Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-913/2020 18.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək mərhum Cavabdeh vərəsəsi cavabdeh X1 (bundan sonra cavabdeh) İddiaçı ASCnin xeyrinə 796.01 manat əsas və 216.13 manat faiz olmaqla, cəmi 1012.14 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1120xx.xx.2017-001852 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh illik 26% dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olması qeyd edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum Cavabdeh vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməmişdir. xx xxx 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh barəsində İsmayıllı rayon notariat ofisində vərəsəlik işi açılaraq mərhumun vərəsəsi kimi cavabdeh Qənirə Məmmədova tanınmışdır. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışında mərhum Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş 796.01 manat əsas, 216.13 manat faiz olmaqla, cəmi 1012.14 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq mərhuma çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı 796.01 manat əsas və 216.13 manat faiz olmaqla, cəmi 1012.14 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləğinin cavabdehdən tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini etiraf etmədiyini bildirdi və izahat verərək göstərdi ki, əri Cavabdehla iddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017- 001852 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən əri Cavabdeh illik 26% dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Əri hələ sağlığında kredit borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Əri xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. Onun mərhum ərindən qalan kredit borcunu ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017-001852 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum Cavabdeh müraciəti əsasında xx xxxxxx 2017-ci il tarixdə onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona illik 26% dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmiş, Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017-001852 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində cəmi 1000 manat əsas borc və 292.83 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2018-ci il tarixli AZ-İ № 917137 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli N-433 nömrəli sorğuya cavab məktubdan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi xx xxxxxx 1956-cı ildə anadan olmuş arvadı X3r. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017-001852 nömrəli kredit müqaviləsi üzrə mərhum Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə iddiaçıya 796.01 manat əsas və 216.13 manat faiz borcu qalmışdır. xx xxxxxxxx 2020-ci il tarixli PKİDİMİŞ-0159 nömrəli bildirişin surətindən görünür ki, borclu Cavabdeh vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsəsi arvadı X1 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017-001852 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh illik 26% dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 24 ay ərzində 1000 manat əsas və 292.83 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr tərtib edilərkən müqavilələrin şərtləri və müqavilələrdən irəli gələn öhdəliklər Cavabdeh izah edilmiş, bundan sonra o, şərtləri qəbul edərək müqavilələri imzalamışdır. Cavabdeh xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. xx xxx 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh barəsində İsmayıllı rayon notariat ofisində vərəsəlik işi açılaraq mərhumun vərəsəsi kimi arvadı Qənirə Məmmədova tanınmışdır. Qənirə Məmmədova mərhum Cavabdeh vərəsəsi kimi borcun ödənilməsini təmin etməmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixli 1120-xx.xx.2017-001852 nömrəli kredit müqaviləsi 796.01 manat əsas, 216.13 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləğinin mərhum Cavabdeh vərəsəsi cavabdeh Qənirə Məmmədovadan tutulmasını tələb edir. Cavabdeh iddiaçının ondan tələb etdiyi borc məbləğini ödəməyə maddi imkanın olmadığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, 796.01 manat əsas, 216.13 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh vərəsəsindən, yəni hazırki iş üzrə cavabdeh X1 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 796.01 manat əsas, 216.13 manat faiz, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 1042 (bir min qırx iki) manat 54 (əlli dörd) qəpik məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-913/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-913/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver