Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-934/2020 21.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı “FiNCA Azerbaijan” MMM X3 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “FiNCA Azerbaijan” MMM X3 Təşkilatı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 5102 manat əsas,1357 manat faiz və 182.74 manat cərimə, cəmi 6641.74 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı “FiNCA Azerbaijan” MMM X3 Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “FiNCA Azerbaijan” MMM X3 Təşkilatı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli **********0260 saylı kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun ilk 23 ay müddətində aylıq 276 manat olmaqla bərabər hissələrdə, sonuncu 24cü ay isə 275 manat məbləğində ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2020-ci il tarixli **********0***- ******* saylı zaminlik müqaviləsi ilə ikinci cavabdeh zamin qismində qeyd edilən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri, həmçinin nəzərdə tutulan digər ödəniş və dəymiş zərər məbləğlərini kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli **********0260 saylı kredit müqaviləsi COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 135s nömrəli sərəncamına müvafiq olaraq xx xxx 2020-ci il tarixli **********0041 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 5102 manat müəyyən edilmişdir. Sazişin 5-ci bəndinə əsasən əsas müqavilə üzrə və ya yeni zaminlər olduğu halda, həmin zaminlər bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu sazişlə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən birinci cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 5102 manat əsas, 1357 manat faiz və 182.74 manat cərimə olmaqla, cəmi 6641.74 manat borcu qalmışdır. İddiaçı tərəfindən birinci cavabdehlə öhdəliyin icrası ilə bağlı danışıqlar aparılsa da nəticəsi olmamışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 5102 manat əsas,1357 manat faiz və 182.74 manat cərimə, cəmi 6641.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla “FiNCA Azerbaijan” MMM X3 Təşkilatı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsinə əsasən sonuncu tərəfindən ona biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit məbləği ona nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə ikinci cavabdeh zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit borcunu ödəyə bilmədiyindən iddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli **********0260 saylı kredit müqaviləsi xx xxx 2020-ci il tarixli **********0041 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 5102 manat müəyyən edilməklə 21 ay müddətinə uzadılmışdır. İddiaçı tərəfindən hazırlanmış sazişdə öhdəliyin icra olunmamış 5102 manat hissəsi 21 ay müddətinə hər ay 324 manat ödənilməsi barədə yeni qrafik tərtib olunmuşdur. İddiaçı tərəfindən ona ayrılmış kredit məbləği xx xxx 2020-ci il tarixli **********0041 saylı sazişlə restrukturizasiya olunsa da, maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. İddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Maddi imkanı nəzərə alınmaqla cərimə məbləğindən azad edilməsini xahiş edir. İkinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında birinci cavabdehin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixli **********0260 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 5000 manat əsas və 1623 manat faiz borcu olmaqla, cəmi 6623 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı üsulu kimi iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən ikinci cavabdeh zamin kimi birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2020-ci il tarixli **********0041 nömrəli sazişdən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsi restrukturizasiya olunmuş, birinci cavabdehin iddiaçıya 5102 manat borcu qalmış və həmin borc məbləğinin ödənilməsi 21 ay müddətinə uzadılmışdır. xx xxx 2020-ci il tarixli **********0041 nömrəli sazişə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, birinci cavabdeh yeni sazişlə 21 ay müddətində hər ay 324 manat olmaqla 5102 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin iddiaçıya 6641.74 manat kredit borcu qalmışdır. xx xxxxxxx 2020-ci il tarixli **********17 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli **********0260 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən birinci cavabdehə verilən kredit məbləği nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən birinci cavabdeh öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsinə əsasən öhdəliyin icrasının təmini üsulu kimi ikinci cavabdeh zamin kimi qeyd olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsi xx xxx 2020-ci il tarixli **********0041 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi 5102 manat müəyyən edilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulsa da, birinci cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışında birinci cavabdehin iddiaçıya 6641.74 manat borcu qalması qeyd edilmişdir. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 5102 manat əsas,1357 manat faiz və 182.74 manat cərimə, cəmi 6641.74 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh maddi imkansızlığı üzündən iddiaçıya olan kredit borcunu ödəmədiyini,yaxın vaxtlarda iddiaçıya olan kredit borcunu ödəyəcəyini bildirir və maddi imkanı nəzərə alınmaqla cərimə məbləğindən azad edilməsini xahiş edir. İkinci cavabdeh birinci cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada “FiNCA Azerbaijan” MMM X3 Təşkilatının xeyrinə 5102 manat əsas və 1357 manat faiz borcu tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixli **********0260 nömrəli kredit müqaviləsi üzrə 182.74 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 182.74 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “FiNCA Azerbaijan” MMM X3 Təşkilatının xeyrinə 5102 manat əsas, 1357 manat faiz, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6539 (altı min beş yüz otuz doqquz) manat məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-934/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-934/2020
21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver