Məhkəmə qərarları › İş №2(037)-80/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-80/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-80/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat müqavilə öhdəliklərini pozduğu üçün, 2950 manat vurduğu real zərər,33500 manat əldən çıxmış fayda,4200 manat mənimsədiyi subsidiya və 286.95 manat dövlət rüsumu olmaqla,cəmi 65936.95 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 28/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı torpaq sahəsindən çıxarılma,istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiası, eyni zamanda onun Cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddasına dair mülki iş üzrə iddia tələbi təmin edilmiş,Cavabdeh İsmayıllı rayonu,Diyallı kəndinin "Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsi hissəsindən onun çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması, eyni zamanda onun Cavabdeh qarşı İsmayıllı rayonu,Diyallı kəndində "Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə hüququna edilən maneçiliklərin aradan qaldırılması və Cavabdeh 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1508/2020 nömrəli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1508/2020 nömrəli qətnaməsindən narazı qalmış və kassasiya şikayəti vermək istəmişdir. Bu müddət ərzində Cavabdeh təşəbbüsü ilə aralarında 07 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən birinci tərəf Cavabdeh ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina edir və etibarnamə əsasında istifadə etdiyi "Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4200 KOD 40707018 olan şəhadətnamə ilə İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli,10 saylı qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İsmayıllı rayonu Diyallı Bələdiyyəsinin ərazisindən 65 illiyə Nəsrəddin Musayevin müvəqqəti istifadəsinə verilmiş 40 hektar əkin torpaq sahəsinin 10 hektarını xx.xx.2068-ci il tarixə kimi onun istifadəsinə verir. Həmin 10 hektar torpaq sahəsinə aid torpaq vergisini və icarə haqqını o ödəyir və dövlət tərəfindən verilən subsidiyanı alır. İkinci tərəf kimi o Cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddasından imtina edir və birinci tərəfin təklifini qəbul edir. Borclu kimi o və tələbkar kimi Cavabdeh İsmayıllı rayon icra şöbəsinə gedərək barışdıqlarını, tələbkar Cavabdeh tələbdən imtina etdiyini bildirmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.Bundan sonra 2020-2021-ci il mövsümündə qarşılıqlı razılıq əsasında, barışıq müqaviləsinə uyğun olaraq həmin torpaq sahəsinin 10 hektarını o əkmiş, becərmiş, biçmiş, subsidiyanı almış, icarə haqqını ödəmişdir.O,2021-ci ilin payız aylarında torpaq sahəsini şumlamış,malalamış və toxum əkmişdir. Cavabdeh müqavilə öhdəliklərini pozmuş, etibarnamə əsasında həmin torpaq sahəsini Ağariza Kazımova sub-icarəyə vermiş, sonuncu onun əkdiyi torpaq sahəsini şumlatmış,özü toxum səpərək əkib becərmişdir. Nəticədə ona 2021-2022-ci il mövsümündə 10 hektar torpaq sahəsini şumlamağa görə 550 manat, malalamağa görə 300 manat,buğda (arpa) toxumuna görə 1800 manat,toxumu əkməyə görə 300 manat olmaqla, 2950 manat real maddi zərər vurmuş,10 hektara görə 2100 manat subsidiya mənimsənilmişdir.2021-2022-ci il mövsümündə həmin ərazidə məhsuldarlıq orta hesabla 1 hektara görə 40 sentiner olmuşdur.1 kq buğdanın qiyməti isə 0.60 qəpik olmuşdur. Bununla da o 24000 manat gəlirdən məhrum olmuşdur. 2022-ci ildə isə Ağariza Kazımov onu 10 hektar torpaq sahəsini ümumiyyətlə əkib becərməyə qoymamış, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsinə əsasən Ağariza Kazımovun ona qarşı "icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması” tələbinə dair ilk iddia tələbi təmin edilmiş, onun cavabdehlər Ağariza Kazımova və Cavabdeh qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-251/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsinə əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-2791/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin 2(107)-251/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, onun icarə müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bununla da 2022-2023-cü il mövsümündə həmin ərazidə məhsuldarlıq orta hesabla 1 hektara görə 35 sentiner olmuşdur.1 kq buğdanın qiyməti isə 0.30 qəpik olmuşdur. Bununla da o 9500 manat gəlirdən məhrum olmuşdur və 2100 manat subsidiyanı mənimsəmişdir. Cavabdeh ilə 07 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilə qüvvədə olduğu halda müqavilə öhdəliklərini yerinə yetirmir, Ağariza Kazımova etibarnamə-subicarə müqaviləsi bağlamaqla ona zərər vurmuş və zərər vurmaqda davam edir. 2023-2024-cü il mövsümü başlamış,lakin o torpaq sahəsini əkib becərə bilmir. Göründüyü kimi Cavabdeh qanunsuz əməli ilə ona 2021-2022-ci il və 2022-2023-cü il mövsümündə 2950 manat real zərər vurmuş,33500 manat faydadan məhrum etmiş, 4200 manat subsidiyanı mənimsəmişdir.O,Cavabdeh 25000 manat müqavilə öhdəliklərini pozduğu üçün, 2950 manat vurduğu real zərər,33500 manat əldən çıxmış fayda,4200 manat mənimsədiyi subsidiya və 286.95 manat dövlət rüsumu olmaqla, cəmi 65936.95 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Nəsrəddin Musayevin varisi Akifə Musayeva ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq Diyallı Bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. O, müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. O,30 noyabr 2021-ci ildə X5 rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsini iki il müddətinə,yəni 30 noyabr 2023-ci il tarixinə kimi sonuncunun icarəsinə vermişdir.Qeyd olunan torpaq sahəsi 2014-ci il tarixdən rəsmi olaraq onun icarəsində olmuş, faktiki isə Ağariza Kazımovla birlikdə həmin torpaq sahəsini əkib becərmişlər. Torpaq sahəsi hal-hazırda Ağariza Kazımovun icarəsindədir, lakin İddiaçı 2020-ci ildə həmin torpaq sahəsinin 20 hektarını, 2021-ci ildə həmin torpaq sahəsinin yenə də 20 hektarını, 2022-ci ildə həmin torpaq sahəsinin 21 hektarını, 2023-ci il tarixdə isə həmin torpaq sahəsinin 20 hektar hissəsini qeyri-qanuni zəbt edərək əkmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12 may 2020-ci tarixli və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnamələrindən göründüyü kimi qeyd olunan torpaq sahəsindən İddiaçı heç vaxt qanuni əsasla istifadə etməmişdir.Qeyd olunan məhkəmə qətnamələri bütün instansiya məhkəmələrində qüvvədə saxlanılmışdır.Buna baxmayaraq İddiaçı məhkəmə qətnamələrindən bir nəticə çıxarmayaraq həmin torpaq sahəsini yenə də qanunsuz əkibbecərmişdir. Onun mübahisəli torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və həmin torpaq sahəsi hal-hazırda Ağariza Kazımov tərəfindən əkilib becərilir.O,Ağariza Kazımovu məhkəmə iclasına şahid qismində onun üçün dəvət etmişdir ki,məhkəmədə təsdiq etsin ki, həqiqətən də mübahisəli torpaq sahəsi onun tərəfindən deyil,Ağariza Kazımovun özü tərəfindən əkilir. İddiaçı hansı əsasla ondan 25000 manat müqavilə öhdəliklərini pozduğu üçün,2950 manat vurduğu real zərər, 33500 manat əldən çıxmış fayda və 4200 manat subsidiya məbləğini tələb etməsini bilmir.Hesab edir ki, o iddiaya cavab verən şəxs deyildir və İddiaçı ona qarşı iddia verməkdə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Cavabdeh Nəsrəddin Musayevin varisi Akifə Musayeva ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq Diyallı Bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır.Cavabdeh müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. 30 noyabr 2021-ci ildə Cavabdehla İsmayıllı rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsi iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi onun icarəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi 2014ci il tarixdən rəsmi olaraq Cavabdeh icarəsində olmuş, faktiki isə onlar birlikdə həmin torpaq sahəsini əkib becərmişlər. Torpaq sahəsi hal-hazırda onun icarəsindədir, lakin İddiaçı 2020-ci ildə həmin torpaq sahəsinin 20 hektar hissəsini, 2021-ci ildə həmin torpaq sahəsinin yenə də 20 hektar hissəsini, 2022-ci ildə həmin torpaq sahəsinin 21 hektar hissəsini, 2023-ci il tarixdə isə həmin torpaq sahəsinin 20 hektar hissəsini qeyri-qanuni zəbt edərək əkmişdir.İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12 may 2020-ci tarixli və 2(037)-1037/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnamələrindən göründüyü kimi qeyd olunan torpaq sahəsindən İddiaçı heç vaxt qanuni əsasla istifadə etməmişdir. Qeyd olunan məhkəmə qətnamələri bütün instansiya məhkəmələrində qüvvədə qalmışdır. İddiaçı torpaq sahəsinin onların qanuni istifadəsində olmasını bilə-bilə oranın bir hissəsini zəbt edərək bu illər ərzində qanunsuz istifadə edərək ona kifayət qədər böyük məbləğdə maddi ziyan vurmuşdur. Qeyd olunan torpaq sahəsi üzrə bir neçə dəfə məhkəmə çəkişməsi olmuş və hər dəfə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki,qeyd olunan torpaq sahəsi Diyallı Bələdiyyəsinin mülkiyyətində olmaqla,əvvəllər Nəsrəddin İsayevin icarəsinə, sonra həmin müqavilə əsasında Cavabdeh icarəyə verilmişdir. Sonra həmin sahə üzrə tərəflər arasında icarənin alğı-satqı müqaviləsi bağlanmış və Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır.Qətnamə qanuni qüvvəsini almış və həmin qətnamələr ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinin İddiaçı heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq cavabdeh yenə bir nəticə çıxarmamış o, torpaq sahəsini yenə də qanunsuz əkib-becərmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadəsini nəzərdən keçirib,iddia ərizəsini,işdə olan sənədləri,digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan: İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş 3M-124 nömrə ilə qeydə alınmış 06 noyabr 2020-ci il tarixli “Barışıq razılaşması haqqında müqavilə” dən görünür ki, birinci tərəf Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina edir və etibarnamə əsasında istifadə etdiyi “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4200 KOD 40707018 olan şəhadətnamə ilə İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli,10 saylı qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İsmayıllı rayon Diyallı Bələdiyyəsinin ərazisindən 65 illiyə Nəsrəddin Musayevin müvəqqəti istifadəsinə verilmiş 40 hektar əkin torpaq sahəsini İddiaçı ilə birgə istifadə edir,ikinci tərəf Əkbərov X4 Şahin Günəş oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiasından imtina edir və birinci tərəfin təklifini qəbul edir.Müqavilə 3 nüsxədən ibarət tərtib və təsdiq edilmiş, bir nüsxəsi birinci tərəfə,Cavabdeh,bir nüsxəsi ikinci tərəfə İddiaçı verilmiş,bir nüsxəsi isə notariat kontorunda saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Kazımov Ağarı̇ za Hacı oğlunun icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahəsindən Kazımov Ağarı̇ za Hacı oğlunun istifadəsinə İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, İddiaçı Kazımov Ağarı̇ za Hacı oğlu və Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli,2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(102)-2791/2023 nömrəli qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının,şahid ifadəsinin və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh Nəsrəddin Musayevin varisi Akifə Musayeva ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq Diyallı Bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Cavabdeh müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmış və 30 noyabr 2021-ci ildə X5 rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsini iki il müddətinə,yəni 30 noyabr 2023-ci il tarixinə kimi sonuncunun icarəsinə vermişdir. Qeyd olunan torpaq sahəsi 2014-ci il tarixdən rəsmi olaraq Cavabdeh icarəsində olmuş, faktiki isə Ağariza Kazımovla birlikdə həmin torpaq sahəsini əkib becərmişlər.Mübahisəli torpaq sahəsi hal-hazırda Ağariza Kazımovun icarəsindədir. Mübahisəli torpaq sahəsi ilə bağlı olaraq tərəfklər arasında müəyyən vaxtlarda məhkəmə mübahisələri olmuşdur. Sonradan tərəflər arasında İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş 3M-124 nömrə ilə qeydə alınmış 06 noyabr 2020-ci il tarixli “Barışıq razılaşması haqqında müqavilə” bağlanmış, müqaviləyə əsasən birinci tərəf Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma,istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etmiş və etibarnamə əsasında istifadə etdiyi “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4200 KOD 40707018 olan şəhadətnamə ilə İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli,10 saylı qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İsmayıllı rayon Diyallı Bələdiyyəsinin ərazisindən 65 illiyə Nəsrəddin Musayevin müvəqqəti istifadəsinə verilmiş 40 hektar əkin torpaq sahəsini İddiaçı ilə birgə istifadə etməyi, ikinci tərəf İddiaçı isə Cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddiasından imtina edərək birinci tərəfin təklifini qəbul etməyi öhdələrinə götürmüşlər. Bir müddətdən sonra tərəflər arasında bağlanmış barışıq razılaşması pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsi ilə Ağariza Kazımovun icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsindən Ağariza Kazımovun istifadəsinə İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasına dair ilkin iddia tələbinin təmin edilməsi, eyni zamanda İddiaçı Ağariza Kazımova və Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir.Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli,2(107)-251/2023 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli,2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(102)-2791/2023 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən 25000 manat müqavilə öhdəliklərini pozduğu üçün,2950 manat vurduğu real zərər,33500 manat əldən çıxmış fayda və 4200 manat mənimsədiyi subsidiya məbləğinin alınaraq ona verilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçının ona qarşı hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda subyektiv hüququnun olmadığını bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi hazırki iddia tələbi iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmış, sözügedən torpaq sahəsi icarə hüququ ilə hazırkı iş üzrə cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən istifadə edilsə də, iddiaçının tələbi məhz 06 noyabr 2020-ci il tarixdə cavabdehlə bağlanmış barışıq razılaşması haqqında müqavilədəki öhdəliklərin cavabdeh tərəfindən yerinə yeririlməməsi əsasıdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 noyabr 2020-ci il tarixli barışıq razılaşması haqqında müqavilədən görünür ki, razılaşmaya əsasən birinci tərəf Cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırlması tələbi barədə iddiasından imtina edir və etibarnamə əsasında istifadə etdiyi “Torpağın müvəqqəti istifadə hüququna dair LN-4200 KOD 40707018 olan şəhadətnamə” ilə İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İsmayıllı rayon Diyallı Bələdiyyəsinin ərazisindən 65 illiyə X3 müvəqqəti istifadəsinə verilmiş 40 ha əkin torpaq sahəsini İddiaçı ilə birgə istifadə edir. İkinci tərəf Əkbərov X4 Şahin Günəş oğluna qarşı pul tələbi barədə qarşılıqlı iddiasından imtina edir və birinci tərəfin təklifini qəbul edir. Sonradan Cavabdeh sözügedən torpaq sahəsini X1-icarəyə vermiş, məhz bundan sonra tərəflər arasında mübahisə yaranmış və İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsi ilə Ağariza Kazımovun icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsindən Ağariza Kazımovun istifadəsinə İddiaçı tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasına dair ilkin iddia tələbinin təmin edilməsi, eyni zamanda İddiaçı Ağariza Kazımova və Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir.Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli,2(107)-251/2023 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli,2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(102)-2791/2023 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsində barışıq razılaşmasına əsasən sözügedən 40 hektar əkin torpaq sahəsinin 10 hektarını xx.xx.2068ci il tarixə kimi onun istifadəsinə verilməsini, həmin 10 hektar torpaq sahəsinə aid torpaq vergisini və icarə haqqını onun tərəfindən ödənilməsini və dövlət tərəfindən verilən subsidiyanı alması barədə razılığa gəldiyini bildirsə də bu hal həmin müqavilədə öz əksini tapmamışdır. Eyni zamanda iddiaçı ərizəsində 2021-ci ilin payız aylarında şumladığı, malaladığı və əkdiyini bildirdiyi sözügedən torpaq sahəsini hazırki tələb üzrə cavabdeh tərəfindən deyil, məhz Kazımov Ağariza tərəfindən yenidən şumlandığını və onun həmin torpaq sahəsindən istifadə etməsini, onu istifadəsinə mane yaratmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 286.95 (iki yüz səksən altı manat doxsan beş qəpik) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar