Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-870/2023 15.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X7 05 oktyabr 2014-cü il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X5 məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, oğlu Vüqar Gülməmmədov 31 oktyabr 1991-ci il tarixdə anadan olmuşdur. Hərbi xidmətdən qayıtdıdan sonra ASAN xidmətdə işə qəbul olunmaq üçün sənədlərini vermiş, orada işlə təmin olunmalı idi. Oğlu Vüqar 2014-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Balaxanı qəsəbəsində babasının evində yaşayarkən 05 oktyabr 2014-cü il tarixdə naməlum şəraitdə itkin düşmüşdür. Bununla bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciət etmişdir. Hüquqmühafizə orqanları tərəfindən axtarış işləri aparılmış, lakin on ildən artıq vaxt keçməsinə baxmayaraq hal-hazıradək oğlunun harada olması barədə məlumat əldə olunmamışdır. Oğlu 05 oktyabr 2014-cü il tarixdə naməlum şəraitdə itkin düşdüyündən və bu günə qədər ondan heç bir xəbər olmadığından hesab edir ki, oğlunun itkin düşməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də X7 05 oktyabr 2014-cü il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi Vüqar Gülməmmədov onun oğludur. Oğlu 05 oktyabr 2014-cü il tarixdə Sabunçu rayonunda naməlum şəraitdə itkin düşmüşdür. Oğlunun hansı şəraitdə itgin düşməsi barədə onlarda heç bir məlumat yoxdur. Müvafiq orqanlar tərəfindən aparılan axtarış işləri nəticəsiz qalmışdır. Ötən on il ərzində oğlu barəsində heç bir xəbər əldə edə bilməmişlər. X10 şahid Rəsmiyyə Gülməmmədovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə Vüqar Gülməmmədov 05 oktyabr 2014-cü il tarixdə naməlum şəraitdə xəbərsiz itkin düşdüyünü, həmin vaxtdan sonra onu bir daha ğörmədiyini, barəsində hər hansı məlumatın olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə tərəfindən təqiq olunmuş -- XVİ-ЖГ 377365 nömrəli 19 noyabr 1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 31 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, atası X5, anası X6r. -- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən verilmiş 11 dekabr 2014-cü il tarixli 004/43-6***-*******17G nömrəli məktubundan görünür ki, X2 Gülməmmədovun itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən 27 oktyabr 2014-cü il tarixdə axtarış elan edilmiş, axtarış tədbirlərinin gücləndirilməsi barədə Sabunçu Rayon Polis İdarəsinə göstəriş verilmişdir. -- Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən verilmiş 14 oktyabr 2015-ci il tarixli 074-1788G-1215 nömrəli məktubdan görünür ki, Sabunçu RPİ-nin 12-ci PB-nə müraciət etmiş, müraciətinə cavab olaraq itkin düşmüş X7 itkin düşməsi faktı ilə əlaqədar olaraq, "Axtarış işi” açılmış və həmin axtarış işi üzrə itkin düşmüşün yerinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin davam etdirildiyi, həyata keçirilən axtarış tədbirləri nəticəsində V.Gülməmmədov barəsində hər-hansı bir məlumat əldə olunarsa bu barədə məlumat verilməsinin təmin ediləcəyi bildirilmişdir. -- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 03 aprel 2017-ci il tarixli 0412882-15 nömrəli məktubun surətindən görünür ki, 31 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Sabunçu rayonu Balaxanı qəsəbəsi fazenda yaşayış massivi yeni tikilidə yaşamış vətəndaş X9 itkin düşməsi və 2014-cü ilin oktyabr ayının 5dən hazıradək ondan xəbər alınmaması, həmçinin onun özünü öldürməyə cəhd etməsi faktında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin əlamətləri olduğuna görə həmin maddə ilə Bakı şəhər prokurorluğunda 13 fevral 2017-ci il tarixdə ********* saylı cinayət işi başlanılaraq istintaq davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Sabunçu rayon prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Məhkəmə ərizəçinin izahatını,şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq qərara gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki,ərizəçinin qardaşı X11 31 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, atası X5, anası X6r. Vüqar Gülməmmədov 2014-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Balaxanı qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və bununla bağlı X4 müraciətinə əsasən Sabunçu Rayon Polis İdarəsi tərəfindən "Axtarış işi” açılmış və 27 oktyabr 2014-cü il tarixdə axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi fazenda yaşayış massivi yeni tikilidə yaşamış vətəndaş X7 itkin düşməsi və 2014-cü ilin oktyabr ayının 5-dən hazıradək ondan xəbər alınmaması, həmçinin onun özünü öldürməyə cəhd etməsi faktında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin əlamətləri olduğuna görə həmin maddə ilə Bakı şəhər prokurorluğunda 13 fevral 2017-ci il tarixdə ********* saylı cinayət işi başlanılaraq istintaq davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Ərizəçi axtarışların nəticəsi olmadığından Vüqar Gülməmmədovun 05 oktyabr 2014-cü il tarixdə naməlum şəraitdə itkin düşdüyündən və bu günə qədər ondan heç bir xəbər olmadığından hesab edir ki, fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də X7 05 oktyabr 2014-cü il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X1 05 oktyabr 2014-cü il tarixdə Sabunçu rayonunda naməlum şəraitdə itkin düşdüyünü, həmin vaxtdan barəsində heç bir məlumatın olmadığını, aparılan axtarış işlərinin nəticəsiz olduğunu, son on il ərzində ərazidə görmədiklərini bildirilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin qardaşı X7 05 oktyabr 2014-cü il tarixdə naməlum şəraitdə evdən çıxmaqla geri qayıtmadığı, olduğu yer məlum olmadığı və son on il ərzində yaşayış yerində görünmədiyi və bu halların Sabunçu rayon Polis Şöbəsi tərəfindən aparılmış araşıdrma zamanı da öz təsdiqini tapdığından X7 05 oktyabr 2014-cü il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 31 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş X11 05 oktyabr 2014-cü il tarixdə xəbərsiz itkin düşmüş hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-870/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-870/2023
15.09.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver