Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-931/2024 07.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Şahdağ Milli Parkının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Şahdağ Milli Parkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbiətə vurulmuş 367,36 manat maddi ziyan məbləğinin alınaraq Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 62-63-cü kvartalları ərazisində Milli Parkın mühafizə əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman İsmayıllı rayonu Qaraqaya kənd sakini Cavabdeh həmin ərazidə qovaq və fıstıq cinsindən müxtəlif diametrlərdə yaş olmaqla 118 ədəd köküstə ağaclar kəsdiyi müəyyən edilmişdir. Cavabdeh barəsində 30 avqust 2023-cü il tarixdə AA000680 nömrəli akt və MN1763331 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş yaş kökü üstə ağacların ümumi həcmi 3,03 m3 olmuş, dövlətə dəymiş ziyan 367,36 manat hesablanmışdır. İddiaçı Şahdağ Milli Parkı Cavabdeh təbiətə vurulmuş 367,36 manat maddi ziyan məbləğinin alınaraq Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 04 iyul 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -30 avqust 2023-cü il tarixli AA000680 nömrəli aktdan müəyyən edilir ki, 30 avqust 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 62-63-cü kvartallarında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Qeyd edilən akt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. - 30 avqust 2023-cü il tarixli akta əsasən tərtib edilmiş həcm-qiymət cədvəlindən müəyyən edilir ki, cavabdehin 118 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 367,36 manat olduğu müəyyən edilmişdir. - 30 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 20 fevral 2023-cü il tarixli MN ******* nömrəli qərarın surətindən müəyyən edilir ki, cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 30 avqust 2023-cü il tarixdə Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 11 saylı meşə dolayının 62-63-cü kvartallarında meşələrin mühafizəsi məqsədi ilə yoxlama aparılarkən İsmayıllı rayon Qaraqaya kənd sakini Cavabdeh tərəfindən yaş kökü üstə ağaclar kəsdiyi aşkarlanmışdır. Həmin tarixdə AA000680 nömrəli akt tərtib edilmiş, Şahdağ Milli Parkının əməkdaşları tərəfindən imzalanmış, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş həcm-qiymət cədvəli üzrə cavabdehin 118 ədəd yaş kökü üstə ağacların qanunsuz olaraq Milli Parkın ərazisindən kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın miqdarı hesablanmış və 367,36 manat olduğu müəyyən edilmişdir. Cavabdeh Şahdağ Milli Parkının xidməti ərazisinə qanunsuz daxil olaraq mühafizə rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat miqdarında cərimə edilmişdir. İddiaçı cəmi 367,36 manat borcun ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 367 (üç yüz altmış yeddi) manat 36 (otuz altı) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X1” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 367 (üç yüz altmış yeddi) manat 36 (otuz altı) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-931/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-931/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver