Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-864/2024 25.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X2 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 25 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X2 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 419 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2022-ci il tarixli 003492 saylı akta əsasən 419 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehin ödədiyi 103 manat vəsait onun birinci dəfə qanunsuz kəsdiyi ağaclara görə ödənilmiş maddi ziyan məbləğidir. Digər 300 manat və 700 manat məbləğləri isə 6 saylı ETSİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əsasında olan cərimə borclarına görə ödənilmiş vəsaitlərdir. Cavabdehdən 419 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Minkə kəndində yaşayır. Girdiman Meşəbəyliyinin 5 saylı dolayının 15-ci kvartalında yerləşən ərazidən müxtəlif cinslərdən olan ağaclar kəsmişdir. Ərazidə aparılan yoxlama zamanı onun Girdiman Meşəbəyliyinin 5 saylı dolayının 15-ci kvartalında ağac kəsməsi aşkarlanmış və kəsdiyi ağaclar meşə idarəsinin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. O, ağacları meşə idarəsinin əməkdaşının icazəsi ilə kəsmişdir. Meşə idarəsinin əməkdaşı Azər adlı şəxsin verdiyi hesaba kəsdiyi ağaclara görə vurduğu maddi ziyan məbləğini ödəmişdir. Əmiləri ilə aralarında olan ədavətə görə onu bir neçə dəfə ekologiya idarəsi cərimə etmişdir. Belə ki, Şamaxı RMTM tərəfindən barəsində İXM-nin 253.1-ci maddəsi ilə 18 noyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda 6 saylı RETSİ tərəfindən barəsində İXM-nin 253.1-ci maddəsi ilə 06 dekabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta vermə haqqında qərar qəbul edilərək 800 manat məbləğində cərimə edilmişdir.Bundan əlavə İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 6 saylı RETSİ tərəfindən 31 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. O, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əsasında olan cərimə borclarını və qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna vurduğu ziyan məbləğini tam ödəmişdir. Onun meşə fonduna vurduğu ziyana görə ödənilməmiş borcu qalmamışdır. Onun 419 manat maddi ziyan məbləğindən məhkəməyə müraciət edildikdən sonra məlumatı olmuşdur. O,hazırda heç bir yerdə işləmir və maddi vəziyyəti yaxşı deyildir. Onun meşə fonduna vurduğu maddi ziyana görə ödəmiş olduğu pulu ikinci dəfə təkrarən ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 17 noyabr 2022-ci il tarixli 003492 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 18 noyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında keçirilən yoxlama zamanı ərazidə palıd cinsindən diametri 45 sm-dən 36 ədəd,8 sm-dən 54 ədəd, 12 sm-dən 22 ədəd, 16 sm-dən 13 ədəd, 20 sm-dən 5 ədəd, 28 sm-dən 1 ədəd, cəmi 126 ədəd, vələs cinsindən diametri 4 sm-dən 34 ədəd, 8 sm-dən 9 ədəd, cəmi 43 ədəd, qarağac cinsindən diametri 8 sm-dən 2 ədəd, ağcaqayın cinsindən diametri 8 sm-dən 6 ədəd,12 sm-dən 1 ədəd, cəmi 7 ədəd, göyüş cinsindən diametri 40 sm-dən 1 ədəd və yemişan cinsindən diametri 4 sm-dən 18 ədəd, 8 sm-dən 15 ədəd,12 sm-dən 6 ədəd,16 sm-dən 4 ədəd, cəmi 43 ədəd olmaqla, ümumilikdə 227 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 227 ədəd,cəmi həcmi 3.28 kub.m, ümumi məbləğ 419 manat olduğu müəyyən edilmişdir. İşdə olan Şamaxı RMTM-nin Girdiman meşəbəyliyinin 5 saylı dolayında 17 noyabr 2022-ci il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 227 ədəd, cəmi həcmi 3.28 kub.metr, ümumi məbləğ 419 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Şamaxı RMTM-nin İsmayıllı rayon Mühafizə mühəndisi tərəfindən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mahmudov X1 rayon Girdiman meşəbəyliyi 5 saylı dolayının 15-ci kvartalında yaş kök üstə ağacları kəsməsi faktı təsdiq edildiyindən barəsində İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 6 saylı RETSİ-nin rəisi X3 tərəfindən tərtib edilmiş 06 dekabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan 6 saylı RETSİ-nin rəisi X3 tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli,MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 21359 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Şamaxı Reginal MTM-nin dövlət xəzinədarlıq agentliyində olan hesabına 103 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, BPM**********89 nömrəli mədaxil qəbzindən görünür ki, 30 may 2024-cü il tarixdə X4 tərəfindən Cavabdeh cərimə borcuna görə 6 saylı ETSİnin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İsmayıllı filialında olan ******************** nömrəli hesabına 300 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 14067 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Şamaxı Reginal MTM-nin dövlət xəzinədarlıq agentliyində olan hesabına 700 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 18 noyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Girdiman Meşəbəyliyinin 5 saylı dolayında keçirilən yoxlama zamanı ərazidə palıd cinsindən diametri 45 sm-dən 36 ədəd,8 sm-dən 54 ədəd, 12 sm-dən 22 ədəd, 16 sm-dən 13 ədəd, 20 sm-dən 5 ədəd, 28 sm-dən 1 ədəd, cəmi 126 ədəd, vələs cinsindən diametri 4 sm-dən 34 ədəd, 8 sm-dən 9 ədəd, cəmi 43 ədəd, qarağac cinsindən diametri 8 sm-dən 2 ədəd, ağcaqayın cinsindən diametri 8 sm-dən 6 ədəd,12 sm-dən 1 ədəd, cəmi 7 ədəd, göyüş cinsindən diametri 40 sm-dən 1 ədəd və yemişan cinsindən diametri 4 sm-dən 18 ədəd, 8 sm-dən 15 ədəd,12 sm-dən 6 ədəd,16 sm-dən 4 ədəd, cəmi 43 ədəd olmaqla, ümumilikdə 227 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 227 ədəd,cəmi həcmi 3.28 kub.metr, ümumi məbləğ 419 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 419 manat maddi ziyan məbləğinin ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. Cavabdeh İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Şamaxı RMTM tərəfindən 18 noyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Eyni zamanda Cavabdeh İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 6 saylı RETSİ tərəfindən 06 dekabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta vermə haqqında qərar qəbul edilərək 800 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə Cavabdeh İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 6 saylı RETSİ tərəfindən 31 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. İşdə olan ödəniş qəbzlərindən göründüyü kimi, cavabdeh Şamaxı Reginal MTM-nin dövlət xəzinədarlıq agentliyində olan hesabına 103 manat, 6 saylı ETSİ-nin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İsmayıllı filialında olan ******************** nömrəli hesabına 300 manat və Şamaxı Reginal MTM-nin dövlət xəzinədarlıq agentliyində olan hesabına 700 manat məbləğində vəsaitlər ödəsə də, xx.xx.2022-ci il tarixli 003492 saylı akta əsasən qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna vurduğu 419 manat məbləğində maddi ziyana görə 6 saylı X2 Mərkəzı̇ nin hesabına vəsait ödəməmişdir.Cavabdeh tərəfindən ödənilmiş vəsaitlər 6 saylı ETSİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar əsasında olan cərimə borclarına görə ödənilmiş vəsaitlərdir. İddiaçı cavabdehdən 419 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir. Cavabdeh meşə fonduna dəymiş ziyanı ödədiyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. "Ətraf mühitin mühafizəsi" haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 419 manat pul alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 419 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-864/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-864/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver