Məhkəmə qərarları › İş №2(037)-84/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-84/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-84/2025 22.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 22 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X1 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 181.29 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2023-cü il tarixli, 003503 nömrəli akta əsasən 128.42 manat və xx.xx.2023-cü il tarixli 005478 nömrəli akta əsasən isə 52.87 manat olmaqla, cəmi 181.29 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 181.29 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 16 yanvar 2023-cü il tarixli 003508 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki,16 yanvar 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Qalınçaq Meşəbəyliyinin 4a saylı meşə dolayında keçirilən yoxlama zamanı vələs cinsindən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış,araşdırma zamanı həqiqətən vələs cinsindən olan 8 sm-dən 64 ədəd, 12 sm-dən 12 ədəd, 16 sm-dən 4 ədəd olmaqla, ümumilikdə 80 ədəd vələs cinsindən olan ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 80 ədəd, ümumi məbləğ 128.42 manat olduğu müəyyən edilmişdir. 12 aprel 2023-cü il tarixli 005478 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 12 aprel 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Qalınçaq Meşəbəyliyinin 4a saylı meşə dolayında keçirilən yoxlama zamanı vələs cinsindən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən vələs cinsindən olan 16 sm-dən 3 ədəd, 12 sm-dən 1 ədəd, 8 sm-dən 6 ədəd və 4 sm-dan 18 ədəd olmaqla, ümumilikdə 28 ədəd vələs cinsindən olan ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 28 ədəd, ümumi məbləğ 52.87 manat olduğu müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 12 nömrəli məktubu və məktuba əlavə edilmiş 6 saylı RMTM-nin Qalınçaq meşəbəyliyinin 4 a saylı dolayında 17 yanvar 2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış,aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 80 ədəd, ümumi məbləğ 128.42 manat məbləğində müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 3-14-27-10/2-54-40-3/2023 nömrəli məktubu və məktuba əlavə edilmiş 6 saylı RMTM-nin Qalınçaq meşəbəyliyinin 4 a saylı dolayında 17 aprel 2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış,aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 28 ədəd, ümumi məbləğ 52.87 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 16 yanvar 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Qalınçaq Meşəbəyliyinin 4a saylı meşə dolayında keçirilən yoxlama zamanı vələs cinsindən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, vələs cinsindən olan 8 sm-dən 64 ədəd, 12 sm-dən 12 ədəd, 16 sm-dən 4 ədəd olmaqla, ümumilikdə 80 ədəd vələs cinsindən olan ağaclar yaş halda kəsilmişdir və maddi ziyan məbləği hesablanaraq 80 ədəd, ümumi məbləğ 128.42 manat olduğu müəyyən edilmişdir. 12 aprel 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Qalınçaq Meşəbəyliyinin 4a saylı meşə dolayında keçirilən yoxlama zamanı vələs cinsindən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, vələs cinsindən olan 16 sm-dən 3 ədəd, 12 sm-dən 1 ədəd, 8 sm-dən 6 ədəd və 4 sm-dan 18 ədəd olmaqla, ümumilikdə 28 ədəd vələs cinsindən olan ağaclar yaş halda kəsilmişdir və maddi ziyan məbləği hesablanaraq 28 ədəd, ümumi məbləğ 52.87 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən xx.xx.2023-cü il tarixli, 003503 nömrəli akta əsasən 128.42 manat və xx.xx.2023-cü il tarixli 005478 nömrəli akta əsasən isə 52.87 manat olmaqla, cəmi 181.29 manat maddi ziyan məbləğini ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 181.29 manat maddi ziyan məbləği alınaraq 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddiaçı 6 saylı X1 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı mülki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 181.29 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X1 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar