Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-827/2024 24.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 dekabr 2017ci il təvəllüdlü X2 və 14 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şamaxı Rayon Məhkəməsinin 2(037)-672/2023-cü il tarixli 24 iyul 2023cü il tarixli qətnaməsi ilə təyin olunmuş ümumilikdə 320 (üç yüz iyirmi) manat alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 20 dekabr 2017-ci il təvəllüdlü X2 və 14 fevral 2019-cu il təvəllüdlü X3 yanında saxlanılmış və uşaqların maddi təminatı üçün hər uşağa 160 manat olmaqla cəmi 320 manat aliment təyin edilmişdir. Təyin olunmuş hazırki şəraitdə iki uşağın saxlanması üçün azlıq edir. Özünün rəsmi iş yeri yoxdur. Cavabdeh isə fərdi işlərdə işləməklə kifayət qədər aylıq gəlir əldə edir. Buna baxmayaraq cavabdeh ödədiyi alimentdən başqa uşaqlarına heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışıdr. Belə ki, o, heç yerdə işləmir. Himayəsində yaşlı və xəstə atası olduğuna görə başqa yerdə gedib fərdi əməklə məşğul ola bilmir. Hazırki maddi vəziyyətini iddiaçı da yaxşı bilir. İddiaçı isə Bakı şəhərində həm işləyir, həm avtomobil idarə edir. Təyin olunmuş alimenti çətinliklə olsa da ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yol vermir. Ona görə də təyin olunmuş alimentin artırılmaması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının alimentin artırılmaması ilə bağlı iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İV 094501 nömrəli 27 mart 2018-ci il tarixli və AZ-İV 287689 nömrəli 01 mart 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 20 dekabr 2017-ci il təvəllüdlü X2 və 14 fevral 2019-cu il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-672/2013-cü il tarixli xx.xx.2023-cü il tarixli icra vərəqəsini surətindən müəyyən edilir ki, 24 may 2023-cü il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutularaq 20 dekabr 2017-ci il tarixdə doğulmuş X2 və 14 fevral 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya öənilməsi qət olunmuşdur. İş materiallarında olan AZ-İ 450345 nömrəli 13 oktyabr 2023-cü il tarixli nikahınnpozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT005-2024-248 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 142 nömrəli 11 iyun 2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh İsmayıllı rayonun Basqal qəsəbəsində yaşamaqla heç bir idarə, müəssisə və təşkilatda işləmir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-672/2013-cü il tarixli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, iddiaçının yanında qalan 20 dekabr 2017-ci il təvəllüdlü X2 və 14 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 olmaqla alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində təyin olunmuş alimentin uşaqların normal təmınatını ödəmədiyini, özünün rəsmi iş yerinin olmadığını, cavabdehin isə fərdi işlərdə işləməklə kifayət qədər aylıq gəlir əldə etdiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, heç yerdə işləmədiyini, himayəsində yaşlı və xəstə atası olduğuna görə başqa yerdə gedib fərdi əməklə məşğul ola bilmədiyini, iddiaçı isə Bakı şəhərində həm işlədiyini, həm də avtomobil idarə etdiyini, təyin olunmuş alimenti çətinliklə olsa da ödədiyini, bundan artıq aliment ödəməyə maddi imkanının yol vermədiyini qeyd edərək təyin olunmuş alimentin artırılmaması və iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri mənbəyi barədə məlumat yoxdur. Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(074)-672 nömrəli qətnaməsi ilə iki uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2023-cü ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 20 dekabr 2017-ci il tarixdə doğulmuş X2 və 14 fevral 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 63 manat 20 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-672/2023-cü il tarixli 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 20 dekabr 2017-ci il tarixdə doğulmuş X2 və 14 fevral 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-827/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-827/2024
24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver