Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-917/2020 20.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin dəyişdirilərək, sabit pul məbləğində 300 (üç yüz) manat müəyyən edilməsi, cavabdedhən 2740 (iki min yeddi yüz qırx) manat yığılmış aliment borcunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(037)-55 nömrəli qətnaməsi ilə xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdehin aylıq qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət olunmuşduir. Təyin olunmuş və cavabdehin aylıq qazancının hissəsi kimi tutulan ayda 62 manat aliment hazırki şəraitdə uşağın saxlanılması üçün azlıq edir və uşağın normal təminatını ödəməməklə onun mənafeyini əhəmiyyətli dərəcədə pozur. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanada tibb bacısı işləyir. Cavabdeh isə peşəkar sürücü olmaqla gəlir əldə edir. Cavabdeh təyin olunmuş alimenti vaxtında ödəmədiyindən 2740 manat aliment borcu yaranmışdır. İddia ərizəsində uşağın saxlanması üçün təyin olunmuş alimentin dəyişdirilərək sabit pul məbləğində 300 manat müəyyən edilməsi, cavabdehdən 2740 (iki min yeddi yüz qlrx) manat aliment borcunun alınaraq ona verilməsini tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün ayda 120 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment təyin olunarkən o “Gilan” Qəbələ beton zavodunda sürücü vəzifəsində işləyirdi. 2015-ci ildə işdən azad edilmişdir. Hazırda heç yerdə işləmir və işsiz kimi 11 saylı X3 qeydiyyatdadır. İddiaçı özü İsmayıllı rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir və normal gəlirə malikdir. Mövcud vəziyyətlə bağlı alimenti vaxtında ödəyə bilmədiyindən aliment borcu yaranmışdır. Alimentin dəyişdirilərək sabit pul məbləğində 80 manat müəyyən edilməsinə razıdır. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İİ 801295 xx xxxxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin xx xxxxxx 2012-ci il tarixdə X4 adlı bir uşağı doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(037)-55 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehin aylıq qazancının və ya digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Dövlət Məşqulluq Ağentliyi 11 saylı X5 filialının **********2 nömrəli xx xxxxxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh 11 saylı X6 filialında qeydiyyatdadır. X1 adına aktiv əmək müqaviləsi qeydə alınmamışdır. İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyinin 577 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışndan müəyyən edilir ki, cavabdeh İsmayıllı rayon Kürdmaşı kəndində anadan olmaqla heç yerdə işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinəəsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutlması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında» Аzərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndində göstərilir ki, məhkəmə alimenti ödəyicinin qazancının ( gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləgində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmin qərarın 8.6-cı bəndində göstərilir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində tuta bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və sair kimi hallar nəzərə alınmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Daimi iş yeri olan şəxsin qazancının müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində tuta bilər. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2 (037) - 55/ 2013 saylı qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən cavabdehin aylıq qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2013-cü ilə nisbətən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçı cavabdehin aylıq qazancının digər gəlirlərinin ¼ hissəsi miqdarında təyin olunmuş və cavabdehin aylıq qazancının hissəsi kimi ayda 62 manat ödənilən alimentin onun mənafeyini əhəmiyyətli dərəcədə pozduğunu, uşağın yaşının artmasının onun xərclərinin də artmasına səbəb olduğunu, özünün İsmayıllı rayon Mərkəzi Xəstəxanada tibb bacısı işlədiyini, cavabdehin peşəkar sürücü olmaqla gəlir əldə etdiyini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hazırda uşağın saxlanması üçün ayda 120 manat sabit pul məbləğində aliment tələb etdiyini qeyd edir. Cavabdeh məhkəmə qətnaməsi ilə aliment təyin olunarkən “Gilan” Qəbələ beton zavodunda sürücü vəzifəsində işlədiyini, 2015-ci ildən işdən azad edildiyini, hazırda heç yerdə işləmədiyini, işsiz kimi 11 saylı X3 qeydiyyatda olduğunu, iddiaçının özünün İsmayıllı rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini və normal gəlirə malik olduğunu, mövcud vəziyyətlə bağlı alimenti vaxtında ödəyə bilmədiyindən aliment borcu yarandığını, alimentin dəyişdirilərək sabit pul məbləğində 80 manat müəyyən edilməsinə razı olduğunu, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın mənafeyini, iddiaçının sabit pul məbləğində hazırki aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat müəyyən edilməsini, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni və əsaslı hesab edir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilən alimetin dəyşdirilərək Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-917/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-917/2020
20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver