Məhkəmə qərarları › İş №2(037)-940/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-940/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-940/2021 12.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 12 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması, cavabdehdən 6568,29 manat əsas, 51,58 manat faiz borcu olmaqla cəmi 6619,87 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 % dərəcəsi ilə 60 ay müddətinə 6575,74 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh pul öhdəliklərinin icrasını gecikdirdikdə iddiaçı öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq müqavilə şərtələrinə əməl etməyərək borcun ödənilməsi təmin etməmişdir. Ona görə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması, cavabdehdən 6568,29 manat əsas, 51,58 manat faiz borcu olmaqla cəmi 6619,87 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. 30 dekabr 2019-cu il tarixli FR/21705/73 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 1 % dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə 6575,74 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcunun ödəilməsini təmin etmədiyi hallarda iddiaçı öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 60 ay ərzində hər ay 139,81 manat ödəniş etməklə 6575,74 manat əsas və 201,19 manat faiz, cəmi 6776,93 manat ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə borcunu üç gün ərzində ödəməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 31 avqust 2021-ci il tarixli arayışından görünür ki, cavabdehin 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya 6568,29 manat əsas və 51,58 manat faiz borcu qalmışdır. 31 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli FR/21705/73 nömrəli güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik illik 1 % dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə 6575,74 manat məbləğində kredit verilmişdir. Kredit sazişinə əsasən cavabdeh 60 ay ərzində hər ay 139,81 manat ödəniş etməklə 6575,74 manat əsas və 201,19 manat faiz, cəmi 6776,93 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə üzrə cavabdehin 6568,29 manat əsas, 51,58 manat faiz borcu olmaqla cəmi 6619,87 manat borcu qalmışdır. Kredit müqaviləsində kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. İddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması, cavabdehdən 6568,29 manat əsas, 51,58 manat faiz borcu olmaqla cəmi 6619,87 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh kredit borcunu və ona hesablanmış faizləri ödəməli olduğundan, lakin kredit borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 6568 manat 29 qəpik əsas, 51 manat 58 qəpik faiz və 30 manat dövlət rüsumu, cəmi 6649 (altı min altı yüz qırx doqquz) manat 87 (səksən yeddi) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar