Məhkəmə qərarları › İş №2(037)-814/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-814/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-814/2021 20.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 20 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 09 aprel 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq üçün 482 manat ödənilməmiş hissə, 48 manat cərimə - cəmi 530 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 19 avqust 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 aprel 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh ilkin olaraq 123 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 37,3 manat olmaqla cəmi 794,4 manat dəyərində İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq almışdır. Cavabdeh müqavilə üzrə cəmi 312,4 manat ödəniş etmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişdə gecikmə aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müşəri mübahisəsiz olaraq peniya ödəyir. İddiaçı cavabdehdən 09 aprel 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq üçün 482 manat ödənilməmiş hissə, 48 manat cərimə - cəmi 530 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 09 aprel 2020-ci il tarixli 20216484 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 123 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 37,3 manat ödəmək şərti ilə cəmi 794,4 manat dəyərində İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq satılmışdır. 10 dekabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 17 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 09 aprel 2020-ci il tarixli müqavilə üzrə 482 manat ödənilməmiş hissə, 48 manat cərimə cəmi 530 manat borcu qalmışdır. 20 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 09 aprel 2020-ci il tarixli 20216484 nömrəli müqaviləyə əsasən cavabdehə ilkin olaraq 123 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 37,3 manat olmaqla cəmi 794,4 manat dəyərində İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq satılmışdır. Cavabdeh aldığı malın dəyərindən cəmi 312,4 manat ödəniş etmiş, 482 manat borcu qalmışdır. Müqavilənin şərtinə əsasən əsas borca 48 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən cəmi 530 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyanın dəyərini və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 09 aprel 2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********69783 olan X3 8 markalı telefon, Xiaomi qulaqlıq üçün 482 manat ödənilməmiş hissə, 48 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 560 (beş yüz altmış) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar