Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-942/2020 02.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Nazı̇ m oğluna qarşı borcun alınması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Nazı̇ m oğlu ilə (bundan sonra cavabdeh) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə cavabdehdən 2241,40 manat əsas, 272,86 manat faiz borcu, cəmi 2514,26 manat borcun və 30,40 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən 2241,40 manat əsas və 272,86 manat faiz borcu qalmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə cavabdehdən 2241,40 manat əsas, 272,86 manat faiz olmaqla, cəmi 2514,26 manat borcun və 30,40 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh 055 258 58 12 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdə cavabdehə illik 21 % olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsi və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 2500 manat əsas və 583,15 manat faiz borcu olmaqla, cəmi 3083,15 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli xx/xx-2667 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən 5 (beş) iş günü ərzində gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə əsas borcun, ona hesablanacaq faiz borcu ilə birlikdə tam ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdeh 258,6 manat əsas və 136,32 manat faiz borcunu ödəmiş, xx xxxxxxx 2020-ci il tarixə 2241,40 manat əsas, 272,86 manat faiz borcu olmaqla, cəmi 2514,26 manat borcu qalmışdır. xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən 2241,40 manat əsas və 272,86 manat faiz borcu olmaqla, ümumilikdə 2514,26 manat borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehdən 2241,40 manat əsas və 272,86 manat faiz borcu, cəmi 2514,26 manat və 30,40 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 2241,40 manat əsas və 272,86 manat faiz borcu, cəmi 2514,26 manat borc məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin Standart Şərtlərinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsi və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh Nazı̇ m oğlu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Nazı̇ m oğlundan 2241,40 manat əsas, 272,86 manat faiz borcu və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2544 (iki min beş yüz qırx dörd) manat 66 (altmış altı) qəpik məbləğ alınaraq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-942/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-942/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver