Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-841/2020 27.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(037)-63 nömrəli qətnaməsi ilə xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment hazırki şəraitdə iki uşağın saxlanması üçün azlıq edir və uşaqların normal təminatını ödəmir. Uşaqlar məktəblidirlər və onların yaşlarının artması xərclərinin də artmasına səbəb olmuşdur. O Bakı şəhərində kirayədə qalmaqla gözəllik salonunda işləyir. Cavabdeh fərdi əməklə məşqul olmaqla normal gəlir əldə etsə də uşağına əlavə köməklik etmir. Cavabdehin digər nikahdan övladının olması onu aliment ödəmək vəzifəsindən azad etmir. Təyin olunmuş alimentin sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, məhkəmə qətnaməsi ilə aliment təyin olunduqdan sonrakı müddət ərzində maddi vəziyyətində müsbət dəyişiklik baş verməmişdir. Onun digər nikahdan bir övladı var, hazlrda yoldaşı hamilədir. Özünün rəsmi iş yeri yoxdur. Fərdi əməklə məşqul olmaqla gəlir əldə edir. Təyin olunmuş alimenti anasının pensiyası ilə ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yol vermir. İddiaçı özü Bakı şəhərində yaşayır və orada gözəllik salonunda işləməklə normal gəlir əldə edir. Alimentin artırılması üçün heç bir əsas olmadığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir AZ-İİ 721356 nömrəli xx xxxxxx 2011-ci il tarixli və AZ-İİİ 118907 nömrəli xx xxxxxx 2013cü il tarixli doğum haqqında şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, tərəflərin xx xxxx 2011-ci il tarixdə X4 və xx xxxx 2013-cü il tarixdə X3 adlı iki övladları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (037) - 63 / 2016 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X3 ananın yanında saxlanılmış və uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. AZ-İİ 337027 nömrəli xx xxxxxx 2020-ci il tarixli nikah haqqında, AZ-İV 419024 nömrəli xx xxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, cavabdehin digər nikahından xx xxxxxx 2020-ci il tarixdə X2 adlı bir övladı doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinəəsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (037) - 63 / 2016 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşaqların yaşının artması onların xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2016-cı ilə nisbətən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçı təyin olunmuş alimentin uşaqlarının təminatını ödəmədiyini, uşaqların yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu qeyd edərək alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 manat, cəmi 340 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh digər nikahdan bir övladının olduğunu, yoldaşının hamilə olduğunu, özünün heç yerdə işləmədiyini, təyin olunmuş alimenti anasının pensiyası ilə ödədiyini, iddiaçının özünün gözəllik salonunda işləməklə normal gəlir əldə etdiyini, alimentin artırılması üçün heç bir əsasın olmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin iddiaçı ilə nikahdan, habelə digər nikahdan doğulmuş uşaqların mənafeyini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməsini, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni və əsaslı hesab edir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilən alimetin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X4 və X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-841/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-841/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver