Məhkəmə qərarları › İş №2(037)-83/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-83/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-83/2025 22.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 22 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X2 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 1456.10 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2024-cü il tarixli 000748 saylı akta əsasən 827.38 manat və xx.xx.2024-cü il tarixli 000753 saylı akta əsasən isə 628.72 manat olmaqla, cəmi 1456.10 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 1456.10 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Şəbiyan kəndində yaşayır. 08 avqust 2024 və 27 avqust 2024-cü il tarixlərdə 6 saylı X2 Mərkəzı̇ nin əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında yerləşən ərazilərdə yoxlama keçirilmiş və nəticədə müxtəlif cinslərdən olan ağacların kəsilməsi müəyyən edilmişdir. Mərkəzin əməkdaşları tərəfindən onun barəsində 08 avqust 2024-cü il tarixli 000748 nömrəli və 27 avqust 2024cü il tarixli 000753 nömrəli aktlar tərtib olunmuşdur. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, sözügedən ərazilərdə kəsilmiş ağaclar onun tərəfindən deyil, başqa şəxslər tərəfindən kəsilmişdir. Belə ki, onun qolunda problem vardır. Qolunda olan problemə görə ağac kəsməsi mümkün deyildir. Mərkəzdə ağacların onun tərəfindən kəsilməsini təsdiq edəcək heç bir sübut yoxdur. Əgər ağacların onun tərəfindən kəsilməsini təsdiq edəcək sübut olarsa cərimə məbləğlərini ödəməyə hazırdır. Kəsilmiş odun başqa şəxslərə məxsusdur və həmin şəxslər kəsilmiş ağaclara görə müəyyən edilmiş cərimə məbləğini ödəyəcəklərini bildirirlər. O, Girdiman Meşəbəyliyinin 5 saylı dolayında yerləşən ərazilərdə ağaclar kəsməmiş və meşə fonduna ziyan vurmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 08 avqust 2024-cü il tarixli 000748 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 08 avqust 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayının 15-ci kvartalında keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 4 sm-dən 31 ədəd, 8 sm-dən 59 ədəd, 12 sm-dən 21 ədəd, 16 sm-dən 18 ədəd, 20 smdən 9 ədəd, 24 sm-dən 2 ədəd, cəmi 140 ədəd, palıd cinsindən diametri 4 sm-dən 4 ədəd, 8 sm-dən 12 ədəd, 12 sm-dan 11 ədəd, 16 sm-dan 11 ədəd, 20 sm-dan 5 ədəd,24 sm-dan 4 ədəd cəmi 47 ədəd, qarağac cinsindən diametri 4 sm-dən 3 ədəd,8 sm-dan 2 ədəd,12 sm-dan 3 ədəd, 24 sm-dan 1 ədəd cəmi 9 ədəd,göyrüc cinsindən diametri 4 sm-dən 6 ədəd, 8 sm-dən 2 ədəd,12 sm-dan 4 ədəd,16 sm-dan 1 ədəd, 20 sm-dan 1 ədəd,24 smdan 2 ədəd,28 sm-dan 4 ədəd,40 sm-dan 3 ədəd,cəmi 23 ədəd, ağcaqayın cinsindən diametri 8 sm-dən 3 ədəd, yemişan cinsindən diametri 4 sm-dən 16 ədəd, 8 sm-dən 21 ədəd,12 sm-dən 2 ədəd,16 sm-dan 4 ədəd,cəmi 43 ədəd olmaqla, ümumilikdə 265 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 222 ədəd, cəmi həcmi 17.78 kub.metr, ümumi məbləğ 799.48 manat və 43 ədəd, cəmi həcmi 0.33 kub.metr, ümumi məbləğ 27.90 manat ümumilikdə cəmi 827.38 manat olduğu müəyyən edilmişdir. İşdə olan 27 avqust 2024-cü il tarixli 000753 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 27 avqust 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 12 sm-dən 2 ədəd, 16 sm-dən 2 ədəd, 24 sm-dən 2 ədəd, cəmi 6 ədəd, palıd cinsindən diametri 12 sm-dən 4 ədəd, 16 sm-dən 4 ədəd, 24 sm-dan 3 ədəd, 28 sm-dən 2 ədəd, 36 sm-dan 2 ədəd, 40 sm-dan 1 ədəd, 44 sm-dan 4 ədəd, cəmi 20 ədəd, göyrüş cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dan 4 ədəd cəmi 6 ədəd, qarağac cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dən 1 ədəd, 16 sm-dan 2 ədəd, 20 sm-dan 1 ədəd, 28 sm-dan 1 ədəd cəmi 7 ədəd, gilas cinsindən diametri 20 sm-dən 1 ədəd, yemişan cinsindən diametri 8 sm-dən 40 ədəd, 12 sm-dən 14 ədəd, 16 sm-dən 2 ədəd, 20 sm-dan 7 ədəd, cəmi 63 ədəd,fındıq cinsindən diametri 4 sm-dan 22 ədəd,8 sm-dan 8 ədəd,cəmi 30 ədəd,murdarça cinsindən diametri 24 sm-dan 2 ədəd, alma cinsindən diametri 20 sm-dan 1 ədəd, qovaq cinsindən diametri 16 sm-dan 2 ədəd, cəmi 5 ədəd, ümumilikdə 138 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 138 ədəd, cəmi həcmi 15.41 kub.metr, ümumi məbləğ 628.72 manat olduğu müəyyən edilmişdir. İşdə olan Şamaxı RMTM-nin Girdiman meşəbəyliyinin 5 saylı dolayının 15-ci kvartalında 08 avqust 2024-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəllərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 222 ədəd, cəmi həcmi 17.78 kub.metr, ümumi məbləğ 799.48 manat və 43 ədəd, cəmi həcmi 0.33 kub.metr, ümumi məbləğ 27.90 manat ümumilikdə cəmi 827.38 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Şamaxı RMTM-nin Girdiman meşəbəyliyinin 5 saylı dolayının 15-ci kvartalında 27 avqust 2024-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 138 ədəd, cəmi həcmi 15.41 kub.metr, ümumi məbləğ 628.72 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 6 Saylı X2 Mərkəzi tərəfindən İsmayıllı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli, 3-14-27-10/2-179/2024 saylı məktubun sürətindən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı qərara əsasən İsmayıllı rayon Şəbiyan kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İşdə olan 6 Saylı X2 Mərkəzi tərəfindən İsmayıllı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli, 3-14-27-10/2-178/2024 saylı məktubun sürətindən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı qərara əsasən İsmayıllı rayon Şəbiyan kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 08 avqust 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında keçirilən yoxlama zamanı müxtəlif cinslərdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, vələs cinsindən diametri 4 sm-dən 31 ədəd, 8 sm-dən 59 ədəd, 12 sm-dən 21 ədəd, 16 sm-dən 18 ədəd, 20 sm-dən 9 ədəd, 24 sm-dən 2 ədəd, cəmi 140 ədəd, palıd cinsindən diametri 4 sm-dən 4 ədəd, 8 sm-dən 12 ədəd, 12 sm-dan 11 ədəd, 16 sm-dan 11 ədəd, 20 sm-dan 5 ədəd,24 sm-dan 4 ədəd cəmi 47 ədəd, qarağac cinsindən diametri 4 sm-dən 3 ədəd,8 sm-dan 2 ədəd,12 sm-dan 3 ədəd, 24 sm-dan 1 ədəd cəmi 9 ədəd,göyrüc cinsindən diametri 4 smdən 6 ədəd, 8 sm-dən 2 ədəd,12 sm-dan 4 ədəd,16 sm-dan 1 ədəd, 20 sm-dan 1 ədəd,24 sm-dan 2 ədəd,28 sm-dan 4 ədəd,40 sm-dan 3 ədəd,cəmi 23 ədəd, ağcaqayın cinsindən diametri 8 sm-dən 3 ədəd, yemişan cinsindən diametri 4 sm-dən 16 ədəd, 8 sm-dən 21 ədəd,12 sm-dən 2 ədəd,16 sm-dan 4 ədəd,cəmi 43 ədəd olmaqla, ümumilikdə 265 ədəd ağacların kəsilməsi və maddi ziyan məbləği hesablanaraq 222 ədəd, cəmi həcmi 17.78 kub.metr, ümumi məbləğ 799.48 manat və 43 ədəd, cəmi həcmi 0.33 kub.metr, ümumi məbləğ 27.90 manat ümumilikdə cəmi 827.38 manat olduğu müəyyən edilmişdir. 27 avqust 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında keçirilən yoxlama zamanı müxtəlif cinslərdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, vələs cinsindən diametri 12 sm-dən 2 ədəd, 16 sm-dən 2 ədəd, 24 sm-dən 2 ədəd, cəmi 6 ədəd, palıd cinsindən diametri 12 sm-dən 4 ədəd, 16 sm-dən 4 ədəd, 24 sm-dan 3 ədəd, 28 sm-dən 2 ədəd, 36 sm-dan 2 ədəd, 40 sm-dan 1 ədəd, 44 sm-dan 4 ədəd, cəmi 20 ədəd, göyrüş cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dan 4 ədəd cəmi 6 ədəd, qarağac cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dən 1 ədəd, 16 sm-dan 2 ədəd, 20 sm-dan 1 ədəd, 28 sm-dan 1 ədəd cəmi 7 ədəd, gilas cinsindən diametri 20 sm-dən 1 ədəd, yemişan cinsindən diametri 8 sm-dən 40 ədəd, 12 sm-dən 14 ədəd, 16 sm-dən 2 ədəd, 20 sm-dan 7 ədəd, cəmi 63 ədəd, fındıq cinsindən diametri 4 sm-dan 22 ədəd,8 smdan 8 ədəd,cəmi 30 ədəd,murdarça cinsindən diametri 24 sm-dan 2 ədəd, alma cinsindən diametri 20 sm-dan 1 ədəd, qovaq cinsindən diametri 16 sm-dan 2 ədəd, cəmi 5 ədəd, ümumilikdə 138 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsildiyi, maddi ziyan məbləği hesablanaraq 138 ədəd, cəmi həcmi 15.41 kub.metr, ümumi məbləğ 628.72 manat olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi cavabdehin qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2024-cü il tarixli 000748 saylı akta əsasən 827.38 manat və xx.xx.2024-cü il tarixli 000753 saylı akta əsasən isə 628.72 manat olmaqla, cəmi 1456.10 manat məbləğində maddi ziyan vurulduğunu, dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəmədiyini bildirir və cavabdehdən 1456.10 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Girdiman Meşəbəyliyinin 5 saylı dolayında olan ərazilərdə kəsilmiş ağacların onun tərəfindən deyil, başqa şəxslər tərəfindən kəsildiyini, qolunda olan problemə görə onun ağac kəsməsinin mümkün olmadığını,mərkəzdə ağacların onun tərəfindən kəsilməsini təsdiq edəcək heç bir sübutun olmadığını,əgər ağacların onun tərəfindən kəsilməsini təsdiq edəcək sübut olarsa cərimə məbləğlərini ödəməyə hazır olduğunu, kəsilmiş odunun başqa şəxslərə məxsus olduğunu, həmin şəxslər kəsilmiş ağaclara görə müəyyən edilmiş cərimə məbləğini ödəyəcəklərini, Girdiman Meşəbəyliyinin 5 saylı dolayında yerləşən ərazilərdə ağaclar kəsmədiyini və meşə fonduna ziyan vurmadığını bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 1456.10 manat maddi ziyan məbləği alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddiaçı 6 saylı X2 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 34.56 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1456.10 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı Regional X1 hesabına ödənilsin. Cavabdeh 34.56 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar