Məhkəmə qərarları › İş №2(037)-889/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-889/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-889/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 13 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 28 fevral 2010-cu il təvəllüdlü X2, 10 iyun 2011-ci il təvəllüdlü X3 və 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 87.5 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və tərəfindən ödənilmiş 61 (altmış bir) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 28 fevral 2010-cu il təvəllüdlü X2 və 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və tərəfindən ödənilmiş 61 (altmış bir) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 28 fevral 2010-cu il təvəllüdlü X2, 10 iyun 2011-ci il təvəllüdlü X3 və 28 avqust 2018-ci il təvəllüdlü X4 yanında saxlanılmış, Yusif İbadovun atasından alınaraq ona verilməsi, cavabdehdən hər ay hər uşağa 87,5 manat olmaqla alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Cavabdeh ötən müddət ərzində məhkəmə qətnaməsinə əməl etməyərək övladı Yusifi ona qaytarmamışdır. Təyin olunmuş az miqdarda alimenti vaxtında ödəmədiyindən onun 1700 manatadək aliment borcu yaranmışdır. Yığılmış borc məbləği hər ay cavabdehin əmək haqqından ayda 30 manat əlavə məbləğ tutulmaqla ödənilir. Təyin olunmuş aliment hazırki şəraitdə uşaqların təminatını ödəmir. Özü səhəti ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir. Cavabdehin rəsmi iş yeri olsa ödədiyi az miqdarda alimentdən başqa uşaqlarına əlavə köməklik etmir. Cavabdeh övladı Yusifi özü saxlayır və uşağın xərclərini özü ödəyir. İddia ərizəsində təyin olunmuş alimentin miqdarının artırılaraq üç uşağın saxlanması üçün aliment təyin edilməsini tələb etsə də övladı Yusif cavabdehin yanında olduğundan və uşağın maddi təminatını ödədiyindən hazırda yanında Xədicə və Yunus adlı uşaqların saxlanması üçün aliment tələb edir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq Xədicə və Yunus adlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 235 manat məbləğində alimentin, tərəfindən ödənilmiş 61 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması ilə yanaşı, üç övladı Xədicə, Yusif və Yunis iddiaçının yanında saxlanılmış, övladı Yusifin ondan alınaraq anaya verilməsi, ondan hər ay hər uşağa 87,5 manat olmaqla alimentin alınaraq iddiaçıya verilməsi, Yusif adlı uşağa alimentin tutulması uşağın anaya verildiyi gündən hesablanması qət olunmuşdur. Tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Onun uşaqları ilə maraqlanmaması, aliment borcunu ödəməkdən yayınması, yüksək gəlirə malik olması, buna baxmayaraq uşaqlarına köməkllk etməkdən qərəzli olaraq yayınması barədə iddiaçının iddia ərizəsində qeyd etdiklərini qəbul etmir. Övladı Yusif ondan ayrılaraq anasının yanına getməkdən imtina etdiyi üçün hazırda da uşaq yanında yaşayır və uşağının maddi təminatını özü ödəyir. O, "xxxx" MMC-də işləməklə ona ayda 345 manat əmək haqqı hesablanır. Digər tutulmalar aparıldıqdan sonra xalis əmək haqqı 305 manat təşkil edir. Yığılmış aliment borcu hazırda onun əmək haqqının 70 faizi tutulmaqla hissə-hissə ödənilir. Eyni zamanda onun da yanında bir uşağın olması nəzərə alınmalıdır. Hazırki vəziyyətdə bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdehin ödədiyi 61 manat mediasiya xərcinin ondan tutulmasına etriaz edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 28 fevral 2010-cu il tarixdə doğulmuş X2, 10 iyun 2011-ci il tarixdə doğulmuş X3 və 28 avqust 2018-ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılmış, Yusif İbadovun atasından alınaraq anaya verilməsi, cavabdehdən hər ay hər uşağa 87,5 manat olmaqla cəmi 262,5 manat alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulması Xədicə və Yunus adlı uşağa münasibətdə xx.xx.2021-ci il tarixdən. Yusif adlı uşağa münasibətdə isə uşağın anaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1927 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5477 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1927 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Şəki 1 saylı Mediasiya təşkilatının MŞŞ/MTOxx/xx-00459 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya prosesindən sonra prsosesin davam etdirilməsindən imtina etmişlər. İddiaçı tərəf 61 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 28 fevral 2010-cu il tarixdə doğulmuş X2, 10 iyun 2011-ci il tarixdə doğulmuş X3 və 28 avqust 2018-ci il tarixdə doğulmuş X4 ananın yanında saxlanılmış, Yusif İbadovun atasından alınaraq anaya verilməsi, cavabdehdən hər ay hər uşağa 87,5 manat olmaqla cəmi 262,5 manat alimentin alınaraq iddiaçıya verilməsi, alimentin tutulması Xədicə və Yunus adlı uşağa münasibətdə xx.xx.2021-ci il tarixdən. Yusif adlı uşağa münasibətdə isə uşağın anaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1927 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5477 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda da Yusif adlı uşaq cavabdehin yanındadır. Cavabdeh özü "xxxx" MMC-də işləməklə ayda 345 manat əmək haqqı alır. İddiaçı ötən müddət ərzində cavabdehin təyin olunmuş az miqdarda alimenti vaxtında ödəmədiyindən 1700 manata dək aliment borcunun yarandığını, təyin olunmuş aliment hazırki şəraitdə uşaqların təminatını ödəmədiyini, özü xəstə olması ilə əlaqədar heç yerdə işləyə bilmədiyini, cavabdehin rəsmi iş yeri olsa da uşaqlarına əlavə köməklik etmədiyini, hazırda övladı Yusif cavabdehin yanında olmaqla uşağın maddi təminatını ödədiiyindən cavabdehdən Xədicə və Yunus adlı uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 235 manat məbləğində müəyyən edilməsini, tərəfindən ödənilmiş 61 manat mediasiya xərcinin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, övladı Yusifin ondan ayrılaraq anasının yanına getməkdən imtina etdiyi üçün hazırda da uşağın yanında yaşadığını və uşağın xərclərini özü ödədiyini, "xxxx" MMC-də işləməklə ayda 345 manat əmək haqqı aldığınıır, yığılmış aliment borcu hazırda onun əmək haqqının 70 faizi tutulmaqla hissə-hissə ödənildiyini. eyni zamanda onun da yanında bir uşağın olmasının nəzərə alınmalı olduğunu, hazırki vəziyyətdə bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını, iddiaçının ödədiyi 61 manat mediasiya xərcinin ondan tutulmasına etiraz etdiyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdeh "xxxx" Şirvan MMC-də işləməklə ayda 345 manat əmək haqqı alır. Cavabdehin digər iş yeri və aylıq gəliri mənbəyi barədə rəsmi məlumat yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün məhkəmə tərəfindən hər ay 87.50 manat məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşaqların yaşının artması onların xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2021-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Eyni zamanda cavabdehin də yanında bir uşağın olması, uşağın maddi təminatını cavabdehin ödəməsi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 28 fevral 2010-cu il tarixdə doğulmuş X2 və 28 avqust 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiayasında iştirak etmişlər, lakin tam mediasiya sessiyasının keçirilməsinə etiraz etmişlər. İddiaçı tərəf fərdi qaydada 61 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 61 manat mediasiya xərcinin yarısı, yəni 30.50 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 53 (əlli üç) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3123/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 28 fevral 2010-cu il tarixdə doğulmuş X2 və 28 avqust 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni – 30,50 (otuz manat əlli qəpik) məbləği tutulsun və İddiaçı ödənilsin. Cavabdeh 53 (əlli üç) manat 60 (altmış) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar