Məhkəmə qərarları › İş №2(037)-934/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-934/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-934/2023 04.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin İsmayıllı filialına qarşı kredit borcu üzrə tutulmanın saxlanılması və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 04 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin İsmayıllı filialına qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" ASC-nin ödənilmiş kredit borcunun əvəzinə əsassız tutmanın saxlanılması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki , iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş üzrə cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşir. İddiaçı hazırkı tələblə "xxxx" X1 Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazi üzrə Nəsimi rayon Məhkəməsində iddia qaldırmalı olduğu halda ASC-nin İsmayıllı rayon Filialını cavabdeh qismində tanıyaraq İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, ərazi aidiyyatı qaydalarına riayət etməklə iş üzrə hüquqi şəxsin hüquqi ünvanı üzrə məhkəməyə ümumi qaydada yenidən müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39, 152.1.3, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-nin İsmayıllı filialına qarşı kredit borcu üzrə tutulmanın saxlanılması və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar