Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-915/2021 08.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 08 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********55569 olan Samsung galaxy A20 markalı telefon üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə və 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 21 manat cərimə olmaqla cəmi 583 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 01 sentyabr 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 08 sentyabr 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 30 manat olmaqla cəmi 360 manat dəyərində İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı və 01 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ilkin 20 manat ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 40 manat olmaqla cəmi 500 manat dəyərində İMEİ kodu **********55569 olan Samsung galaxy A20 markalı telefonlar almışdır. Cavabdeh müqavilələr üzrə cəmi 330 manat ödəniş etmişdir. Müqavilələrə əlavə olunmuş ödəniş cədvələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müşəri mübahisəsiz olaraq peniya ödəyir. İddiaçı cavabdehdən 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 21 manat cərimə və 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********55569 olan Samsung galaxy A20 markalı telefon üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla cəmi 583 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 05 sentyabr 2019-cu il tarixli 00891725 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə cəmi 360 manat dəyərində İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. 01 oktyabr 2019-cu il tarixli 00951891 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin 20 manat ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 40 manat ödəmək şərti ilə cəmi 500 manat dəyərində **********55569 olan Samsung galaxy A20 markalı telefon satılmışdır. 25 dekabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 16 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 320 manat ödənilməmiş hissə, 32 manat cərimə cəmi 352 manat, 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 210 manat ödənilməmiş hissə, 21 manat cərimə - cəmi 231 manat borcu qalmışdır. 17 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə hər ay 30 manat ödəmək şərti ilə cəmi 360 manat dəyərində İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı və 01 oktyabr 2019-cu il tarixli 00835937 nömrəli müqaviləyə əsasən ilkin 20 manat ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 40 manat ödəmək şərti ilə cəmi 500 manat dəyərində **********55569 olan Samsung galaxy A20 markalı telefonlar satılmışdır. Cavabdeh aldığı malların dəyərindən 330 manat ödəniş etmiş, 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 210 manat və 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 320 manat borc ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borclara 21 manat və 32 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən cəmi 583 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyaların dəyərini və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********43932 olan Samsung galaxy A10 markalı telefon üçün 210 manat ödənilməmiş hissə, 21 manat cərimə, 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə **********55569 olan Samsung galaxy A20 markalı telefon üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 613 (altı yüz on üç) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-915/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-915/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver