Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-921/2024 22.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 yanvar 2008ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirak olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia tələbi onunla əsəslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 11 yanvar 2015-ci il tarixli, 2(060)-8163/2015 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 18 iyul 2001-ci il tarixdə anadan olmuş X4, 02 dekabr 2004-cü il tarixdə anadan olmuş X3, 11 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yanında saxlanılmış və uşaqların maddi təminatı üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 280 manat aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir. Belə ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olmuş aliment borcunu 2-3 aydan bir ödəniş etməklə kifayətlənir. Cavabdeh ata kimi uşaqları ilə maraqlanmır və onlara heç bir diqqət və qayğı göstərmir. Uşaqları maddi cəhətdən təmin etmir. Uşaqların bütün qayğı və ehtiyaclarını o qarşılayır. Uşaqların təlim-tərbiyyəsi, həmdə maddi təminatlarını ödəmək tək qadın olaraq çox çətindir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 nömrəli 11 noyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 18 iyul 2001-ci il tarixdə anadan olmuş X4, 02 dekabr 2004-cü il tarixdə anadan olmuş X3, 11 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanmış, dörd uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 70 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X1 iştirak edilməməsi barədə 28 iyun 2024-cü il tarixli MŞQ/MT035/2024-405 nömrəli arayışdan görünür ki, cavabdeh X1 iştirak etməmişdir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Mediasiya Xərci olaraq cavabdeh tərəfindən 50 manat ödənilmişdir. Beləliklə, mülki işin materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8163/2015 nömrəli 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 18 iyul 2001-ci il tarixdə anadan olmuş X4, 02 dekabr 2004-cü il tarixdə anadan olmuş X3, 11 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanmış, dörd uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 70 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda təyin olunmuş alimentin uşaqların normal xərclərini ödəmədiyini, cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən olmuş aliment borcunu 2-3 aydan bir ödəniş etməklə kifayətləndiyini, ata kimi uşaqları ilə maraqlanmadığını, onlara heç bir diqqət və qayğı göstərmədiyini uşaqların bütün qayğı və ehtiyaclarını özü daşıdığını, təlim-tərbiyyəsi, həmdə maddi təminatları ilə tək başına məşğul olduğunu qeyd edərək uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay iki uşağa 235 manat olmaqla cəmi 470 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 yanvar 2008-ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8163/2015 nömrəli 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 11 yanvar 2008-ci il təvəllüdlü X5 və 14 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63 (altmış üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-921/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-921/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver