Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-848/2021 28.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 28 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə LG LED markalı televizor üçün 1021,2 manat ödənilməmiş hissə, 102,8 manat cərimə - cəmi 1124 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 24 avqust 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi cavabdehin qeydiyyatda olduğu ünvandan köçməsi əsası ilə geri qaytarılmışdır. İsmayıllı RİHB-nın ünvan 1mayəndəliyi ilə əlaqə saxlanılmış, nümayəndəlik tərəfindən cavabdehin Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığı, ailə üzvlərindən bacısı X2 kəndində yaşadığını bildirilmişdir. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün bacısı Sevgili Əbilovanın ünvanına göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı etiraz, dəlil və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 yanvar 2020ci il tarixli müqaviləyə əsasən cavabdeh ilkin olaraq 30 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 70,4 manat olmaqla cəmi 1297,2 manat dəyərində LG LED markalı televizor almışdır. Cavabdeh müqavilə üzrə cəmi 276 manat ödəniş etmişdir. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişdə gecikmə aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müşəri mübahisəsiz olaraq peniya ödəyir. İddiaçı cavabdehdən 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə LG LED markalı televizor üçün 1021,2 manat ödənilməmiş hissə, 102,8 manat cərimə - cəmi 1124 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 19 yanvar 2020-ci il tarixli 20046419 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 30 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 70,4 manat ödəmək şərti ilə cəmi 1297,2 manat dəyərində LG LED markalı televizor satılmışdır. 27 aprel 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 28 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1021,2 manat ödənilməmiş hissə, 102,8 manat cərimə - cəmi 1124 manat borcu qalmışdır. 29 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 19 yanvar 2020-ci il tarixli 20046419 nömrəli müqaviləyə əsasən cavabdehə ilkin olaraq 30 manat ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 70,4 manat olmaqla cəmi 1297,2 manat dəyərində LG LED markalı televizor satılmışdır. Cavabdeh aldığı malın dəyərindən cəmi 276 manat ödəniş etmiş, 1021,2 manat borcu qalmışdır. Müqavilənin şərtinə əsasən əsas borca 102,8 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən cəmi 1124 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyanın dəyərini və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə LG LED markalı televizor üçün 1021,2 manat ödənilməmiş hissə, 102,8 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1154 (bir min bir yüz əlli dörd) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-848/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-848/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver