 manata əldə olunmuşdur. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/3/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqavilədən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114,7 kv.metr olan fərdi yaşayış evi,0.04 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 35700 manata əldə olunmuşdur. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/2/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqavilədən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi,0.0663 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 45900 manata əldə olunmuşdur. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/1/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqavilədən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası (restoran) 0.14 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 586500 manata əldə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki,İsmayıllı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.79 kv.metr olan mənzil YeloBank ASC-nin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki,İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası 0.14 hektar torpaq sahəsi ilə birlikdə YeloBank ASC-nin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki,İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evi 0.04 hektar torpaq sahəsi ilə birlikdə YeloBank ASC-nin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki,İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi 0.0663 hektar torpaq sahəsi ilə birlikdə “YeloBank ASC-nin mülkiyyətindədir. "xxxx" MMC-nin 03 oktyabr 2022-ci il tarixli ƏQ-212/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binasının likvid dəyəri 2.680,511 manat və bazar dəyəri isə 2.978,346 manat təşkil edir. "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli ƏQ-214/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 112.440 manat və bazar dəyəri isə 128.365 manat təşkil edir. "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli ƏQ-213/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan 1-2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 185.962 manat və bazar dəyəri isə 228.540 manat təşkil edir. "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli ƏQ-215/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı şəhəri,Nizami küçəsi ev 19 ünvanında yerləşən ümumi sahəsi 49.79 kv.metr olan 3 otaqlı mənzilin likvid dəyəri 41.652 manat və bazar dəyəri isə 48.745 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2023-cü il tarixli №10/5637,9/6233 nömrəli ekspert rəyindən görünür ki, mübahisə predmetini təşkil edən,ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 86.100 manat (90648 manat-5%),ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 47900 manat (50468 manat-5%), ümumi sahəsi 49.79 kv.metr olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 27800 manat (29276 manat-5%) və ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış (restoran) tikilisinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 846.170 manat (890.710 manat-5%) məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli №10/2240-9/2355 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yasayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə) real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 890710,0 manat, azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 846170,0 manat, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli, 4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr 86,84 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin (0,0663 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 90648,0 manat,azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 86100,0 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış, 65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 50468,0 manat, azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 47900,0 manat və İsmayıllı şəhəri,Nizami küçəsində 0.25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli,2 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı,4 nömrəli mənzilin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 29276,0 manat,azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 27800,0 manat məbləğində müyyən olunmuşdur. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği,onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-300/2013 saylı,25 iyul 2013-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmiş,sonradan icra məmurunun sifarişinə əsasən üç dəfə qiymətləndirmə keçirilmiş, 2(037)-300/2013 saylı,25 iyul 2013-cü il tarixli icra sənədinə əsasən qətnamədə göstərilmiş hər bir əmlak hərrac vasitəsi ilə satılması üçün icra məmurunun xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə satışa çıxarılmış, sonda ilkin satış qiyməti 920000 manat qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri yaşayış (restoran) binası 586500 manata,ilkin satış qiyməti 72000 manata qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli,4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 45900 manat, ilkin satış qiyməti 56000 manat qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 35700 manata,ilkin satış qiyməti 28000 manata qiymətləndirilmiş İsmayıllı şəhəri,Nizami küçəsində 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv. metr ümumi, 35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzil 17850 manata banka təklif olunmuş və "Yelo Bank” ASC həmin əmlakları müvafiq olaraq xx.xx.2022-ci il tarixli müqavilələrlə almış, sonda hər bir əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka və girovla yüklü edilmiş yuxarıda adı sadalanan əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun,“İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, əmlak ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi və əmlakların dəyərinin real bazar qiymətindən çox aşağı qiymətləndirilməsi ilə göstərdiyi əsaslarla bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Banka təklif olunmuşdur.Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Belə ki, icra məmurunun xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə satışa çıxarılmış və ilkin satış qiyməti 920000 manat qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri yaşayış (restoran) binası 586500 manata, ilkin satış qiyməti 72000 manata qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli,4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 45900 manat, ilkin satış qiyməti 56000 manat qiymətləndirilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 35700 manata,ilkin satış qiyməti 28000 manata qiymətləndirilmiş İsmayıllı şəhəri,Nizami küçəsində 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzil 17850 manata qiymətləndirilmiş, məhkəmə araşdırması zamanı sözügedən əmlakların yenidən qiymətləndirilməsi üçün həm qiymətləndirmə mərkəzinə həm də ekspertiza mərkəzinə qərardadlar göndərilmiş və "xxxx" MMC-nin 03 oktyabr 2022-ci il tarixli ƏQ-212/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə İsmayıllı rayonu,İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binasının likvid dəyəri 2.680,511 manat və bazar dəyəri isə 2.978,346 manat, 30 sentyabr 2022-ci il tarixli ƏQ-214/2022 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan 1 mərtəbəli,4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 112.440 manat və bazar dəyəri isə 128.365 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan 1-2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 185.962 manat və bazar dəyəri isə 228.540 manat, İsmayıllı şəhəri,Nizami küçəsi ev 19 ünvanında yerləşən ümumi sahəsi 49.79 kv.metr olan 3 otaqlı mənzilin likvid dəyəri 41.652 manat və bazar dəyəri isə 48.745 manat təşkil etdiyi müəyyən edilmiş,eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2023-cü il tarixli №10/5637,9/6233 nömrəli ekspert rəyi ilə ümumi sahəsi 206.2 kv.metr olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 86.100 manat (90648 manat-5%), ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 47900 manat (50468 manat-5%), ümumi sahəsi 49.79 kv.metr olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 27800 manat (29276 manat-5%) və ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış (restoran) tikilisinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 846.170 manat (890.710 manat-5%) məbləğində müəyyən edilmiş, hər iki rəylər arasındaki qiymət fərqinin müəyyən edilməsi və rəy verilməsi üçün iş yenidən ekspertiza mərkəzinə göndərilmiş, sonuncunun 19 iyul 2023-cü il tarixli №10/2240-9/2355 nömrəli ekspert rəyi ilə İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yasayış (restoran) binasının (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə) real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 890710,0 manat, azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 846170,0 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli, 4 otaqlı,206,02 kv.metr ümumi,119,18 kv.metr 86,84 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin (0,0663 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 90648,0 manat,azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 86100,0 manat,İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 50468,0 manat,azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 47900,0 manat və İsmayıllı şəhəri,Nizami küçəsində 0.25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli,2 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı,4 nömrəli mənzilin real bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 29276,0 manat,azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 27800,0 manat məbləğində müyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında tələbkarın ipoteka predmetini əldə etməməsi əsası şərh edilmiş və həmin şərhdə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi qeyd edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək, qiymətləndiricinin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları,peşəkar qiymətləndiricilərin hazırlanması” Qaydalarına əsasən əmlakın bazar dəyərinin ümumi təyinatı,mülkiyyətin qiymətləndirilməsi zamanı qiymətləndirmənin vəzifə və metodları,habelə bazar dəyərinin müəyyən edilməsinin ümumi əlamətləri göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui istifadə hesab olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmurunun xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə satışa çıxarılmış və ilkin satış qiyməti 920000 manat qiymətləndirilmiş İsmayıllı rayonu,İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli,2 girişli,ümumi sahəsi 1105,1 kv.metr olan qeyri yaşayış (restoran) binası 586500 manata,ilkin satış qiyməti 72000 manata qiymətləndirilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 ha həyətyanı torpaq sahəsində yerləşən 1-2 mərtəbəli,4 otaqlı, 206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 45900 manat, ilkin satış qiyməti 56000 manat qiymətləndirilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,4 otaqlı,114,7 kv.metr ümumi,49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi 35700 manata, ilkin satış qiyməti 28000 manata qiymətləndirilmiş İsmayıllı şəhəri,Nizami küçəsində 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv. metr ümumi, 35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzil 17850 manata qiymətləndirilmiş əmlakların likvid dəyəri ilə əldə edilmiş ekpert rəyləri ilə əldə edilmiş dəyərlərlə eynilik təşkil edir. Məhkəmə iclası zamanı ekspert rəyləri ilə müəyyən edilmiş əmlakların hazırki dövr üçün likvid dəyəri müəyyən edilmiş və hərracın keçirildiyi dövrdəki dəyərlə eynilik təşkil etdiyi müəyyən edildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.9-cu maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi ilə əlaqədar “Sərraf" X1 "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi" hərracın keçirilmə qaydasının pozulub-pozulmamasından asılı olmayaraq, onun nəticələrinin etibarsızlığına səbəb olur. Belə ki, "Sərraf' MMC-nin "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında" hesabatları əsasında hərracın daşınmaz əmlakın dəyərindən tənasübüz surətdə aşağı qiymətlə keçirilməsinə əsas verməmiş, bu da Mülki Məcəllənin 560.3.5.1-ci maddəsinə müvafiq olaraq, alğı-satqının tənasübsüz qiymətlərinə dolayısı ilə məcburetmə sayılmaqla, hüquqdan sui istifadə edilməklə əqdin bağlanmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-cı maddəsinə əsaəsn fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2.şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3.müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından işin faktiki hallarına yanaşaraq məhkəmə qeyd edir ki, cavabdeh təşiklat tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakların likvid dəyərləri bazar qiymətinə uyğun olaraq qiymətləndirilmişdir. Belə olan təqdirdə qiymətləndirmə rəyinin ləğv edilməsi və sözügedən əmlakların yenidən qiymətləndirilərək hərracın keçirilməsi hazırda əmlaklar üzərində mülkiyyət hüququ tanınmış bankın mülkiyyət hüququnun pozulması və ya məhdudlaşdırılması ilə nəticələnə bilər. Əksi mülki dövriyyə iştirakçıları arasında güvəni sarsıtmaqla,əmlakı vicdanlı əldə edənin hüquqlarına və eyni zamanda da mülki dövriyyənin sabitliyinə xələl gətirəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması,habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı,həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi,bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki,mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyi üçün icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi,hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı icra sənədi üzrə Cavabdeh1 qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar