Məhkəmə qərarları › İş №2(037)-910/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-910/2021

30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-910/2021 30.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdeh X2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı5 və qeyriləri iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı5 vurulmuş zərərin əvəzi 525 manat, İddiaçı3 vurulmuş zərərin əvəzi 2362,50 manat, İddiaçı2 vurulmuş zərərin əvəzi 525 manat, İddiaçı1 vurulmuş zərərin əvəzi 787,50 manat və İddiaçı4 vurulmuş zərərin əvəzi 525 manat pulun cavabdeh X1 alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPMin 150.0.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddiaçıların öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətləri lazımi qaydada təsdiq edilmədən iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəlıənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Maddənin birinci cümləsinin (iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər) mənasindan da göründüyü kimi, qanunverici iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin lazımi qaydada təsdiq edilməsini imperativ olaraq göstərmiş (sənədlərdən bəhs etmiş), yalnız cavabdehlərə və üçüncü şəxslərə təqdim edildiyi təqdirdə iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin (sənədlərin surətlərindən bəhs etmiş) veriləbiləciyini qeyd etmişdir. Göründüyü kimi, ərizəçi öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsində iddiaçılar və iddia tələbi barədə məlumatlar natamam olmaqla iddiaçıların hər birini əhatələməmiş, tələbin nədən ibarət olduğu isə göstərilməmişdir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdeh X2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi”tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar