Məhkəmə qərarları › İş №2(037)-852/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-852/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-852/2024 29.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Kreditor “X3” Bank Olmayan Kredit X2 Cəmiyyəti borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ərizə ilə müraciət edərək borclulardan müştərək qaydada 2809,38 manat əsas, 818,06 manat faiz və cərimə, cəmi 3627,44 manat borcun və 20 manat dövlət rüsumu məbləğinin alınaraq “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 23 sentyabr 2014-cü il tarixdə İSM 379/1 saylı kredit müvaqaviləsinə əsasən birgə borclulara heyvanların saxlanması üçün 9500 manat kredit verilmişdir. Borclular 12 ay müddətinə illik 29 faizlə kreditin cəmi 9500 manat əsas məbləğini və ona hesablanmış faizləri qrafik cədvəli üzrə ödəməli olduqları halda kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəlikləri pozmuşdurlar. Nəticədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “X4” Bank Olmayan Kredit X2 Cəmiyyətinə 2809,38 manat əsas, 818,06 manat faiz və cərimə, cəmi 3627,44 manat borcları yaranmışdır. Ona görə də kreditor məhkəməyə ərizə ilə müraciət edərək borclulardan müştərək qaydada göstərilən məbləğin və ərizə üzrə ödənilmiş dövlət rüsumunun “X4” Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmrinə əsasən ərizə təmin olunaraq borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2809,38 manat əsas, 818,06 manat faiz və cərimə və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 3647,44 manat kredit borcunun alınaraq kreditor “X4” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh5 sözügedən məhkəmə əmrinə 13 may 2024-cü il tarixdə etiraz ərizəsi və eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(037)-852 nömrəli qərardadı ilə məhkəmənin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmri ləğv olunaraq işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, 23 sentyabr 2014-cü il tarixdə İSM 379/1 saylı kredit müvaqaviləsi bağlanılaraq bank tərəfindən borclulara hər birinə ayrı-ayrı məbləğlərdə olmaqla 12 ay müddətinə illik 29 faizlə 9500 manat kredit verilmişdir. Həmin vaxt İsmayıllı rayonu üzrə nümayəndə Rəfayel Yəhyayev olmuşdur. Borc alanlar hissə-hissə ödənişlər etmişlər. Ödənişlər dayandığından qalan borcun ödənilməsini təmin etmək məqsədilə 2016-cı ildə məhkəməyə müraciət olunmuş, məhkəmənin 29 fevral 2016-cı il tarixli əmri ilə ərizə təmin olunaraq icra olunması üçün verilmişdir. Həmin vaxtdan icra məmurlarının təqsirindən məhkəmə əmrinin icrası təmin olunmamış, nəticədə onların hüquqları pozulmuşdur. Borcluların bank qarşısında birgə öhdəlikləri vardır. Bu müraciətlər borcu ödəməkdən yayınmaq məqsədi daşıyır. Borclu Cavabdeh2 borcunu tam şəkildə ödəmişdir. Digər borclular isə borcun ödənilməsini təmin etməmişlər və onların qalıq borcları barədə rəsmi məlumat veriləcəkdir. Cavabdeh3 izahat verərək göstərdi ki, 2014-cü ildə qrup şəklində kredit götürmüşlər. Krediti başqa şəxsə vermişdir. Krediti də həmin şəxs ödəməli idi. Lakin krediti ödəməkdən yayınır. Məhkəmə əmrini almamışdır. Ötən müddət ərzində icra şöbəsindən ona heç bir bildiriş verilməmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan -23 sentyabr 2014-cü il tarixli 379/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən “X4” Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən 12 ay müddətinə illik 29 faizlə Cavabdeh1 2000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 2000 manat, Cavabdeh4 1500 manat və Cavabdeh5 2000 manat olmaqla cəmi 9500 manat məbləğində kredit verilmişdir. -BB qrup İSM-379/1 nömrəli pretenziyanın surətindən görünür ki, borclular Cavabdeh1 550,36 manat əsas və 50,87 manat faiz və cərimə, Cavabdeh2 558,11 manat əsas və 51,72 manat faiz və cərimə və Cavabdeh3 711,58 manat əsas və 115,09 manat faiz və cərimə, Cavabdeh4 339,36 manat əsas və 17,64 manat faiz və cərimə, Cavabdeh5 652,81 manat əsas və 86,51 manat faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, əks halda borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İsmayıllı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2809,38 manat əsas, 818,06 manat faiz və cərimə, cəmi 3627,44 manat borcun və 20 manat dövlət rüsumu məbləğinin alınaraq “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. - İsmayıllı rayon icra şöbəsinin 17 mart 2016-cı il tarixli 506/2016 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 fevral 2016cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmri üzrə icraata başlanılmışdır. - 13 may 2024-cü il tarixli ərizənin surətindən görünür ki, borclu Cavabdeh5 etiraz ərizəsi və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək İsmayıllı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işə iştirakı ilə baxılmasını xahiş etmişdir. - İsmayıllı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli 2(037)-419/2016 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilərək Cavabdeh5 etirazı qəbul olunmuşdur. - İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(037)-852 nömrəli qərardadından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli 2(037)- 419 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. - “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin 15 avqust 2024-cü il tarixli 034 nömrəli məktubunun surətindən görünür ki, borclular Cavabdeh1 500,36 manat, Cavabdeh3 591,58 manat, Cavabdeh4 186,08 manat və Cavabdeh5 652,81 manat borcu vardır. Digər borclu Cavabdeh2 borcu qalmamışdır. - 15 fevral 2016-cı il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanılmış 23 sentyabr 2014-cü il tarixli 379/1 nömrəli kredit müqaviləsinə əsasən “X4” Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən Cavabdeh1 2000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 2000 manat, Cavabdeh4 1500 manat və Cavabdeh5 2000 manat olmaqla cəmi 9500 manat məbləğində kredit 12 ay müddətinə illik 29 faizlə verilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, krediti qrafikə uyğun ödəməmişlər, nəticədə gecikdirilmiş borcu yaranmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da borc məbləği ödənilməmişdir. Məhkəmənin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmrinə əsasən borclular borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2809,38 manat əsas, 818,06 manat faiz və cərimə, cəmi 3627,44 manat borcun və 20 manat dövlət rüsumu məbləğinin alınaraq “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh5 etiraz ərizəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(037)-852 nömrəli qərardadı ilə məhkəmənin 29 fevral 2016-cı il tarixli 2(037)-419 nömrəli məhkəmə əmri ləğv olunaraq işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddaçının nümayəndəsi müraciət edərək borclular Cavabdeh1 500,36 manat, Cavabdeh3 591,58 manat, Cavabdeh4 186,08 manat və Cavabdeh5 652,81 manat borcunun olduğunu, digər borclu Cavabdeh2 isə borcunun qalmadığını bildirmişdir. Cavabdeh3 iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Digər borclular məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə göründüyü kimi iddiaçı borclular Cavabdeh1 500,36 manat, Cavabdeh3 591,58 manat, Cavabdeh4 186,08 manat və Cavabdeh5 652,81 manat qalıq borcunu tələb edir. Digər borclu Cavabdeh2 isə borcunu ödədiyini bildirir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 500 (beş yüz) manat 36 (otuz altı) qəpik, Cavabdeh3 591 (beş yüz doxsan bir) manat 58 (əlli səkkiz) qəpik, Cavabdeh4 186 (bir yüz səksən altı) manat 08 (səkkiz) qəpik və Cavabdeh5 652 (altı yüz əlli iki) manat 81 (səksən bir) qəpik borc məbləği alınaraq iddiaçı “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat 36 (otuz altı) qəpik, Cavabdeh3 591 (beş yüz doxsan bir) manat 58 (əlli səkkiz) qəpik, Cavabdeh4 186 (bir yüz səksən altı) manat 08 (səkkiz) qəpik və Cavabdeh5 652 (altı yüz əlli iki) manat 81 (səksən bir) qəpik borc məbləği alınaraq iddiaçı “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar