Məhkəmə qərarları › İş №2(037)-818/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-818/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-818/2020 29.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 kаtibliyi ilə X8 X4 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: X8 X6 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 692 (altı yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik maddi ziyan məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz ağackəsmə nəticəsində xx xxxxxx 2020-ci il tarixli akta əsasən 692,25 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilmiş, lakin dəymiş ziyan məbləğinin cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. İddiaçı 692 (altı yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik maddi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxxx 2020-ci il tarixli aktdan müəyyən edilir ki, X10 X2 meşəbəyliyinin 5 saylı dolayında yoxlama aparılarkən qeyd edilən dolaydan 32, 36, 40, 44, 48 sm diametrində on ədəd vələs, diametri 40 sm bir ədəd ağcaqayın və 44 sm diametrində bir ədəd fıstıq cinsindən olan, cəmi 12 ədəd yaş köküstündən ağacın kəsilib aparıldığı müəyyən edilmişdir. Qeyd edilən akt Şamaxı Regional X4 əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin 12 (on iki) ədəd ağacı qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə 692,25 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. X1 tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Baxışlı X3 meşəbəyliyinin 5 saylı meşə dolayından xx xxxxxx 2020-ci il tarixdə qanunsuz olaraq ağac kəsmişdir. xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materialları ilə müəyyən edildi ki, cavabdeh Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayından qanunsuz olaraq 32, 36, 40, 44, 48 sm diametrində on ədəd vələs, 40 sm diametrində bir ədəd ağcaqayın və 44 sm diametrində bir ədəd fıstıq cinsindən olan, cəmi 12 ədəd yaş köküstündən ağac kəsmişdir. Şamaxı Regional X6 tərəfindən Dövlət Meşə Fonduna dəymiş ziyan 692 manat 25 qəpik məbləğində hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının xeyrinə ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 692 (altı yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 692 (altı yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik dəymiş ziyan məbləği alınaraq X8 X4 xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar