Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-801/2024 30.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 28 fevral 2010-cu il təvəllüdlü X2, 10 iyun 2011-ci il təvəllüdlü X3 və 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş hər ay hər uşağa 87.5 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi, tərəfindən ödənilmiş 50 manat dövlət rüsumnunun və 61 manat mediasiya xərcinin cavabdehdən xeyrinə tutulması və 2021-ci il üzrə cavabdehin aliment borcunun ödənilməsi, həmçinin 10 iyun 2011-ci il təvəllüdlü oğlu Yusif İbadovun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələbinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçı Mediasiya təşkilatına alimentin artırılması ilə bağlı müraciət etdiyi halda məhkəməyə uşağı Yusif İbadovun yanında saxlanılması və digər tələblərlə də müraciət etmişdir. Bundan başqa iddiaçı alimentin artırılması ilə yanaşı 10 iyun 2011-ci il təvəllüdlü oğlu Yusif İbadovun ona verilməsini tələb etməklə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Həmçinin iddiaçı 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də iddia ərizəsinə qeyd etdiyi rüsumu əlavə etməmişdir. İddia ərizəsinin qoşma hissəsində də 50 manat dövlət rüsumu qeyd edilməmişdir. Eyni zamanda iddiaçı 2021-ci il üzrə aliment borcunun ödənilməsini tələb etməklə dair qeyri müəyyən tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2, 151.1-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.5, 152.1.6-1, 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər tələbkləri ilə bağlı mediasiya prosesində iştirakını təsdiq edən sənəd təqdim etmədiyindən, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyindən və tələbinin bir hissəsi qeyri müəyyən olduğundan iddia ərizəsinin qaytarılması haqqında qərardad çıxarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarlsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-801/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-801/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver