Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-922/2021 10.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 10 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 75,04 manat cərimə olmaqla 1868,45 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi əsasında İsmayıllı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(037)-922 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faizlı 3000 manat kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdehin 20 avqust 2021-ci il tarixə iddiaçıya müqavilə üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 75,04 manat cərimə olmaqla 1868,45 manat borcu vardır. İddiaçı cavabdehdən 25 aprel 2019cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 75,04 manat cərimə olmaqla 1868,45 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və hesablanmış cərimə məbləğinin silinməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Tərəflər arasında bağlanmış 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinin surətindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 24 faizlı 3000 manat kredit verilmişdir. 22 noyabr 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində "xxxx" X1 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 06 avqust 2021-ci il tarixli KBD 12611 xəbərdarlıqdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə ona xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. 20 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25 aprel 2019cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 75,04 manat faiz olmaqla cəmi 1868,45 manat borcu qaldığı qeyd olunmuşdur. 27 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faizlı 3000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. "xxxx" X1 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək 22 noyabr 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Cavabdehin 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 1526,61 manat əsas borcu qalmışdır. Borcun gecikdirilməsinə görə 266,8 mant faiz və 75,04 manat cərimə borcu hesablanmışdır. İddiaçı cavabdehdən 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi 1526,61 manat əsas, 266,8 manat cərimə, 75,04 manat cərimə olmaqla 1868,45 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh əsas borca hesablanmış cərimə məbləğinin silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 75,04 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 75,04 manat cərimə məbləği tutulmasına dair hissədə qismən – 20 manat həddində təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 25 aprel 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 20 manat cərimə məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 aprel 2019-cu il tarixli “fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər” müqaviləsi üzrə 1526,61 manat əsas, 266,8 manat faiz, 20 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 1843 (bir min səkkiz yüz qırx üç) manat 41 (qırx bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-922/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-922/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver