Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-842/2024 05.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 yanvar 2016cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat alimentin, alimentin artırılmasına çəkdiyi xərc kimi 500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş. 13 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yanında saxlanılmış və uşağın maddi təminatı üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Uşağın ehtiyaclarını qarşılamaq məqsədilə cavabdehə təkliflər etsə də o, danışıqlara gəlməmişdir. Nəhayət alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Cavabdeh mediasiya proseslərində də ancaq hədəqorxu gələrək artıq pul ödəməyəcəyini deməklə münasibət bildirmişdir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 300 manat məbləğində alimentin, alimentin artırılmasına çəkdiyi xərc kimi 500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Belə ki, o, İsmayıllı şəhəri ərazisində faəliyyət göstərən “Fujifilm” studiyada qeyri rəsmi kompyuter proqramçı işində işəyir. Onun gəliri yüksək deyildir. Himayəsində xəstə ata-anası vardır. Təyin olunmuş 150 manat alimenti çətinliklə ödəyir. Bundan artıq aliment ödəməyə və iddiaçının alimentin artırılmasına çəkdiyi 500 manat xərci ödəməyə etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh eyni zamanda məhkəmə tərkibinə etiraz barədə ərizə ünvanlayaraq və məhkəmə iclasında izahat verərək işə İsmayıllı Rayon Məhkəməsində baxılmasına etiraz etdiş, mülki işin baxılması üçün başqa rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh etirazının əsaslarını sübut etmədiyindən, etirazın əsaslarına dair sübut təqdim etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçının alimentin artırılması ilə bağlı iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİİ 652896 nömrəli 25 yanvar 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 13 yanvar 2016-cı il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-661/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 13 yanvar 2016-cı il tarixdə doğulmuş X2 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 150 (yüz əlli ) manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Bakı 13 saylı Mediasiya təşkilatının MŞB/13/2024-00571 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya prosesindən sonra prsosesin davam etdirilməsindən imtina etmişlər. İddiaçı tərəf 50 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-661/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 13 yanvar 2016-cı il tarixdə doğulmuş X2 ananın yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 150 (yüz əlli ) manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində aliment təyin olunduqdan sonrakı müddətdə uşaqlar üçün yaşayış minimumunun dəfələrlə artdığını qeyd edərək təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 300 manat alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, özünün, İsmayıllı şəhəri ərazisində faəliyyət göstərən “Fujifilm” studiyada qeyri rəsmi kompyuter proqramçı işində işədiyini, gəlirinin yüksək olmadığını, himayəsində xəstə ata-anasının olduğunu, təyin olunmuş 150 manat alimenti çətinliklə ödədiyini qeyd edərək iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri mənbəyi barədə rəsmi məlumat olmasa da, o, məhkəmə iclasında hazırki işlədiyini lakin qazancının az olmasını bildirmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-661/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 150 manat məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2021-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 13 yanvar 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ızına ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiayasında iştirak etmişlər, lakin tam mediasiya sessiyasının keçirilməsinə etiraz etmişlər. İddiaçı tərəf fərdi qaydada 50 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən alınması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı ilə vəkil arasında hüquqi yardıma dair müqavilə və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə tələbi bu hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin alimentin artırılması üçün çəkdiyi 500 manat xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-661/2021-ci il tarixli 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 13 yanvar 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat məbləği tutulsun və İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-842/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-842/2024
05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver