Məhkəmə qərarları › İş №2(037)-929/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-929/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-929/2020 25.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55230 olan Samsung Galaxy A50 markalı telefon üçün 410 manat əsas, 123 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 markalı telefon üçün 578 manat əsas, 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40633 olan Samsung Galaxy A70 markalı telefon üçün 575 manat əsas, 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31062 olan İPhone X markalı telefon üçün 1000 manat əsas borc, 300 manat dəbbə pulu olmaqla, 3332 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3362 (üç min üç yüz altmış iki) manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********55230, **********42456, **********40633 və **********31062 olan Samsung Galaxy A50, 2 ədəd Samsung Galaxy A70 markalı telefon və 1 ədəd İPhone X markalı telefon almış və nəticədə 3332 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 200 manat olan 2 ay müddətinə hər ay 205 manat ödəməklə cəmi 610 manat dəyərində aldığı İMEİ kodu **********55230 olan Samsung Galaxy A50 markalı telefon üçün 410 manat əsas borc, 123 manat dəbbə pulu, cəmi 533 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəməklə cəmi 861 manat dəyərində aldığı İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 markalı telefon üçün 578 manat əsas borc, 173 manat dəbbə pulu, cəmi 751 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəməklə cəmi 861 manat dəyərində aldığı İMEİ kodu **********40633 olan Samsung Galaxy A70 markalı telefon üçün 575 manat əsas borc, 173 manat dəbbə pulu, cəmi 748 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 800 manat olan 2 ay müddətinə hər ay 500 manat ödəməklə cəmi 1800 manat dəyərində İMEİ kodu **********31062 olan İPhone X markalı telefon üçün 1000 manat əsas borc, 300 manat dəbbə pulu, cəmi 1300 manat borc təşkil etmiş, müqavilələr üzrə ümumilikdə 1569 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55230 olan Samsung Galaxy A50 markalı telefon üçün 410 manat əsas borc, 123 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 markalı telefon üçün 578 manat əsas borc, 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40633 olan Samsung Galaxy A70 markalı telefon üçün 575 manat əsas borc, 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31062 olan İPhone X markalı telefon üçün 1000 manat əsas borc, 300 manat dəbbə pulu olmaqla, 3332 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3362 (üç min üç yüz altmış iki) manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00890270 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 200 manat olan 2 ay müddətinə hər ay 205 manat ödəmək şərti ilə cəmi 610 manat dəyərində İMEİ kodu **********55230 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00893351 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəmək şərti ilə cəmi 861 manat dəyərində İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00898370 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəmək şərti ilə cəmi 861 manat dəyərində İMEİ kodu **********40633 olan Samsung Galaxy A70 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00901692 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi ilkin ödənişi 800 manat olan 2 ay müddətinə hər ay 500 manat ödəmək şərti ilə cəmi 1800 manat dəyərində İMEİ kodu **********31062 olan İPhone X markalı telefon satılmışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A50 telefonu üçün 610 manat məbləğindən 200 manat ödəniş etmiş, 410 manat əsas borc və 123 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 telefonu üçün 861 manat məbləğindən 283 manat ödəniş etmiş, 578 manat əsas borc və 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung Galaxy A70 telefonu üçün 861 manat məbləğindən 283 manat ödəniş etmiş, 575 manat əsas borc və 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İPhone X markalı telefon üçün 1800 manat məbləğindən 800 manat ödəniş etmiş, 1000 manat əsas borc və 300 manat dəbbə pulu, cəmi 3332 manat borcu qalmışdır. xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən xx xxxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 200 manat olan 2 ay müddətinə hər ay 205 manat ödəməklə cəmi 610 manat dəyərində İMEİ kodu **********55230 olan Samsung Galaxy A50 markalı telefon, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəməklə cəmi 861 manat dəyərində İMEİ kodu **********42456 olan Samsung Galaxy A70 markalı telefon, xx xxxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 283 manat olan 2 ay müddətinə hər ay 289 manat ödəməklə cəmi 861 manat dəyərində Samsung Galaxy A70 markalı telefon, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 800 manat olan 2 ay müddətinə hər ay 500 manat ödəməklə cəmi 1800 manat dəyərində İPhone X markalı telefon almışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 410 manat əsas borc və 123 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 578 manat əsas borc və 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 575 manat əsas borc və 173 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1000 manat əsas borc və 300 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən cəmi 3332 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3362 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxxxx 2019-cu il tarixli 00890270 nömrəli müqavilə üzrə 410 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00893351 nömrəli müqavilə üzrə 578 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00898370 nömrəli müqavilə üzrə 575 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901692 nömrəli müqavilə üzrə 1000 manat əsas borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli 00890270 nömrəli müqavilə üzrə 123 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00893351 nömrəli müqavilə üzrə 173 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00898370 nömrəli müqavilə üzrə 173 manat manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901692 nömrəli müqavilə üzrə 300 manat dəbbə pulunun alınmasına dair hissələri qismən – xx xxxxxxxx 2019-cu il tarixli 00890270 nömrəli müqavilə üzrə 15 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00893351 nömrəli müqavilə üzrə 15 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00898370 nömrəli müqavilə üzrə 15 manat, xx xxxxxxxx 2019cu il tarixli 00901692 nömrəli müqavilə üzrə 30 manat dəbbə pulu olmaqla, cəmi 75 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 00890270 nömrəli müqavilə üzrə 410 manat əsas borc, 15 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00893351 nömrəli müqavilə üzrə 578 manat əsas borc, 15 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00898370 nömrəli müqavilə üzrə 575 manat əsas borc, 15 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00901692 nömrəli müqavilə üzrə 1000 manat əsas borc, 30 manat dəbbə pulu olmaqla, 2563 manat əsas borc, 75 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2668 (iki min altı yüz altmış səkkiz) manat alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar