Məhkəmə qərarları › İş №2(037)-858/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-858/2020

16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-858/2020 16.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regı̇onal X1 cavabdeh Şı̇rı̇nov Taleh Fı̇zuli oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şamaxı Regı̇onal X2 iddia ərizəsi ilə müraciət edərək cavabdeh Şı̇rı̇nov Taleh Fı̇zuli oğlundan 290,34 manat maddi ziyan məbləği alınaraq iddiaçı Şamaxı Regı̇onal X1 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi ərizə göndərərək cavabdehin maddi ziyan məbləğinin ödədiyini və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının nümayəndəsinin vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Şamaxı Regı̇onal X1 cavabdeh Şı̇rı̇nov Taleh Fı̇zuli oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar