Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-865/2020 11.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 738,67 manat əsas borc, 77,01 manat faiz borcu olmaqla, cəmi 815,68 manat məbləğində pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımi qaydada icra etməmişdir. xx xxxxxxxx 2020-ci il tarixinə cavabdehin 738,67 manat əsas və 77,01 manat faiz borcu olmaqla, cəmi 815,68 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları da cavabsız qalmışdır. İddiaçı cavabdehden 738,67 manat əsas borc, 77,01 manat faiz borcu olmaqla, cəmi 815,68 manat məbləğində pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxx 2018-ci il tarixli ******* saylı kredit müqaviləsindən və kassa məxaric orderindən müəyyən edilir ki, həmin tarixdəcavabdehə illik 20% olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay ödəniş qrafiki üzrə əsas və faiz borcu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsində öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi nəticələnə bilən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını cavabdehdən vaxtından əvvəl tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxx 2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətdə 5000 manat əsas və 1107,51 manat faiz borcu olmaqla, cəmi 6107,51 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli xx/xx-2754 nömrəli bildirişdən görünür ki, müqavilə üzrə borcun 5 iş günü müddətində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin xx xxxx 2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 738,67 manat əsas borc və 77,83 manat faiz borcu olmaqla, cəmi 816,50 manat borcu qalmışdır. xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən həmin tarixdə cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz borcunu vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsində öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi nəticələnə bilən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını cavabdehdən vaxtından əvvəl tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 738,67 manat əsas borc, 77,01 manat faiz borcu olmaqla, cəmi 815,68 manat məbləğində pulun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 738,67 manat əsas, 77,01 manat faiz borcu və 30 manat dövlət rüsumu – cəmi 845 (səkkiz yüz qırx beş) manat 68 (altmış səkkiz) qəpik məbləğ alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-865/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-865/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver