Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-896/2023 13.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regional X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 338.80 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh Meşə Fonduna meşə fondu torpağında özbaşına mal-qara otarması nəticəsində xx.xx.2023-cü il tarixli akta əsasən 338.80 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 338.80 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 18 may 2023-cü il tarixli 005575 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 18 may 2023-cü il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşları tərəfindən Mərkəzin Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayının meşə gözətçisi Əfsər Kərimovun xx.xx.2023-cü il tarixli yazılı məlumatı əsasında Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirilmiş,Əfsər Kərimovun yazılı məlumatında qeyd olunan meşə əkininə xırda buynuzlu heyvanların ziyan vurması barədə vəziyyəti yerində araşdırmaq məqsədi ilə həmin ağacların mövcud vəziyyəti yerində araşdırılmış,araşdırma zamanı müxtəlif cinslərdən olan 154 ədəd əkilmiş tinglərin inkişafda olan budaqları xırda buynuzlu heyvanlar tərəfindən yeyilərək, inkişaf budaqları məhv edildiyi, həmin xırda buynuzlu heyvanların meşə əkininə bitişik olan Cavabdeh və şəriki Şirvan adlı şəxsə məxsus olduğu müəyyən edilmiş,onlara həmin fermada saxladıqları xırda buynuzlu heyvanların meşə əkininə ziyan vurması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəzarət etməmişlər və meşə əkininə ciddi ziyan dəyməsinə şərait yaratmışlar. Maddi ziyan məbləği hesablanaraq 154 ədəd ağac hər biri 2.20 manat olmaqla,154x2.20=338.80 manat olduğu müəyyən edilmişdir. Ekologiyta və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional X1 3 noyabr 2023-cü il tarixli 3-14-27-10/2-258/2023 nömrəli məktubu və məktuba əlavə edilmiş 6 saylı RMTM-nin Qalınçaq meşəbəyliyinin 5 saylı dolayında 18 may 2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 66 ədəd “ağcaqayın” və 88 ədəd “Göyüş” cinslərindən olan ümumilikdə 154 ədəd ağacların hər biri 2.20 manat olmaqla,154x2.20=338.80 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 18 may 2023-cü il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşları tərəfindən Mərkəzin Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayının meşə gözətçisi Əfsər Kərimovun xx.xx.2023-cü il tarixli yazılı məlumatı əsasında Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayına baxış keçirilmiş, Əfsər Kərimovun yazılı məlumatında qeyd olunan meşə əkininə xırda buynuzlu heyvanların ziyan vurması barədə vəziyyəti yerində araşdırmaq məqsədi ilə həmin ağacların mövcud vəziyyəti yerində araşdırılmış, araşdırma zamanı müxtəlif cinslərdən olan 154 ədəd əkilmiş tinglərin inkişafda olan budaqları Cavabdeh məxsus təsərrüfatda olan xırda buynuzlu heyvanlar tərəfindən yeyilərək inkişaf budaqları məhv edilmişdir. Cavabdehə məxsus təsərrüfatda olan xırda buynuzlu heyvanların 154 ədəd əkilmiş tinglərin inkişafda olan budaqlarının yeyilərək inkişaf budaqlarının məhv edilməsi nəticəsində meşə fonduna ziyan vurması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği hesablanaraq 66 ədəd “ağcaqayın” və 88 ədəd “Göyüş” cinslərindən olan ümumilikdə 154 ədəd ağacların hər biri 2.20 manat olmaqla, 154x2.20=338.80 manat məbləğində müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 338.80 manat maddi ziyan məbləğinin ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir.Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehə məxsus təsərrüfatda olan xırda buynuzlu heyvanların 154 ədəd əkilmiş tinglərin inkişafda olan budaqlarının yeyilərək inkişaf budaqlarının məhv edilməsi nəticəsində meşə fonduna 338.80 manat məbləğində maddi ziyan vurulması sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 338.80 manat maddi ziyan məbləği alınıb iddiaçı Şamaxı Regional X1 hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-896/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-896/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver